11-08-2025, 08:49
Gündəm/Mədəniyyət

Nizami TƏHMƏZOV: HİKMƏT XƏZİNƏSİNƏ GEDƏN YOL // X hissə


Nizami TƏHMƏZOV: HİKMƏT XƏZİNƏSİNƏ GEDƏN YOL //  X hissə

(Dövrümüzün istedadlı canlı klassik şairi Xalidə HİCRANIN 4 cildlik “ HİKMƏT XƏZİNƏSİ” və “ HİCRANNAMƏ “ əsərləri haqqında düşüncələrim.)

ONUNCU HİSSƏ

Hissə: 123456789


Belə bir deyim var : dostunu mənə göstər, kim oluğuinu deyim. Xalidə xanım isə bu fikri başqa şəkildə deyir. Aydın şəkildə izah edir ki, kiminlə dostluq etdiyini bil, ağıllı insanlarla dostluq etsən, çox şey öyrənərsən. Kamil insan olsan belə yenə də ağıllı adamlardan nəsə oyrənə bilərsən.Bu, dünyügörmüş, zəngin həyat təcrübəsi olan, müdrik bir insanın, mütəfəkkir bir şairin qənaəti və məsləhətidir. Tabii ki, adamların hamısı eyni fikirdə, eyni düşüncədə, eyni səviyyədə deyil və bu cür insanların xoş bir sözə, ağılli bir fikrə və səmimi bir məsləhətə ehtiycı var. Ümumiyyətlə, həyatda elə məqamlar olur ki, hər bir insanın, hətta ən ağıllı bir adamın belə bir dost sözünə, dost məsləhətinə, müdrik insanların nəsihətinə ehtiyacı olur. Oxucuların vaxtını alsam da öz başıma gələn bir əhvalati çox qısa da olsa danışmq istəyirəm. Sovet dönəmində olan söhbətdir. Düşünürəm ki, dostlarımız üçün hardasa bir faydsı olar. Mən Sovet İttifaqının şimali Afrikadakı ərəb ölkələri üzrə siyasi işlər müşaviri təyin olunmaq üçün SSRİ Xarici İqtisadi Əlaqələr Naziri Vladimir İvanoviç Şerbakovun söhbətindən keçməli idim. ( O, sonralar Heydər Əliyevlə birlikdə SSRİ Baş Nazirinin birinci müavini oldu ) O, sənədlərimə baxıb gülümsündü. Düşündüm ki, hər şey qaydasındadır, yaqin ona görə gülümsəyir. Elə bu vaxt o hündürdən kinayəli şəkildə gülümsəyərək gözümün içinə baxa-baxa dedİ :
-Hə...Təhməzov, necədir?...Deyəsən Sizdə nar, balıq çoxdur? Indi də sovetnik gedirsiniz ?
Bu kinayəli atmacalı söz mənə çox toxundu. Elə bil beynimdə ildırım çxdı, özümdən asılı olmayaraq dedim :
-Bəli, yoldaş Şerbakov, bizdə nar da var, baliq da. Amma axmaq adam
yoxdur.
O, bu sözdən şox tutuldu, rəngi qızardı. Bəlkə də həyatında belə bir cavab eşitməmişdi. Arxaya söykənib bir neşçə sanyə başını əlləri arasına aldı. Sonra dikəlib məni təqdim edən nazir müavininə və Baş İdarə rəisinə əmranə bir tərzdə dedi :
-Gedin salın perspekriv plana. Əgər lazım olsa çağırarıq. Yuxarılarla özüm danışaram.
Təbii ki, bu rədd cavabı idi. Ancaq məni ən çox ağrıdan günahsız yerə aşağılanmağım və təhqir olunmağım idi. Guya mən hədiyyə verə- verə bu yerə yüksəlirəm. Moskvada çoxlu vəzifəli dostlarım olsa da özümü kimsəziz, arxasız, gücsüz hiss edirdim. Bir dost sözünə, dost məsləhətinə böyük ehtiyacım vardı. Çox fikirləşəndən, çox götür- qoy edəndən sonra özümə yaxın hesab etdiyim və dost saydığım SSRİ xalq artisti Vyaçeslav Tixonova zəng etdim. Hadisəni olduğu kimi danışıb məsləhət istədim. O. ucadan güldü və dedi :
-Ştirlis hələ sağdır ...
Düzü, mən ona kömək üçün yox, məsləhət üçün zəng etmişdim. Çünki iş üçün başqa variantlar da var idi. Amma elə bil xoş bir sözə, təsəlliyə mənəvi ehtiyacım vardı. Düşünürəm ki, bütün insanlar da belədir. Bəzən elə məqamlar,elə anlar, elə situasiyalar yaranır ki,insan fikirlərini qarışdırır, öz düşüncələrinə inamı azalır, qərarlar verməkdə çətinlik çəkir.Bax. o məqamlarda ağıllı məsləhətlərə, söhbətlərə ehtiyac yaranır. Mən bu misalı ona görə çəkdim ki, Xalİdə Hicranın “ Hikmət xazinəsi” kitabı, dediyim kimi, bu mənada əsil həyat məktəbidir. Heç bir təhsil almayan bir uşaq axıra kimi bu kitabı diqqətlə oxusa, nəticədə tam, yetkin bir şəxsiyyətə çevrilər. Və o, daxili gözəlliyi, mənəvi zənginliyi, yüksək ağlı, mədəniyyəti və səviyyəsi ilə çoxlarına nümunə olar. Çünki bu, Xalidə Hicran yaradıcılığının hikməti, mahiyyəti və əsas qayəsidir. Əgər “ Hikmət xəzinəsi” əsərini ümumiləşdirib yekun bir rəyə gəlsək, onda kamil bir insan obrzı gözlərimiz önündə canlanar. Şərdən, riyadan, pislikdən, hər cür neqativ hallardan uzaq ideal bir insan obrazı. Bu, Xalidə xanımın dərin düşüncələrinin, yüksək ideal bxışlarının, Ulu Tnrının verdiyi fitri istedadının süzgəcindən keçən hikmət və nəslhətlərdir. Bir şair kimi bu, Xalidə xanımın ən ali məqsədi, uzun illər yaradıcılığının uğurlu nəticəsidir.

