Nizami TƏHMƏZOV: HİKMƏT XƏZİNƏSİNƏ GEDƏN YOL // XVI hissə

(Dövrümüzün istedadlı canlı klassik şairi Xalidə HİCRANIN 4 cildlik “ HİKMƏT XƏZİNƏSİ” və “ HİCRANNAMƏ “ əsərləri haqqında düşüncələrim.)
ON ALTINCI HİSSƏ
Hissə: 1 > 2 > 3 > 4 > 5 > 6 > 7 > 8 > 9 > 10 > 11 > 12 > 13 > 14 > 15
Türk – islam əxlaqını və nədəniyyətini dərindən bilən və ona böyük sevgi və məhəbbət bəsləyən Xalidə Hicran həmişə bu dəyərlərdən bəhrələnmiş və yüksək qiymətləndirmişdir. Ona görə də hər bir şeirində bu yüksək mədəniyyətinin insanlara bəxş etdiyi dəyərlərin ətri gəlir. İnsan həmişə öz adının fövqündə dayanmaılı, Ulu Tanrının bəxş etdiyi dəyərləri və gözəllikləri əks etdirməlidir. Xalidə xanım öz sözlərini, fikirlərini elə ustalıqla, elə məharətlə deyir ki, oxucu istər- istəməz məhəbbətlə deyilmiş bu sözlərin və nəsihətlərin təsirindən çıxa bilmir. Burda qədim Hind müdrik filosofu Buddanım bir fkri yadıma düşür: “Bal arısı şirəni necə çəkib çiçəyə, onun rənginə və ətrnə heç bir ziyan vurmdan uçub gedirsə müdrik də elədir, O sözünü deyərkən heç kimi incitməməlidir”. Bəli, Xlidə Hicran da belədir. O,heç kimi incitmədən, könlünə dəymədən, astadan, sanki qeybdən gələn bir səs kimi oxucularının qulağına pıçıldayır. Onun bu həlim, mehriban səsi həzin bir musiqi kimi oxucuların qəlbinə süzülür: “ nə qədər qəmli, kədərli olsan da əlini öz mərhəmətindən üzmə, lap dərdin başından aşsa da xeyirxahlığını ondan uca tut. Zalım olma, ziyan verdiyin insanları özün kimi bil “.
Göründüyü kimi bu şeirində Xalidə Hicran bəşəri səviyyəyə ucalır. Dünyanın harasında yaşamasındsn asılı olmayaraq onun üçün insan elə insandır və o hesab edir ki, insan həmişə öz dəyərlərini qoruyub saxlamalıdır. Hər misranın doğurduğu ovqat, yaratdığı təəssürat oxucularda elə bir fikir formalaşdırır ki, dünyanın tarazlığı eyni zamanda insanların mənəvi keyfiyyətindən, dəyərlərindən, fikir və baxışlarından asılıdır. Xalidə xanım bütün yazılarında məhz o fikri aşılayır ki, insan həmişə xeyirxah, mərhəmətli, pis əməllərdən uzaq, sülhsevər və mehriban olsun. Ən ağır vaxtlarımda belə öz yolundan, əqidəsindən dönməsin. Odur ki, şair deyir:

