Nizami TƏHMƏZOV: HİKMƏT XƏZİNƏSİNƏ GEDƏN YOL // VII hissə

YEDDİNCİ HİSSƏ
Hissə: 1 > 2 > 3 > 4 > 5 > 6
Biz kitabdakı şeirləri, qəzəlləri, məsnəviləri, bayatıları oxuyub təhlil etdikcə görəcəyik ki, Xalidə xanım bütün yaradıcılığı boyu nəinki öz prlnsiplərinə əməl edir, öz dilini, stilini qoruyub saxlayır, olduğu kimi dvam etdirir, eyni zamanda öz bədii şirinliyi və deyim tərzi ilə bizim qolumuzdan tutub doğma elimizi, obamızı, torpağımızı, kəndimizi - kəsəyimizi bir- bir gəzdirir. Ruhumuza sərinlik gətirən xoş , şirin xatirələr oyadır. Biz sevinirik, düşünürük, bəzən gülür, bəzən isə kədərlənirik. Gözlərimiz qarşısında geniş üfüqlər açılır. Bəzən bizim bildiyimiz və adi qarşıladığımız elə şeylər var ki, biz onun fərqinə varmır , sadəcə oxuyub keçirik. Amma onlara Xalidə xanımın gözü ilə baxanda istər- istəməz fikirləşir, onu doğuran səbəbıəri axtaririq. Aşağıdakı bir parçaya diqqət yetirək :
Kimin cibi dolu, kefi, damağı saz,
Gözləri kor olar, qulağı nasaz.
***
Ayağı üzülsə yerdən bir qarış,
Min yoxsul ahını bir varlı duymaz.
Gözləri kor olar, qulağı nasaz.
***
Ayağı üzülsə yerdən bir qarış,
Min yoxsul ahını bir varlı duymaz.
İlk baxışda adi görünən bu şeir parçası çox böyük mətləblərdən, sosial - ədalərt prinsipinin pozulmasından, mənəvi dəyərlərin aşılanmasından xəbər verir. Bu bir həqiqərtdir və biz dəfələrlə onun şahidi olmuşuq ki, bəzi Insanların bir az pulu olan kimi gözü ayağının altını görmür , hər şeyi yaddan çıxarır. Dünənini, keçmişini unudur. Xalidə xanımın dediyi kimi, pulu bir az artıq olanda insani dəyərlərini və keyfiyyətlərini itirir. Sadə, öz zəhməti, alnının təri ilə yaşayan halal insanlara yuxarıdan aşağı baxır. Sanki yerlərdə deyil, göylərdə gəzir. Ola blər ki, bəzi oxucularımız belə müdrik, fəlsəfi deyimin klassk üslubda təqdimatını köhnəlik, dəbdən düşmüş kimi başa düşər və dəyərləndirərlər. Bu, əsla bele deyil. Təbii ki, hər kəs öz fikrində, düşüncəsində azaddır və belə anlama kiminsə müdxilə etməsi düzgün deyil. Amma deyilişindən və formasından, təqdimatından və üslubundan asılı olmayaraq yazılmış hər hansl fikir insanı düşündürürsə, onda xoş duyğular, xoş əhval – ruhiyə yaradib düzgün yol göstərirsə nə gözəl...Bu istər klassik formada, istərsə də modernist və kosmopolit düşüncə tərzində verilsin, fərqi yoxdur, hər üçü gözəldir.Amma burda çox sadə bir məsələ var: çoxluğun başa düşdüyü və qəbul etdiyi formada- ata- baba dilində demək daha həyatı və tez anlaşılandır. Xalidə xanımın yaradıcılığının üstün cəhətlərindən biri də budur. Lakin bu, məsələnin zahiri görnüşüdür. Daha dərinlərə getdikcə çox böyük ictimai- sosial , mənəvi- psixoloji məsələlər meydana çıxır. Maraqlı suallar yaranır. Cibi dolu, kefi saz olan bu adamın niyə gözü “kor”, qulağı “nasaz”dır. Ayağı yerdən niyə bir qarış üzülür? Və ümumiyyətlə, bu adam kimdir, hansı xalqa, hansı millətə mənbsubdur? Bax, bunları düşünmək, suallara cavab vermək oxucuların öhdəsinə buraxıılır.
