18-08-2025, 09:49
Gündəm/Mədəniyyət

Nizami TƏHMƏZOV: HİKMƏT XƏZİNƏSİNƏ GEDƏN YOL // XVII hissə

Nizami TƏHMƏZOV: HİKMƏT XƏZİNƏSİNƏ GEDƏN YOL // XVII  hissə
(Dövrümüzün istedadlı canlı klassik şairi Xalidə HİCRANIN 4 cildlik “ HİKMƏT XƏZİNƏSİ” və “ HİCRANNAMƏ “ əsərləri haqqında düşüncələrim.)

ON YEDDİNCİ HİSSƏ


Hissə: > > 3 > > > > > > > 10 > 11 > 12 > 13 > 14 > 15 > 16
Klassik ənənələrə və öz ədəbi formasına, dilinə, üslubuna axıra qədər sadiq qalan Xalidə Hicran “ Hikmət xəzinəsi” nin bütün cildlərində də bu yolunu uğurla davam etdirmiş və burada da poetik düşüncələrinin ən yüksək həddinə çatmışdır. Mən burda əlavə fikirlərlə oxucuları yormaq istəmirəm, amma onu yazmağı vacib hesab edirəm ki, klassik ədəbi formada, klassik üslubda axıra qədər yazmaq , fəlsəfəni ağıla, ağıldan məntiqə qədər davam etdirmək hər şairin gücündə və bacarığında olan məsələ deyil. Çünki klassik ədəbiyyatın əsas meyarı, kriteriyası insan, dil, sevgi və heç vaxt pozulmayan üslubdur. Bunu qeyd etməkdən böyük məmnunluq duyuram ki. Xalidə Hicranın yaradıcılığında olduğu kimi “ klassik ədəbiyyatın özünəməxsus xüsusiyyəti və ən böyük üstün cəhəti onun bütün zamanlar üçün keçərli olmasıdır”. Səhv etmirəmsa, bu fikirlər böyük yazıçımız Mirzə Fətəli Axyndzadəyə məxsusdur. Bəzi müəlliflər isə “ klassik üslubun ən çətin ifadə üslubu” olmsını iddia edirlər. Ən yaxşı cəhəti isə “ öz qatı prinsiplərinə sadiq qalmasıdır”.

“Hikmət xəzinəsi” ni səhifələdikcə biz bu həqiqətlərin şahidi oluruq. Xalidə Hicran özünün dediyi kimi:


Mən saray tikmirəm, divarı qara daşdan.
Söz sarayı tikirəm divarları daş- qaşdan.