Tutuşsun qəlbində, sevgi, məhəbbət,
Zalıma sən uyma, eylə mərhəmət.
Zalıma sən uyma, eylə mərhəmət.
Mənə elə gəlir ki, klassik üslubda yazmaqdan başqa Xalidə xanımın öz üslubunda, dilində yazmaq çox çətindir və deyərdim ki, bu hər adamın bacarığı və işi deyil. Bu mənada mən Xalidə Hicranı bənzərsiz şair hesab edirəm. Bu fikrimlə kiminsə haqqına girmək düşüncəsindən tamamilə uzağam. Belə bir düşüncəyə gəlmək mənim və haqqında yzdığım müəllifin barəsində yanlış bir fikir olardı. Sadəcə bu bir həqiqətdir ki, indi belə düşüncədə, belə fikirdə, belə üslubda yazan şair çox azdır və ya heç yoxdur. Cünki, əgər bu bir tərəfdən dövrün, zamanın tələbindən uzaq hesab edilirsə, digər tərəfdən isə bu cür yaradıcılıq üslubunun müəllifinə heç də asanlıqla uğur gətirməyəcəyi qənaətinə gəlinməkdir. Hardasa haqlı saymaq olardı, əgər Xalidə Hicran bu cür düşüncə sahibi olsaydı. Amma o, ədəbiyyata, sənətə heç vaxt şan- şöhrət sahibi olmaq üçün gəlməyib. Yuxarıda dediyimiz kimi o, içində çağlayan, kükrəyən fikirləri , fəlsəfi düşüncələri yazmaya bilmədiyi üçün yazırdı. Yqaxşı yadımdadır, 1980 – ci illərin axırlrında ədəbi tənqiddə “Sənətkarliq konsepsiyası“ deyilən bir anlayış dəbdə idi. Düzdü, mən onda Moskvada olurdum , amma Azərbaycanda baş verən hadisələri , o cümlədən ədəbi mühiti diqqətlə izləyirdim. Bəs nə idi bu “ Sənətkarlıq konsepsiyası”? Müəyyən bir məqsədi bədii sənətdə axıra qədər izləmək, bu məqsədə nail olmaq yolunda forma və üsulları sınağa çəkmək və öz yradıcılığında bir qayəni axıra qədər davam etdirmək. Təbii ki, bunu hər yazıçıya və şairə şamil etmək olmazdı. Professor Cahangir Məmmədov yazırdı : “ Ancaq belə bir elmi həqiqət də məlumdur ki, konsepsiya anlayışını hər kəsin yradıcılığına zorla tətbiq etmək də ziyanlıdır, ən azı qeyri elmidir”,
Xalidə Hicranın yaradıcılığına ümumi nəzər saldıqda görürük ki, onun yolu haqq yolu, məqsədi kamil insan və təmiz həyatdır. Budur Xalidə Hicranın “Sənətkarlıq konsepsiyası”. Yenə də deyirəm, o heç zaman öz yolundan, öz əqidəsindən, yaradıcılıq üslubundan dönməyib ,bu gün də öz şərəfli yolunu böyük fədkarliqla davam etdirir. Ümumiyyətlə, onu deyim ki, Xalidə xanımın yaradıcılığı heç bir konsepsiyaya, heç bir qəlibə sığan deyil. O, azad sənətkardır və onun yalnız bir yolu vardır – bu, haqq- ədalət, düzgünlük, insana ali münasibət, insani və bəşəri dəyərləri qoruyub saxlamaqdır. Dövrün sərt, acı həqiqətləri, acınacaqlı insan taleləri, fəlakətlər saçan hdisələr, insanlıq hisslərinin itirilməsi, bir sözlə, həyatda baş verən bütün eybəcərliklər ona təsir edir və Xalidə xanım qətiyyətlə insanlıq adına ləkə gətirən belə hadisələri pisləyir. Şair yazır:

Göz yaşını yaratdı, Tanrım büllur bulaqdan,
Qəlbi qorumaq üçün faydalanaq o sudan.
***
Daşda iynə ucuyca olsa bir qəlb ağrısı
Parça – parça qırılar tək qum tayası.
***
Ağlın bir dərya olsa, gözəlliyin özündə,
Pisliyə sən yol açma, kin olmasın könlündə.
***
Hər dalaş bir savaş, ondan qaçar ağıllı baş,
Aqilsə qarşıdakı, ağrımaz nə əl, nə baş.
***
Balın bu şirinliyi cənnətdən gəlməsəydi,
Bu qədər faydasını heç kim söyləməzdi.
***
Gözəlliyi duyanın hər biri olmz insan,
Onu viranə qoyan bir gün olar çox peşiman.
***
Vaxtında dinləməz bircə öyüd- nəsihət,
Ta ki, etməyincə o çox böyük qəbahət.
***
Bir başdan darı boyda əgər ağıl itirsən,
Ağlı itən o başdan daha nə gözləyəsən ?
( “Azalmasın qeyrətin” şeirindən )

