Nizami TƏHMƏZOV: HİKMƏT XƏZİNƏSİNƏ GEDƏN YOL // XV hissə

ON BEŞİNCİ HİSSƏ
Hissə: 1 > 2 > 3 > 4 > 5 > 6 > 7 >8 > 9 > 10 > 11 > 12 > 13 > 14
Xalidə xanım görüntü yaratmaqdan, yalançı düşündürücülük niyyətindən uzaq, olduqca səmimi bir şairdir ki, fəlsəfi fikir və düşüncələr onun poeziyasının daxilində, bətnində əsil həqiqətləri əks etdirir. Bu həqiqətlər insanların yoluna işıq salir, onları aydınliğa, düzgünlüyə, haqa- ədalətə aparır, o yerlərə aparır ki, orda insanlar Allaha daha yaxındır. Orda insanlar Allahı sevirlər. Allhın verdiyi dəyərlərə əməl edirlər. Orda haqq insanın qanında, canındadır və onu başqa yerlərdə axtarmırlar.
Adından göründüyü kimi “Hikmət xəzinəsi” kitabında bir-birindən gözəl, dərin məna və mahiyyət kəsb edən hikmətli beytlər, nəsihətlər, şeirlər çoxdur. Çoxdur deyəndə mən burda elə bir şeirə, elə bir sətrə, elə bir beytə rast gəlmədim ki, o, dərin məna və fəlsəfi yükdən azad olsun. Aşağıdakı bir beytə nəzər salaq:
Düşbərə dadlı yemək, dad anlayna,
Zorla yedirtmə onu heç dadmayana.
Çox gözəldir. Məncə, bunu izah etməyə heç ehtiyac yoxdur. Hamının, hər kəsin başa düşəcəyi sadə bir tərzdə yazılıb. Amma onun məna yükü nə qədər ağırdır.Xalidə xanım burda hamının düşünməsi üçün imkan yaradıb. Hər kəs öz düşündüyü və istədiyi kimi yanaşa bilər ki, bu da təbii bir haldır. Ən əsası odur ki, kimin nə düşündüyündən asılı olaraq hər kəsin götürəcəyi öz payı var. Amma, əlbəttə, burda birmənalı şəkildə yalnız söhbət düşbərədən getmir, daha dərin mənalar daşıyır. Başqa bir poetik nümunəyə diqqət yetirək:
Olmasın gözündə dövlətli uca,
Ac var ki, yedirər acı doyunca.
***
Əgər gözlərində olmasa toxluq,
Ac olarsan süfrəndə olsa da bolluq.
***
Dözümün olmasa hər cürə dərdə,
Sən batıb qalarsan dərin dərədə.
***
Dərmanı olsa da hər ağır dərdin,
Birinci araşdır dərdin mənşəyin.
Xalidə Hicran oxucularını heyrətləndirmək və təəccübləndirmək üçün başqa şairlər kimi sözü oynatmır, əksinə, o, sözü sevə- sevə, onun gözəlliyini, ətrini duya- duya oxucularına təqdim edir. Sözün qüdrətinə, fikrin dəyərinə bax... “ Ac var ki, yedirər acı doyunca”. Burda böyük mənalar var. Bu, şairin təxəyyülünün və düşüncələrinin məhsulu deyil, dövrün ictimai- siysi vəziyyətinin yaratdığı sosial ədalətsizlik və onun doğurduğu eybəcərliklərdir. Amma şairin burda yaratdığı bir milli “MƏNlİK” obrazı var. Bu, müxtəlif yollarla varlanan dövlətlidən fərqli olaraq acı doyuran, mənliyi, ləyaqəti, şərəfi, qüruru olan və öz zəhmətilə dolanan halal bir insanın obrazıdır. Bu acı ona görə milliləşdirirəm ki, ( lap məcazi mənada olsa belə ) mən indiyə qədər olduğum xarici ölkələrdə özü ac ola-ola özü kimi bir acı doyuran adama rast gəlməmişəm.Bu, ümumi hal kimi ancaq bizdə ola bilər. Çünki bizdə kasıbın da , varlının da , hər bir ailənin xüsusi qonaq otağı olur və evin ən yaxşı şeyləri yalnız onlar üçün saxlanılır. Amma tabii ki, burda milli- mənəvi dəyərlər daha geniş şəkildə nəzərdə tutulur.