***
Oxuyan alar ondan nəsihəti, ibrəti,
Qazanar el duasın, olar dildə hörməti

***
Yazdıqlarım nəsihət, öyüd əhəmiyyətli,
Əməl edənlər olar el içində hörmıti.

***
Oxusan bu kitabı, haqq yoluna gələrsən,
Əyri nədir, düz nədir, ovuyub öyrənərsən.

***
Oxu, ey gözəl insan, sənsən adili – muxtar,
Bil ki, anlayacaqsan, az olacaq günahlar.

***
Gəl bu kitabı oxu, sən də dön söz qanana,
Yaxşılarla dolan- gəz, yoldaş olma yamana.

***
Qəlbimin hökmündədir, əlimdə fırça- qələm,
Nə yazıb çəkməyimi, o deyir, mən çəkirəm.

***
Yazdığım bu cümlələr, kaş hamıya xoş gələ,
Aqil baxıb anlaya, cahil baxıb öyrənə.


Xalidə Hicran yaradıcılığının özünəməxsus bir cəhəti var ki, onda həmişə məzmun, fikir formanı üstələyir. Fikir həmişə, hər vaxt öndə durur və oxucunu öz təsiri altına alıb formanı unutdurur. Çünki Xalidə xanım hər cür meyllərdən və zahiri təmtəraqlardan uzaq , yalnız içini yazan, düşünən və düşündürən şairdir. Həqiqətən də Xalidə Hicran daş – qaşdan, ləl – cəvahiratdan da bahalı hikmətli sözlərdən böyük saraylar tikir, imarətlər, qəsrlər yaradır və bu dəbdəbəli sarayların və imarətlərin sakinləri yalnız söz sərkərdələri, şahları və sultanları deyl, həm də sözə qiymət verənlər, elmi, ağılı, kamalı üstün tutanlardır. Şair özü bu brədə daha aydın şəkildə vurğulayır ki, əgər sən bunları oxusan, çox şey öyrənərsən, el içində hörmətli, izzətli olarsan, haqq yoluna qayıdar, bütün günahlarını yuyarsan. Şeiri axıra qədər diqqətlə oxuyub fikirləşəndə,insanın gözləri qarşısında keçən əsrlərdə ucaldılmış söz məbədinin yanında tikilmiş yeni bir saray da canlanır. Bu, “ söz sarayı tikirəm, divarları daş – qaşdan” deyən Xalidə Hicran sarayıdır. Mən burda bayaq dedyim bir fikri bir daha vurğulamaq istəyitəm ki, Xalidə Hicran poeziyasında fikir formadan üstün dayanır. Ola bilsin ki, bəzi oxucularımız bunu hiss etmir və ya fərqinə varmır. Amma Xalidə xanımın ümumi yaradıcılıq fəlsəfəsinə diqqətlə nəzər salanda bu üstünlük tam aydınlığl ilə görünə bilir. Bəzən bizə gələn dostlarım , sənət yoldaşlarım – şairlər, yazıçılar, peşəkar jurnalistlər mənim əlyazmamla qismən tanış olduqdan sonra bəziləri ehtiyatla vurğulayır ki, sən burda tərifə çox yer vermirsən ki ? Mən də soruşuram ki, siz Xalidə xanımın əsərlərini oxumusunuz ki, mənə bu sualı verirsiniz ? Deyirlər yox, eşitmişik, amma alıb oxuya bilməmişik. Mən də deyirəm ki, yox, yox!.. Zəhmət çəkin, tapın, oxuyun, sonra mənə sual verin. Türkiyədən gəlmiş dostum, doktor, professor Mehmet bəyi misal çəkdim: o adam 4-5 saat ərzində bacardığını oxuyub fikirlərini dedi. Biz bir-birimizi tənqid etmək üstündə köklənməyə öyrənmişik. Bəlkə də buna vərdiş eləmişik. Çox söhbətlərimiz oldu. Onlar mənə Lorkadan sitat gətirdilər. O.deyib: “ Şairin bir missiyası vardır - ruhlandırmaq, amma bu prosesdə nələrin həqiqət, nələrin isə yalan olduğunu saf- çürük etməyə dəyməz. Ən azı ona görə ki, bu zaman “ poetik həqiqətin” ehtiva etdiyi məna daşımanın özündən asılı olur”.
Düzü, onların bu cür yanaşmasına təəccüb etdim. Əvvalan, söhbət mənim Xalidə xamın haqqında yazdığım tərifdən gedir. İkincisi də Lorka ilə Xalidə Hcranı müqayisə etmək düz deyil. Xalidə Hicran fikir, düşüncə, mənəviyyat sahibidir, Fideriko Qarsiya isə İspaniyanın məşhur şairlərindən biri olmasına baxmayaraq kosmopolit düşüncəli, homoseksual, şeirdə, siyasətdə, əxlaqda müasirliyi son dərəcə müdafiə edən birisidir. Əxlaqına və ziddiyətli baxışlarına görə kotolok klsəsi ilə aralarında həmişə narazılıqlar olub. Lorka ilə Xalidə xanımın yalnız bir oxşar cəhəti var ki, o da hər ikisinn rəssam olmasıdır. Mən o fikirlə qətiyyən razılaşmıram ki, Xalidə Hicranın poetik həqiqətləri ümumi yaradıcılıq fəlsəfəsi ilə Lorkadan gətirilmiş sitatlarla dəyəndirilsin. Dindar kimi danışsaydım deyərdim ki, lap günahdır, Özü də böyük günah, Allaha da ağır gedər. Xalidə Hicran öz fikri,düşüncəsi, fəlsəfi görüşləri ,həyata, dünyaya, cəmiyyətə, dinə, imana münasibəti qat- - qat Lorkadan üstündür. Bu həqiqətləri görmək, bilmək və dərk etmək üçün gərək onun əsərlərini qərəzsiz, diqqətlə,sevgi ilə oxuyasan. Mənim fikrimcə, Hüseyn Cavid də V. Şekspirdən qat-qat üstündür. Sadəcə onu üzə çıxaran, dünyaya tanıtdıran və o səviyyəyə qaldıran İngiltərədir. Bizdə isə pantürkist, vətən xaini damğası burub uzaq Sibirə göndərir və rus atlarının ayaqları altında məhv etdirirlər. Bax, budur həqiqət. Bu vətənə, bu millətə nifrət yox, onu sevmək lazımdır. Onda Hüseyn Cavidin də qiymətini biləcəyik, Xalidə Hicranın da...
Gəl bu kitabı oxu, sən də dön söz qanana,
Yaxşılarla dolan – gəz, yoldaş olma yamana.