Sevgidən, məhəbbətdən, təbiətin ecazkar gözəlliyindən yazılan şeirlər insana xoş təsir bağışilayır, ona estetik və bədii zövq verir, ruhunu oxşayır. Bir müddət xoş təəssüratla yaşayır. Bu çox gözəldir. Amma hikmətli, nəsihətli şeirlər insanın həyat yollarına işıq salır, ən ağır günlərində imdadına çatır.

Təəssüf ki, bir çox insanlar öyüd- nəsihətə o qədər də meyilli deyillər. Özlərini hamıdan ağıllı, bacarıqlı hesab edirlər. Xalidə xanım belələrini də unutmur. Ümumiyyətlə, Xalidə Hicran yaradıcılığı uşaqdan tutmuş, ta ölkə başçısına qədər bütün zümrələri əhatə edir.


Millətin başında olmasa güclü hökmdar .
Hər kəs eşqə düşər ki, özü olsun hökmdar.


Bu, həqiqətən də belədir. İstər keçmiş zamanlarda olsun, istər müasir dövrümüzdə, dünyanın bir sıra ölkələrində biz belə hadisələrin, dövlət çevirişıərinin şahidi olmuşuq. Sovet İmperiyası dağıldıqdan və Azərbaycan müstəqillik qazanandan sonra bizdə də buna bənzər hadisələr baş vermişdi. Və biz onun ağri- acılarını yaşamağa məhkum olunmuşduq. Ümumiyyətlə, Xalidə Hicranın bütün yazıları həyatın sınaqlarından çıxmış, necə deyərlər, bərkə- boşa düşmüş, yoxlanılmış, ağır mərhələlərdən keçmiş əsil həqiqəti əks etdirən fikir və düşüncələrdən ibarətdir ki, böyük ustalıq və məharətlə poetik şəkildə bizə çatdırılır. İnsana böyük təsir göstərən, onun ən yaxşı yardımçısına və köməkçisinə çevrilən hər bir sözün, fikrin fəlsəfi anlamına və mahiyyətinə diqqətlə fikir verdikdə gözlərimiz önündə müdrik bir xalq canlanır. Zəngin qədim tarıxə, yüksək sivilizasiyaya, bütün mənəvi və insani dəyərlərə malik müdrik bir xalq. Bu xalqı daha yaxından tanımaq üçün heç də onun içərisində yaşamaq vacib deyil. Tam əminliklə deyirən ki, bunun üçün Xalidə Hicranın dörd cildlik “ Hikmət xəzinəsi” ni və “ Hicrannamə” kitablarını oxumaq kifayətdir. Çünki bu kitablarda xalqın bütün dəyərləri əks olunub : ruhu, mənliyi, gücü, şərəfi, yüksık mədəniyyəti, adət- ənənələri, insanpərvərliyi və ümumiyyətlə, insanlıq adına şərəf gətirəcək bütün dəyərlər.