Xalidə Hicran poeziyasını səciyyələndirən və xarakterizə edən əsas cəhətlərdən biri sözdən, fikirdən öz məna və mahiyyətinə görə məqamında, yerində dolğun istifadə etmək, İlahi sözlə özünəməxsus şəkildə incə rəftar və onu ustalıqla işlətmək bacarığıdır. Xalidə xanım yaxşı biluir ki, fikirlərin aydın, səlis çatdirilması və oxucularda estetik zövqün inkişaf etdirilməsi üçün , sözdən yerli- yerində , düzgün istifadə edilməsi çox vacib şərtlərdən biridir. Səliqəsiz, sözdən necə gəldi istuifdə etmək, onunla qeyri normal davranış çatdırılacaq fikrin təsir gücünü xeyli dərəcədə azaldır, müəllif – oxucu münasibətlərinə ciddi zərbə vurur. Sözlə bağlı Əli Kərim daha yaxşı deyib:
Neçə gündür yazmamışam,
Sözlər qaçıb dağa, düzə.
***
Baxımsızlıq olan zaman,
Söz özü də baxmır sözə.
Sözlər qaçıb dağa, düzə.
***
Baxımsızlıq olan zaman,
Söz özü də baxmır sözə.
Xalidə Hicran yaradıcılığının daha dərin qatlarına getdikcə, istər- istəməz bəzi məsələlər və söz hqqında hər dəfə yenidən fikir söyləmək məcburiyyətində qalırıq. Məsələn, necə əlavə etməyim ki, Xalidə xanım al- əlvan sözlərdən nəinki gözəl çələnglər düzəlıdir, həm də insanı heyrətə gətirən əsrarəngiz qobelenlər toxuyur. Ətirli, tərvətli müxtəlif sözlərdən hörülmüş bu qobelenlər oxucunu öz sehrinə alıb söz, fikir dünyasına aparır , onları düşündürür, insan ağlının, zəkasının heyranına çevirir. Oxucularımız gözəl bilirlər ki, qobelen əllə toxunan dekorativ təsviri sənətin bir növüdür. Rspublika Rəssamlıq Akademiyasının dosenti, əməkdar rəssam Ələddin Yusibov deyir: “Qobelen bir düşüncə tərzidir. Hər kəs, hər bir sənətkar öz daxili və zahiri aləmini, xəyal dünyasını ora köçürür”. Əlavə edək ki, qobelen həm də hiss və duyğuların sənətidir. Yeri gəlmişkən deyim ki, Xalidə Hicran istedadlı bir rəssam kimi sevimli həyat yoldaşı, fitri istedadlı rəssam və heykəltəraş Hicran Seyidovla birlikdə Avropada və dünyada birinci və çəkisi 600 kiloqram, ölçüsü 10 X 15 metr olan çox möhtəşəm bir qobelen toxumuşlar ki, olkəmizlə taniş olmayan hər bir adam ona baxarkən respublikamız haqqında müəyyən təsəvvürə və bilgilərə malik olurlar. Belə bir füsunkar nadir sənət əsərini dünyaya nümayiş etdirmək, tanıtdırmaq əvəzinə, neçə illərdir ki, Sumqayıtda Kimyaçıların Mədəniyyət Sarayında yarı qatlali, yari açıq vəziyyətdə saxlanıiır. Biz bu barədə gələcəkdə daha ətraflı danışacağıq. İndi isə fikrimizdən yayınmayaq.
Xalidə Hicran bədii yaradıcılığının səciyyəvi cəhəti də ondadır ki, rəssamlıq sənətinin dəyərlərindən məharətlə istifadə edərək söz və onun rəng çalarlarından insanı təəccübləndirəcək qədər gözəl və dərin məna kəsb edən rəngarəng qobelenlər toxuyur. Çünki Xalidə xanım sözün də, rəngin də qədrini bilir, onların vəhdətini, məna çalarlarını yüksək qiymətləndirir. O, qələmlə fırçanın gücü, onların vəhdəti ilə işləməyi bacaran və beləliklə də sözü, onun təsir gücünü daha yüksəkliklərə qaldırmağı bacaran sənətkardır. Yogi Bhajan “ Sözün gücü” əsərində söz haqqında yazır : “ Ən yüksək, en etkili enerji sözdür. Başlanğıcda söz Tanrıiləydi və dünyanı söz yaratdı. Sözə hörmət edərsiniz, bu dünyaya hörmət edərsiniz “.
Xalidə Hicran “ Sözə muncuq demərəm” şeirində söz haqqında fikirlərini belə ifadə edir:

Sözə muncuq demərəm ki, düzülür saplara,
Muncuq qiymətin alar, bəzək olmaz şahlara.
***
Mən sözə bal demərəm, baldan da şirin söz var,
Sözə zəhər demərəm, zəhərdən də acı söz var.
***
Sözə qurban olaram, söz ilə qurban olmaz,
Amma elə söz var ki, onsuz da dua olmaz.
***
Söylənən gözəl sözün gör necə qiyməti var
Dəyərin bilən varsa, sözün də hörməti var.
***
Hər şeyin mayası söz, hikmət də elmdədir,
Elmin olsa, hər sözün bir dolu xəzinədir.
***
Bil ki, gözəl sözün də min illər qiyməti var,
Söz qədrin bilən üçün sözdən qiymətli nə var?
***
Xalidə Hicran, susma, sən də bircə söz söylə,
Bir kəsə yarıyarsa, sözü sapa düz, söylə.