Bu cür yaradıcılıq üslubu bütün cildlərdə özünü göstərir. Başqa bir şeirdə oxuyuruq:
Bu cür yaradıcılıq üslubu bütün cildlərdə özünü göstərir. Başqa bir şeirdə oxuyuruq:
Başımda var yüz fikir, çəkirəm tək bir fikir,
Öz millətim olubdur özgə dilinə əsir
***
Nə qədər çox dil bilsən, bu çox gözəl, əladır,
Öz dilini bilməyən, eşidir, amma laldır.
Əgər tərbiyə versən öz dilində uşağa,
O da öz əcdadına başlayar oxşamağa.
***
Getmək üçün oturdum vətənimdə uçağa
Elanlar yad dildə, sandım düşdüm tuzağa.
***
Öz dilinə hörmət qoy, tanidasan milləti,
Dilin unudularsa yox olacaq millətin.

Bu, vətəndaş bir şairin qəlbinin döyüntüləri, onun narahatığlnln ifadəsidir. Xalidə xanım kifayət qədər müasir, klassik və modern düşüncəli bir şair, bütün insani və bəşəri dəyərlərə malik, sözün, sənətin fövqündə dayanan bir xanımdır. Bununla yanaşı vətən, torpaq, dil anlayışı onun üçün hər şeydən əziz və ucadır. Daha anlaşıqlı olsun deyə xatırladım ki, Xalidə xanım xaricdə yaşayır və bir neçə əcnəbi dili sərbəst və mükəmməl bilir. O, sözün həqiqi mənasında öz sözü, öz mövqeyi olan əsil insandır. Daha başqa ziyalılarımız kimi yarımçıq deyil. Yalnız yarımçıq insanlar, mənən kasıb adamlar görüntülərə üstünlük verir, ətrafdakıların diqqətini cəlb etmək üçün haldan – hala, cilddən- cildə girirlər. Öz doğma ana dilini həqarət bilib əcnəbi dillərdə danışmağı böyük şərəf hesb edənlər, əslində vətən, millət sevgisindən uzaq, daxilən puç, nankor və dəyərsiz insanlardır.
Təvazökarliqdan uzaq olsa da deyim ki, mən bir neçə xarici dil bilir və xaricə gedərkən Xalidə xanımın böyük narahatlıqla təsvir etdiyi mənzərə ilə demk olar ki, həmişə və hər dəfə üzləşmişəm. Təəssüf ki, bu bir həqiqətdir. Xalidə xanım həmişə həqiqəti yazır. O da bir həqiqətdir ki, öz dilinə, torpağına, vətəninə belə laqeyd və etinasız yanaşmağın nəticəsidir ki, hazırkı duruma düşmüşük. Xalidə xanımın yuxarıda verdiyimiz bir beytinə diqqətlə fikir versək çox mətləblər açılar. Bir daha onu hörmətli ozucularımızın nəzərinə çatdırıram:
Təvazökarliqdan uzaq olsa da deyim ki, mən bir neçə xarici dil bilir və xaricə gedərkən Xalidə xanımın böyük narahatlıqla təsvir etdiyi mənzərə ilə demk olar ki, həmişə və hər dəfə üzləşmişəm. Təəssüf ki, bu bir həqiqətdir. Xalidə xanım həmişə həqiqəti yazır. O da bir həqiqətdir ki, öz dilinə, torpağına, vətəninə belə laqeyd və etinasız yanaşmağın nəticəsidir ki, hazırkı duruma düşmüşük. Xalidə xanımın yuxarıda verdiyimiz bir beytinə diqqətlə fikir versək çox mətləblər açılar. Bir daha onu hörmətli ozucularımızın nəzərinə çatdırıram:
Əgər tərbiyə versən öz dilində uşağa,
O da öz əcdadına başlayar oxşamağa.