İkinci və üçüncü beytlar haqqında da kifayət qədər yazmaq olar. Amma dördüncü beyt Yapon alimi K. Nişinin bir fikrini yadıma saldı : “ Tibb elmi yalnız nəticəni müalicə etmək gücündüdir, o heç vaxt səbəb axtarmır “. Xalidə Hicran isə axırıncı beytində yazır ki, hər bir ağır dərdin dərmanı olsa da, sən birinci növbədə o dərdin mənşəyini axtar, Çox dahiyanə bir fikirdir. Bildiyimiz kimi Xalidə xanım rəssam və şairdir. Amma gorün tibbə aid çox ciddi bir məsələni necə incəliklə açıqlayır ? K.Nişi 30 il xəstə yatıb və bu 30 ildə tibbə aid 60 mindən çox kitab oxuyub. Və ümumi nəticə olaraq 6 bənddən ibarət özünün “ Sağlamlıq sistemi “ ni yaradıb. O, qeyd edir : “ Biz nə qıdır ki, xəstəliyin səbəbini axtarıb tapmamışıq, hələ çox bəlalara düçar olacağıq”. Nişi sonra əlavə edir ki, həyatda sağalmayan xəstəlik yoxdur və bunun üçün Yeri- Göyü yaradan qüvvə təbiət vasitəsi ilə insana hər şeyi vermlşdir. Axırıncı beytə bir də nəzər salaq:
Dərmanı olsa da hər ağır dərdin,
Birincl araşdır dərdln mənşəyin.
Xalidə Hicran öz şirin dili, sözü, fərqli poetik baxışı, dərin bədii hikməti, fəlsəfi təfəkkürü və səmimi sevgisi ilə hər dəfə oxuculrının görüşünə gələndə sanki Ağri dağın təmiz havasını, zərif və incə çiçəklərin xoş ətrini, Arpaçayın həzin zümzüməsinə qataraq insanlara xöş ovqat və könül rahatliği bəxş edir. Onun gül ətirli hər sözü, hər misrası, hər şeiri oxucularda gözəl hisslər oyadan , onlara dayaq olan əsil sənət nümunələridir. Bu örnəkləri oxuyub yan keçmək olmur.Yalnız ona görə yox ki, oxuduqca zövq alır, gözlərin qarşısındə geniş, əsrarəngiz gözəlliklər canlanır, həm də ona görə ki, düşünür, fikrə gedir, onun təsirindən özündə içində, əməlində bir əminlik yaranır, özünü inamlı, güvənli hiss edirsən. Sanki ən yaxın bir dostun, yoldaşınla dərdləşir, şirin söhbət edirsən. Şairin, sənətkarın da gücü bundadır.
Qəribə səslənsə də deməliyəm ki, Xalidə Hicran öz sözünə, istedadına, bacarığına söykənən, yalnız öz qələmi ilə özünə yol açan şairdir. Geniş dünyagörüşünə, dərin savadına, zəngin təcrübəsnə, biliyinə, təxəyyülünə və nəhayət, ən əsası isə Cənab Allhın verdiklərinə güvənən şairdir. Yolu, əqidəsi, amalı, istəyi düz şairdir. Qürbətdə ola – ola, hər cür nemətlər içərisində yaşamaq əvəzinə hər gün, hər saat vətəninin, xalqının dərdini, ağrısını çəkən şairdir. Heç bir təmənnası, umacağı olmayan şairdir. Öz ecazkar rəsm əsərləri ilə xarici ölkələrdə xalqımızı, vətənimizi, dövlətimizi tanıdan, onu təbliğ edən şairdir.
Xalidə Hicran haqqında istənilən qədər yazmaq olar və biz yeri gəldikcə bu barədə daha dərindən və daha ətraflı yazacağıq. İndi isə şairin bəzi şeirlərinə diqqət yetirək:
Övlad, ehtiyatlı ol, bu qoca dünya ilə,
Mumu bərkidər, bərki üyüdüb verər yelə.
***
Həddən çox fikir edən, fikirlərə aldanmaz,
Fikir etsən, fikirdən nə fayda əldə qalar.
***
Dünyada heç bir kəsi həyatdan etmə küskün,
Həyatdan küsgün insan, viran olar büsbütün.
***
Kor – peşiman olsan da qəbahətindən,
Əl çəkmə heç zaman xoş niyyətindən.
***
Bir yalançı desə də yalanı lap ucadan,
Deyilənə inanar təkcə imanın satan.
***
Oğurluqla milyonu kim yığsa sandığa,
Özü kimi bir oğru çıxacaq axırına,
***
Bir dəfə söyləsən bir kəlmə yalan,
Daha el doğrunu seçməz yalandan.