Xalidə xanım sözün həqiqi mənsında xöşbəxt şairdir. Onun qiymətli incilərdən yaratdığı “ Hikmət xəzinəsi” tarixin bütün mərhələrində yaşayan, öz qiymətini, dəyərini itirməyən və müəllifinə böyük şöhrət gətirən monimental bir əsərdir. Yalnız bu əsəri ilə o, ədəbiyyat tarlxlmizdə əbədi yaşayacaqdır. Necə ki, bu barədə özü yazır:


Yaz, ey Xalidə Hicran, səndən yadigar qalsın,
Övladın çətin gündə ondan hikmət alsın.


Xalidə xanım elə incə məqamları ön plana çəkib qabardır ki, oxucu bəzən bunun fərqində olmur, amma sonra ağrısını çəkir. Xalidə xanım öz nəsihətləri və hikmətli beytləri ilə onların köməyinə çatır. Yaxın məsləhətçisinə çevrilir.


Duzsuz bir söz deyib, aranı qatma qəsdən,
Bu, özünə qəsd olar, heç özün də bilməzsən.

***
Dağda-daşda yerisən də,çalış ki, büdrəməyəsən,
Günahı yollarda deyil, gərək ağlında biləsən.

***
Şəfqətini əsirgəmə, xəstə, aciz, yetimdən,
Tanrı şəfqətlə yanaşsın sənə mərhəmətindən.

***
Sübh çağı durmasan ki, işlərini görəsən,
Gün sonu bax, hirsini heç kəsə tökməyəsən.

***
Zəfərin adil olsun, çünki həyat imtahandır,
Etmə elə əməl ki, onu etmək qadağandır,

***
Gəlibsən, xoş gəlibsən, ömrün xoş olsun deyə,
Dünyada elə yaşa, dərd olma bir kimsəyə.


Xalidə xanım insanları qüsursuz görmək istəyir. Onları halallığa, düzlüyə, haqqa şağıraraq insan adını uca tutmağa, pis əməllərdən və təhlükəli meyllərdən çəkinməyə səsləyir.Deyir ki, duzsuz söz danışma, yetim, zəif, xəstə insanlardan köməyini əsirgəmə,qanunsuz işlərlə məşğul olma, dünyada elə yaşa ki, kimsə sənin dərdini, yükünü çəkməsin. Şair yazır:


Həddini heç aşma sən,həddini bil hər zaman,
Bəndin də bir həddi var,aşsa sel edər tüğyan.