O da öz əcdadına başlayar oxşamağa.
Çox müdrik bir deyimdir.Bəs, əgər uşaq əcnəbi dillərdə tərbiyə alarsa ? Xalidə Hicran bu beytində çox ciddi milli- ideoloji və siyasi məsələlərə toxunmuş, elə dərin qatlara gedən və sonradan böyük faciələr yarada biləcək problemləri qabartmışdır ki, vətənini, millətini sevən insanlar buna biganə qala bilməzlər. Ən çox düşündürücü məsələlərdən biri də öz ana dilində yox, əcnəbi dillərdə tərbiyə alıb formalaşanların dövlət strukturunda yerləşib “fəaliyyət” gostərməsidir. Bu ciddi məsələ barəsində kifayət qədər yazib təhlil etmək olar. Amma yaxşı olar ki, bu barədə düşünməyi, düşünüb özü üçün təhlil etməyi və nəticə çıxarmağı sevimli oxucuların ixtiyarına verək. Biz isə “ Hikmət xəzinəsi” nə gedən yolla Xalidə Hicranın yaradıcılıq dünyasına səyahətimizi davam etdirək.
Şair “ Məntiqim əntiqdlr” şerində deyir:Ey sözüm, qoy hikmətin ağılla idrak olsun,
Ağıllılar oxusun, qəlblərinə nur dolsun.
***
Məntiqim bir əntiqdir,gəz, gör kimdə taparsan,
Məntiq mənim yazdığım, oxu, burda taparsan.
***
Küllü dünya yığışsın, görüm yazan kimlər var?
Mənim hikmətlərimdən fərqlənəcəkdir onlar.

Xalidə xanlm davam edərək yazır:
Mənə gülmə, oxucum, oxu ki, anlayasan,
Axtardığını tapıb, həyatı qavrayasan.
***
Oxu bunu aramla, ey oxucum, tələsmə,
Oxu,hikmətinə var, amma yarımçıq kəsmə.
***
Burda yazılanları öz ağlınca qəbul et,
Əyri yoldan tez qayıt, doğru yola yönəl get.
***
Nə söyləmək lazımsa bu kitabda hər şey var,
Eyni şeyi söyləsən, o zaman təkrar olar.
***
Qəlbimdə bir qəlib var, bünövrəsin tökərəm,
Kərpic kəsib sözlərdən bir imarət tikərəm.
***
Dincəlməyə dostları çağırram imarətə,
Alim, cahil, fərqi yox, layiqdir hər hörmətə.

Mənim fikrimdən, düşüncəmdən və yanaşmamdan asılı olmayaraq Xalidə xanım müdrik bir şair kimi hamının, hər kəsin mənafeyni düşünür: bu, istər alim olsun, istər cahil, fərq etməz. Çünki Xalidə xanım insanlar arasında fərq qoymur. Onun üçün alim da oxucudur, cahil də. Hikmətli sözlərdən tikdiyi imarətdə hamı üçün yer var və o, mövqeyindən asılı olmayaraq hər kəsi burda hörmət və mehribamlıqla qarşılayır. Söz işığına gələn hər bir insan şair üçün əziz və doğmadır.
Xalidə xanim oxucularına müraciət edir ki, ey oxucu, oxuduqlarını aramla,səbrlə oxu, tələsmə, elə oxu ki, nə deyildiyini qavraya biləsən. İnsan oxuduğunu başa düşdükdən, dərk etdikdən sonra bir qərara gələ bilər. Nə istəsən bu kitabda var, amma oxuduğunu heç vaxt yarımçıq kəsmə.