***
Hər sözü söyləməyin deyiliş qaydası var,
Biri dəyib ağrıdar, biri yağtək yayılar.
***
Görsən ki, yazmışam, inciləri, dürləri,
Bil ki mən keçmişəm, həyatda o günləri.
Xalidə Hicran hər misrasından, hər beytindən oxucularına boylanan, öz dəst – xəttini təsdiq edən, müxtəlif və rəngarəng sözlərdən məna dolu fikir çələngi hörərək dostlarına ərmağan gətirən xöşbəxt şairlərdəndir. Bu beytlərdən hər biri öz çəkisinə, məna və dəyərinə görə elə bil qərinələrdən, əsrlərdən bəri min illərdiir yol gəlir, Nizami ruhundan, Füzuli eşqindən qüvvət alıb öz oxucularının görüşünə gəlir. Hər birinin öz dəyəri, öz çəkisi və öz mənası var. Və bunlar xalqımızın müdrik kəıamlarından, mənəvi - əxlaqi dəyərlərindən, milli adət - ənənələrindən qidalanan, boy atan, pərvazlanan qiymətli poetik sənət inciləridir. Bir məsələni təəssüflə qeyd etmək istəyirəm ki, bizdə çox vaxt yaradıcı insanlara sağlığında layiq olduğu qiymət verilmir. Bu, çox ağır, üzücü, acı təəssüf doğuran bir məsələdir və bunun çox dərin kökləri var . Odur ki, biz bir millət olraq uzun illərdir bunun ağrısını yaşayırıq. Mətləbdən yayınmayaq, söz, sənət də belədir, o da öz dövründə acı taleyini yaşayır. İstedadsız, bacarıqsız, yalançı məddahlar irəli çəkilir, əsil sənətkarlar isə kölgədə qalır. Mən Xalidə xanımın simsında deyərdim ki, öz abır – həyasına qısılan, mənən zəngin, yalnız öz işi, yaradıcılığı ilə məşğul olan istedadlı insanlar heç vaxt yüngül şöhrət dalınca qaçmırlar. Ona gorə də böyük inamla deyərdim ki, ağıllı məsləhətlərə, hikmətli sözlərə ehtiyacı olan insanlar üçün Xalidə xanımın poetik sənət nümunələri həmişə qiymətlidir. Məsələn, hansı ağıllı adama lazım deyil ki, dünyagörmüş, təcrübəli, müdrik bir insandan eşitsin ki, “ ey övladım, bu qoca dünya ilə ehtiyatlı ol, ona çox da bel bağlama, işini elə tut ki, mumu bərkidib, bərki üyüdüb yelə verən bu fani dünyadan ziyan gorməyəsən ? Məgər bunun xeyirdən başqa bir ziyanı varmı? Necə ki, şairin özü axırıncı beytində öz təcrübəsinə əsaslanandığını açq – aydın yazır : “ Ey oxucum, inciləri, dürrləri yazdığımı görsən bil ki, mən həyatda o günləri keçmiş və o anları yaşamışam”.
Bunlar şair təxəyyülünün və düşüncələrinin məhsulu, obrazlı deyilmiş poetik ifadələr deyil, real həyat həqiqətlərini əks etdirən müdrik deyimlərdir. Hər zaman, hər an insanın köməyinə çatan, yol göstərən, bəzən isə onun qoluna girib bələdçilik edən ağıllı və səmimi nəsihətlərdir.