Xalidə Hicran poeziyasını şərtləndirən və ona yüksək dəyər verən əsas amillərdən biri də bizi əhatə edən ətraf mühitə, təbiətin və cəmiyyətin inkişafına, onların yaratdığı hadisələrə fəal və obyektiv münasibət bildirməsi və bir şair olaraq qələmə almasıdır. Söz haqqında olan şeiri də bu cəhətdən maraqlıdır. Burda bir məsələni xüsusi olaraq qeyd etmək istəyirəm. Əslən Hindli olan və Amerikada yaşayan dünya şöhrətli yoqçu, alim- yazıçı Yogi Bhajanla ( əsil adı Horbhajan Singh Piri ) Xalidə Hicranın söz haqqında fikir və düşüncələrinin eynilik təşkil etməsidir. Əgər Y. Bhajan sözü “ Ən yüksək və ən etkili enerji “ hesab edirsə , Xalidə xanım isə “ Söx böyük bir xəzinədir, sözdən qiymətli heç nə yoxdur “ qənaətindədir. Xalidə xanımın fikrincə, söz Allahın möcüzəsidir. Məni ən çox duyğulandıran və məmnunluq hissi yaradan hər iki yazıçının dünygörüşlərinin və fəlsəfi baxışlarının bir nöqtədə birləşməsi və onların Allahı dərk etməsidir. Bir vaxtlar Y.Bhajanın dünyaya göndərdiyi “ Tanrının hər kəsdə, hər şeydə görməyən, onu heç bir yerdə görməz” mesajı uzun müddət müzakirələrə səbəb olmuşdursa, Xalidə Hicran “ Təbiəti derk etməyən, Allahın yaratdığı möcüzələri görməyən adam onun özünü də dərk edə bilməz” fikrini ortaya qoymuş və şeirlərində müxtəlif formada təcəssüm etdirmişdir. Birmənalı şəkildə Xalidə Hicran fəlsəfi və mütəfəkkir şairdir. Yerl gəldikcə, dörd cildlik “ Hikmət xəzinəsi” və “ Hicrannamə” kitabları haqqında danışarkən bu barədə daha ətraflı söhbət açacağıq.
Xalidə Hicran bəzən insan xarakterini, insan xasiyyətini elə məharətlə, elə ustalıqla incələyir və psixoloji detallarla açıb göstərir ki, tanımadığın və heç zaman üzünü görmədiyin hər hansı bir insan haqqında müəyyən bilgilərə malik olursan. Hətta Xalidə xanım insan psixologiyasını elə dərindən açıqlayir ki, yalnız bundan sonra insan qəlbi ilə fikri, düçüncəsi arasındakı ayrılığı hiss edir və görə bilir. Şair “ Ürəyin avazı ilə” şeirində yazır:

Sən özün bir özgəsən, qəlbin bir özgə,
Sənin dərdini çəkir qəlbin ölüncə.
Sənin dərdini çəkir qəlbin ölüncə.
Şair burda işarə edir ki, bəzən insan elə yanlışlığa, elə səhvlərə yol verir ki, onun əzabını, ağrısını ürək çəkir. Həqiqətən də həyatda elə vaxtlar, elə məqamlar olur ki, insan ürəyi istəmədiyi bir şeyi edəndə sonradan onun peşimançılığını çəkir, acısını yaşayır. Şair sonra davam edərək yazır:
Ürəyin tənzim edir sənin hər bir halını,
Ürəyin şad deyilsə, pozacaq əhvalını.
***
Bir kəslə dostluq etsən, qəlbinə bir nəzər sal,
Ürəkdən dost olmasan, o dostluqdan uzaq ol.
***
Yorğunluq hiss etsən bir gün ayaqlarında,
Demək ürək şad deyil, yorğun olan ayaqda.
***
Ürəyin peşəsidir, dərdi tək çəkər özü.
Nə çəkər, xəlvət çəkər, dilə gətirməz sözü.

“Hikmət xəzinəsi”ndə hisslər və emosiyalar deyil, ağıl və idrak ön plana çəkilmiş, özünün ən yüksək fazasına çatdırılmış, keyfiyyət dəyişikliyi getdikcə potensial mütləq zirvəsinə ucalmış və nəhayət, öz dəyərinə, əhəmiyyətinə görə ehtiyacı olan hər bir insanın , hər bir oxucunun sevimli kitabına, dostuna çevrilmiş və onların qəlbində, yaddaşında əbədi kök salmışdır. Kitablardakı söz incilərinin hər biri haqqında danışmaq, söz açmaq, izah etmək, incələmək mümkün deyil və düşünürəm ki, heç buna ehtiyac da yoxdur. Çünki , əgər bu, bir tərəfdən Xalidə xanımın sevimli oxucularına olan lütfkarlığı, onlara olan sevgisinin təzahürüdürsə, digər tərəfdən bu ədəbi nümunələrin özünün çox aydın, səlis, həlim və demək olar ki, hamı üçün anlaşıqlı olacaq bir dildə yazılmasıdır. Sadəcə həvəslə, səbrlə, diqqətlə oxumaq lazımdır.
***