Doğrudan da “Hikmət xəzinəsi”ni səhifələdikcə, Xalidə xanımın səmimiyyətlə dediyi sözlərin və dərin mənalı poetik nümunərərin şahidi oluruq. Xalidə xanım bir rəssam kimi rəngləri, naxışları, gözəlliyi sevdiyi qədər də sözləri sevir, dəyərləndirir, Allahın möcüzəsi kimi yüksək zirvələrə qaldırır. Şair aşağıdaki beyttində deyir:

Qəlbimin naxışında bilsən neçə rənglər var,
O rənglərdən süzülən çox gözəl kəlamlar var
***
Daha sonra Xalidə Hicran sevimli oxucularına xitabən yazır:O rənglərdən süzülən çox gözəl kəlamlar var
***
Əgər sən daşımasan öyüd – nəsihət yükün,
Müşkül işləri çözməyə yetməyəcək gücün.
***
Ata – ana öyüdü idrakına süzülsün,
Ömrünə, gününə zənzir kimi düzülsün,
***
Ey övlad, bil ki, burda güzəştli möhlətdəsən,
Gərək yaxşı- yamanı özün görüb biləsən.
***
Öz ağlınla onları seçib ayırd eyləsən,
Sənə lazım olanı buradan öyrənərsən.

Xalidə Hicran poeziyasının sirri təkcə onun hikmətli deyimlərində, dərin fəlsəfi anlamında deyil, həm də onun həyatiliyində, milli ruhunda və təsir gücündədir. Sözün deyiliş tərzindən, onun yazılışından, tonundan, rəngindən çox şey asılıdır. Mən burda rəng sözünü elə-belə, təsadüfən işlətmirəm. Çünki həqiqətən də sözün də öz rəngi, öz halı və öz xasiyyəti var. Məsələn, bəzən belə bir ifadə işlədilir ki, bəs filankəs sözü adamın üzünə qırmızı-qırmızı deyir. Və yaxud da filankəs adamın üzünə qırmızı-qırmızı durur. Bildiyimiz kimi qırmızı müsbət rəngdir. O insanlara güc, enerji verir, əhval- ruhiyyəni artırır.Amma sözü qırmızı-qırmızı deyəndə adam inciyir, acığına gəlir, o sozü qəbul etmir. Lakin Xalidə Hicran burda bir rəssam kimi sözün rəng çalarlarından məharətlə faydalanıb istedadlı bir şair kimi elə səmimi bir poetik dilə çevirir ki, hətta, öyüd – nəsihəti sevməyən oxucular da incimir, əksinə, könül rahatlığı ilə oxuyub faydalanır.
Xalidə Hicran “Ey oğul,bil ki, burda güzəştli möhlətdəsən” deməklə çox böyük mənalar ifadə edir. İlk baxışda hamının eşidib bildiyi kimi səslənən bu fikirdə işlədilən “ güzəşt” sözü öz dərin sosial- fəlsəfi mənası ilə diqqəti cəlb edir.Bildiyimiz kimi Ulu Tanrı yartatdığı bioloji varliqlar içərisində yalnız insana ağıl, dərk, şüur,zəngin mənəvi dünya, sərvət və eyni zamanda rahat, mənalı və şirin bir həyat bəxş etmişdir. Və insanların yaşaması üçün gözəlliklər dolu, zəngin, əsrarəngiz və ecazkar bir dünya - Yer kürəsini vermişdir. Bəs bunun üçün insan nə etməlidir? Bax, bu sualın cavabını vermək və nə etməli olduğunu bilmək üçün məhz Ulu Tanrı ona bütün dəyərlərin fövqündə dyanan şüur vermişdir. Yerl gəlmişkən deyim ki, əgər insanlar Allahın verdiyi şüurdan düzgün və səmərəli istifadə etsələr onda 70 – 100 il deyil, 250 – 300 il yaşayardılar. Mətləbdən yayınmayaq. Xalidə xanım “ güzəştli möhlət” deyəndə çox böyük insani və həyatı məsələləri nəzərdə tutur ki, bunları bilmək üçün onun hikmətlərini və nəsihətlərini oxumaq və bilmək çox vacibdir.