Xalidə xanım heç vaxt kəskin şəkildə, yüksək intonasiya ilə söz deməyi sevmir. Bunu böyük qəbahət hesab edir. Onun fikrincə, bir insan qəlbini qırmaq, onu incitmək, könlünü sındırmaq olduqca boyuk günahdır. Xalidə xanım həmişə, hər zaman, hər yerdə insanlara böyük sevgi və qayğı ilə yanaşır, onları hər şeydən uca tutur. Onun çöhrəsində sanki bir işıq, bir nur var. Onun üzünə baxanda insan utanır. Hardasa oxumuşam ki, böyük alim A.Eynşteynin gözlərində qeyri- adi parıltı vardı və heç bir fotoqraf və operator o parıltını, o şövqü çəkə bilməyib. Xalidə xanım da belədir. Ulu Tanrı ondan heç nəyi əsirgəməyib. Yüksək ağıl, analitik təfəkkür, olduqca təbii gözəllik , mənəvi zənginlik...Amma aldığını da alıb. Dünyada özündən çox sevdiyi həyat yoldaşını, bənzərsiz insan, fitri istedadlı rəssam və arxitektor Hicran Seyidovu aramızdan vaxtsız aparıb. Xalidə xanım bir neçə dəfə ağır əməliyyat olunub. Bu barədə sonra ətraflı danışacağıq. İndi qismən də olsa oxucularımıza onu çatdırmaq istəyirəm ki, yəni Xalidə Hicran elə- belə, adi,rahat, sakit həyat yaşayan bir yazar deyil, dünyanın hər üzünü görmüş, öyrənmiş, zəngin təcrübə toplamış mütəfəkkir bir şair, istedadlı və bacarıqlı bir rəssamdır. Rəssamlığı ona görə vurğulayiram ki, əgər diqqət yetirirsinizsə, Xalidə Hicran dediyi fikirlərin poetik obrazın zahirən deyil, daxilən şəklini çəkir, ecazkar bir mənzərə yaradır. Bu zaman insanları nəinki düşündürür, həm də onlara ruhi bir rahatlıq, xoş bir ovqat gətirir, sözün, fikrin mənasını, mahiyyətini başa düşməyə, dərk etməyə yaxından komək göstərir. Sözü demək asandır, amma başa salmaq çox çətindir. Bir çox söz, sənət sahibləri bu məsələyə o qədər də önəm vermirlər. Hesab edirlər ki, sözu dedik, qurtardı. Lakin Xalidə xanım bir az fərqli yanaşır Düşünür ki, sözü elə şəkildə, elə tonda, elə formada demək lzımdır ki, bütün səviyyədən olan oxucular asanlıqla başa düşsün. Necə ki, Xalidə Hicran yuxarıdakı beytində deyib:
Hər sözü söyləməyin deyiliş qaydsı var,
Biri dəyib ağrıdar, biri yağtək yayılar.
“Hikmət xəzinəsi” kitabınında hikmətli beytlərdan başqa çoxlu şeirlər verilmişdir. Bu şeirlər yaşıl təbiət qoynundakı gözəl, ətirli gül – çiçəklərə bənzəyir. Hər gulun, hər çiçəyin öz ətri, öz fözəlliyi olduğu kimi , bu şeirlərin də öz ətri, öz mənası və öz gözəlliyi var. “ Abır hissi”, “ Yollarına işıq salsın “, “Adəm sürgün edildl”, “ Adın xatirinə”, “ Ağlın xəzinədirsə”, “ Alova su at”, “ Asılma sən fələkdən”, “ Övlada nəsihət” və başqa şeirlər məhz belə dərin məna daşıyan gözəl, düşündürücü poetik örnəklərdir. Xalidə Hcranın nəsihətlərində olduğu kimi bu şeirlərində də insan ləyaqəti, saflığı, təmizliyi, xeyirxahlığı, haqqı, edaləti, dostluğu yuksək sənətkarlıqla tərənnüm etmişdir. Dostoyevskinin yaxşı bir sözü var : “ Yazıçı mənəviyyat uğrunda , yüksək əxlaq və bəşəri dəyərlər uğrunda döyüşən, vuruşan bir adamdır”. Həqiqətən də Xalidə Hicran bütün yaradıcılığı boyu bu ali məqsəd uğrunda mübarizə aparan, öz yaradıcılıq yoluna sadiq qalan fədakar bir şairdir. Müxtəlif mövzularda verilmiş bu poetik nümunələrdə hədəf birdir - İnsan. İstər hikmətli beytlərdə, nəsihətlərdə olsun, istərsə də şeirlərdə, ən başlıca amil üzünü tutub sözünü demək istədiyi yeganə ünvan – insandır. Xalidə xanım bir şair olraq insana bu qədər yüksək qiymət verməsi və bütün yaradıcılığı boyu onu tərənnüm etməsi insanı heyrətləndirməyə bilmir. “ Alova su at “ şeirinə diqqət yetirək:
Dara çəkilsə də urəyin qəmdən,
Əlini üzmə öz mərhəmətindən.
***
Dərdlərin qalxsa da başından uca,
Xeyirxahlığını yenə tut uca.
***
Biri səni dərdə etsə tarimar,
Ona dərd verməyi özünə bil ar
***
Yıxma özgə evin bir zalım kimi,
Ziyan verdiyini bil özün kimi.
***
Tutuşsun qəlbində sevgi məhəbbət,
Zalıma sən uyma, eylə mərhəmət.
***
Alovlar yansa da çaxmaqla, heyhat,
Odu alışdırma, alova su at.
***
Qaş – göz arasıdır davanı salmaq,
Davanı salmağa çaxmaq olmayaq.