“ Hikmət xəzinəsi”ndə bir- birindən gözəl, rəngarəng , dərin mənalı şeirlər çoxdur. “Kitabdı abi- həyat” , “ Mənəviyyat”, “Mərhəmət”, “ Tənəzzül eyləsə”, “ Ey dil, işin çoxdu yaman”,” Söz ver”, “ Qapısız dünya”, “Məndən demək”, “ Paxılın qəlbi əyri” və.s. bu cür poetik nümunələrdir. Ümumiyyətlə, deyim ki, Xalidə Hicranın bütün şeirlərində, bayatılarında, hekayətlərində fikir var, düşüncə var. Ola bilsin ki, qaflyələrində müəyyən zəlflik, uyğunsuzluq yaransın, amma bu, fikrin çatdırılmasına əsla mane olmur. Şair demiş, qafiyə fikrin quludur. Amma dili bulaq suyu qədər duru, şəffaf, göz yaşı kimi təmizdir.
Xalidə Hicranın fikirləri fərdi deyil. O, heç vaxt özü haqqında, öz həyatı haqqında düşünmür, ağrı- acılarını dilə gətirmir. Başqa şairlər kimi ağlayıb sızlamır, çəkdiklərini içində çəkir, lçlində ağlayər. Onun fikirləri, düşüncələri bəşəri, dünyavidir. İnsan həyatı, insan taleyi, insani dəyərlər onun üüçün əsas mövzulardır. Şair “ Mərhəmət” şeirində deyir ki, mərhəmət insanın ən böyük dəyəri , onun yaraşığıdır. İnsanı ucaldan, ona şərəf gətirən ən böyük bir dəyərdir. Mərhəmət bir nurdur, işıqdır,insan həyatına, insan ömrünə əvəzsiz bir yaraşıqdır. Mərhəmət elə bir duyğudur ki, o insanlara böyük hörmət və şərəf gətirir, onları daha da ucaldır.

Şair yazır:
Mərhəmət Tanrı nuru, hər yerə səpələnər,
Kimdə mərhəmət varsa, hissləri tir-tir əsər.

***
Bir azca mərhəmət et, de birinə afiyət,
Mərhəmət azaldıqca insan olur biqeyrət.

***
Səndə olsa mərhəmət, olarsan xoşxasyyət,
Könlündə olsa qəzəb, gözündən yğar dəhşət.

***
Mərhəmət məndə, səndə, görəsən daha kimdə?
Axtarıb tapasan hər kəsin əməlində.

***
Bizə Yaradandan var, mərhəmət, həm məhəbbət,
Mərhəmətlə davam et ki, yaşasın bəşəriyyət,..


Bəşəri, dünyavi hisslərlə yaşayan Xalidə Hicran eyni zamanda xaraktercə, xasiyyətcə də çox yüksəklikdə, ucalıqda duran bir insan və bir şairdir. Burda məmnunluqla deyərdim ki, Xalidə xanım o qədər incə, o qədər zərif, o qədər ləyqətli bir xanımdır ki, onunla söhbət edəndə adam bir insan olaraq şərəflənir, sanki hansısa bir piri, ocağı, övliyanı ziyarət edir, daxili və ruhi bir rahatliq tapır. Onun fikri də, urəyi də, dili də birdir, bunlar bir vəhdət təşkil edir, burda şair kamillik zirvəsinə ucalır. Ona görə də “ Mərhəmətlə davran ki,yaşasın bəşəriyyət” deyəndə ürəkdən səslənir. Bu səsdə bir sevgi, bəşəri bir məhəbbət var. Odur ki, sonda narahatlıqla deyir:


Bilməlisən nə olar, olmasa gər mərhəmət?
Olmaz küllü dünyada bir azca ünsiyyət.