***
Çıraqban ol, işıq sal könüllərə özün sən,
Səninlə dost olmağa alışan qəlb görərsən.


Belə ədəbi nümunələrdən çox misal gətirmək olar və getdikcə biz bu barədə daha ətraflı bəhs edəcəyik .Onu da deyim ki, Xalidə Hicran ömrü boyu öz əqidəsinə, ideyasına, xarakterinə sadiq olduğu qədər də yaradıcılıq ənənələrinə bağlı bir şairdir. O, çağdaş Azərbaycan poeziyasına yabançı meyllərdən uzaq, təmiz, pak, işıqlı, nurlu bir yol gətirib. Əslinə qalsa bu yeni bir yol deyil, uzun illərdən, əsrlərdən gələn bir yoldur və Xalidə Hicran fədakar bir şair olaraq bu klssik poeziya yolunu tək- tənha, səbrlə, təmkinıə, inamla davam etdirir. Filologiya elmləri doktoru, tənqidçi Tehran Əlişanoğlunun fikrincə desək “ ... son illərdə ifrat əzilib- büzülmələr, əyildikcə əyilən zəmanənin ardınca qaçmaq, onu təqlid meylləri və ya alternativ guşənişinlik qəsdləri poeziyamızı kəsərdən saldığı bir zamanda”, kosmopolit və modern düşüncə tərzini müasir həyatımızın tələbi hesab edənlərin sayının çoxaldığı bir vaxtda köhnəlmiş, geridə qalmış, dəbdən düşmüş sayılan klassik ədəbi ənənələri davam etdirmək heç də asan deyildir”. Bu, həqiqətən də belədir. Əgər bu, bir tərəfdən fitri istedad, bacarıq tələb edirdisə və eyni zamanda yüksək millilik, milli ruh, milli adət- ənənəyə sədqətdən kçirsə, digər tərəfdən isə ən əsası böyük cəsarət tələb edirdi. Elə bir cəsarət ki, görüntü yaradacaq anlamına gətirəcək yox, sözün həqiqi mənsında bir çoxlarına, o cümlədən, soyundan, kökündən , millətindən ayrı düşən, özünü dünya vətəndaşı sayan və müxtəlif xalqların ədəbl cərəyanlarına xidmət edən kosmopolitlərin, modernistlərin üzünə tərs şapalaq kimi vurulacaq bir cəsarət. Öz daxili inamından, gücündən, savadından, əqidəsindən, öz xalqına, vətəninə, torpağına olan məhəbbətindən qaynaqlanan bu cəsarət məhz Xalidə Hicran şəxsiyyətinin böuyüklüyünü göstərən dəyərlərindən biridir. Bu, həm də onun göstəricisidir ki, elmə, sənətə, ədəbiyyata qiymət verilmədiyi indiki çətin bir vaxtda yerindən duranın şeirə, nəsrə, sənətə, poezyaya iddialı olduğu bir zamanda klassik şeirlər, qəzəllər, məsnəvilərlə ədəbiyyata gəlmək, sözün həqiqi mənsında, böyük cəsarət olduğu qədər də böyük qəhrəmanlıqdır. Özü də heç bir qəhrəmanlıq iddiası, heç bir istək və tələbi, heç bir arzu və təmənnsı olmadan, sakitcə, səssiz- səmirsiz oturub öz işini görürdü. Bax, belə sakit, səssiz- səmirsiz, heç kimin qapısını dəymədən, heç kimdən məsləhət almadan, Yazıçılar Birliyinin ünvnını tanimadan uzun illərin zəhmətindən və uzun illərin gözləməsindən sonra dörd cildlik “ Hikmət xəzinəsi” əsərini ortaya qoydu. Kitabın çapından xeyli vaxt keçməslnə baxmayaraq ədəbiyyatşünaslarımız, tənqidçilərimiz hələ də susurlar. Yalnız bu kitab çapa hazırlanarkən akademik İsa Həbibbəylinin və filologiya elmləri doktoru, professor Ataəmi Mirzəyevin birgə yazdiqları və “ 525- ci qəzet” də iki səhifə həcmində çap etdirdikləri “ Qələmlə fırçanın vəhdəti” resenziysından başqa. Bunun üçün bir ziyalı kimi, Xalidə Hicran yaradıcıləğını sevən bir insan kimi hər iki görkəmli alimə, xüsusilə akademik İsa Həbibbəyliyə dərin təşəkkürümü bildirirən. Düzü, mən düşünürdüm ki, qələminə, savadına, səriştəsinə, əqidəsinə hörmət etdiyim və milli təbiətli və düşüncəli saydığım peşəkar tənqidçilər, yazıçılar, şairlər öz sözlərini deyəcəklər.Amma heyif, indfiyə qədər onların səsi çıxmır. Mən buna çox təəssüflənirəm. Yeri gəlmişkən deyim ki, bu yaxınlarda mənim Türkiyədən bir yaxın dostum bizə qonaq gəlmişdi.Uzun illərdir ki, bir-birimizi tanıyırıq. O, da elm, sənət adamıdır.Özü də çox maraqlı bir insandır. Söhbətə ara verındə yazı masasının üstündəki “ Hikmət xəzinəsi” və “ Hicrannamə “ kitablrını götürüb səhifələdi. Sonra bir kənarda əyləşib oxumağa başladı. Mən də öz işimi gördüm. Bir xeyli vaxt keçəndən sonra birdən o “ Allah, Allah..” deyib yerindən dik qalxdı.
-Nə olub, əfəndim? – deyə mən tələsik soruşdum. – Nə baş berib?
O, barmağı ilə kitabdaki bir şeiri göstərib dedi:
-Bir bunu oxuyun, görün nə gözəl yazıb?


Yalançılıq mərəzdi, tutulsan əgər,
Dilin düz sözü də ylan kimi söyləyər.

***
Həyatda yaşayanda meylini sal düz yola,
Onda doğru əməllə ömrü vurarsan sona.

***
Ömür yolu bilinmir, fələk də salır tora,
Çalış təmiz əməllə burdan gedəsən ora.

***
Ey Tanrım, nə veribsən, şükürlər olsun,sənə,
Düz yol üçün möhləti əsirgəmə bəndənə.


Sonra o, vərəqi çevirib başqa bir şeiri göstərdi. “Lütfən,bunu da oxuyun”, - dedi:


Yalanla yoğrulubsa bir insanın xəmiri,
Dili, əli, əməli,- düzgün olmz həç biri.

***
Yar ilə yarma yesən, o da canına yatar
Könülsüz yağ-bal yesən, ağzında zəhər dadar.

***
Yüz il salam unudub, qəfil xatırlayanın,
Hazır ol istəyinə qapına yol alanın.


Oxşar xəbərlər