İnsanın zahiri formasına, hərəkətinə, danışığına, geyiminə, mimikasına baxıb qiymət verildiyi kimi , onun baxışına görə də müəyyən fikir söyləmək və rəy bildirmək olar. Mənim fikrimcə, nəinki fikir, rəy bildirmək, hətta onun xasiyyəti, xarakteri, mədəniyyəti, savadı və səviyyəsi haqqında ətraflı danışmaq olar. Əlbəttə, burda söhbət tanimadığımız, haqqında heç bir bilgiyə malik olmadığımız insanlardan gedir. Baxış haqqında Xalidə xanımın öz baxışları var. Odur ki, şair “ Mülayim baxış” adlı şeirində yazır:


Baxış var,baxarsan, ruhun şad olar,
Yumşaq, təravətli bir nəfəs kimi,
Baxış var, baxarsan yeri boş olar,
Uçulmuş, sökülmüş bir miras kimi.

***
Baxış var, düşmənin yayından çıxan,
Zəhərli ox kimi ürəyi yarar,
Qəlbi zəhərləyər baxdığı andan.
Baxış var, xəncərtək qəlbi yaralar.

***
Bəzən də bir baxış insan ömrünə,
Verilən fərmanın icrasındadır.
Bəzən də bir baxış əhv edər deyə,
Məsum bir bəndənin duasındadır.

***
Bəzən bir baxışda sevgi- məhəbbət,
Süzülüb könlünə dolduqca daşar,
Bəzən bir baxışda süni bir şəhvət,
Soxular qəlbinə ilantək yaşar.


Göründüyü kimi burda şairlə rəssam, qələmlə fırça bir vəhdət təşkil edir. Xalidə Hicran bir şair kimi sözü deyir, yaradır, sonra da bir rəssam kimi onu təsvir edir, şəklini çəkir. Ona əlavə rəng, məna və çalarlar verir. İnsanın gözləri qarşısında tanımdığı, görmədiyi, bilmədiyi müxtəlif xarakterli, müxtalif xasiyyətli adamların obrazı canlanər. O adamların baxışlarından qan damır, zəhərli ox kimi insanın qəlbinə dəyib parçalayər. Heç bir məna ifadə etməyən, soyuq, buz kimi o baxışlar insanı üşüdür, bütün cismini, ruhunu, qanını dondurur. Şairin bu cür hissiz, duyğusuz, soyuq insanlara yazığı gəlir, lakin onları cəmiyyət üçün tam yararsız hesab etmir və onları haqq yoluna qaytarmaq, yol göstərmək, kömək etmək üçün poeziyanın, sözün bütün gücündən bacarıqla istifadə edir. “ Mülayim baxış “ şeiri uzun olduğu üçün onun hamısını vermək istəmədik. Xalidə xanım axırda deyir:


Xeyirxah bir baxış ürəkdən gələr,
Allah vegisidir, dövlətdir, inan,
Milyonu, milyardı olsa da əgər ,
Bu baxış yoxdursa, kasıbdır insan.


Həqiqətən də belədir: bir xoş söz, bir xoş baxış, xoş rəftar insanın ürəyini açır, qol-qanad verir, mənəvi dayaq olur, ömrünü uzadır. Elə baxışlar da var ki, adamın qəlbini titrədir, hisslərini oyadır, ona sevinc, xoş duyğular, xöçbəxtlik bəxş edir. Həmişə olduğu kimi Xalidə Hicran bu şeirində də öz ənənələrinə sadıq qalır.




Oxşar xəbərlər