7-08-2025, 09:04
Gündəm/Mədəniyyət

Nizami TƏHMƏZOV: HİKMƏT XƏZİNƏSİNƏ GEDƏN YOL // VI hissə

Nizami TƏHMƏZOV: HİKMƏT XƏZİNƏSİNƏ GEDƏN YOL // VI  hissə

(Dövrümüzün istedadlı canlı klassik şairi Xalidə HİCRANIN 4 cildlik “ HİKMƏT XƏZİNƏSİ” və “ HİCRANNAMƏ “ əsərləri haqqında düşüncələrim. )


ALTINCI HİSSƏ

Hissə: 12345
İnsan həyatı, insan ömrü böyük və kiçik hadisələrdən, müxtəlif görüşlərdən və olaylardan keçib formalaşır və kamilləşir. Əsil sənət və poeziya nümunəsi zamanın, dövrün səlnaməsini, insan şəxsiyyətinin xarakterinin, dünyagörüşünün tarixçəsini, ömür yollarını izləmək deyil, onun məcrasını dəyişən hadisələri, insan həyatında mühüm rol oynayan məsələlərin və olayların bədii həlli və onun inikasıdır. Xalidə xanım belə məsələlərə və mövzulara elə incəlik və həssasliqla yanaşır və onun poetik həlli istiqamətində elə məsuliyyətlə çalışır ki, bəzən bir sözün, bir fikrin, bir ifadənin üstündə uzun müddət düşünməli və işləməli olur. O, bundan əsla yorulmur, çünki bu, onun hobbisi deyil, işidir. Bütün varlığı ilə sevdiyi peşəkar sənətidir.
Xalidə Hicran hər bir sözə adi bir söz kimi yox, Allahın mözüzəsi kimi yanaşdlğından ondan necə gəldi istifadə etmir, onun ətrini, rəngini duymamış , mənasını, yerini, təsirini bilməmiş qafiyə xatirinə heç vaxt işlətməz və bu onun yaradıcılıq prinsiplərinə tamamilə ziddir.
Hər çiçəyin, hər gülün öz ətri və öz gözəlliyi olduğu kimi Xalidə xanımın yaradıcılığının da, poeziyasının da öz spesfik ətri və gözəlliyi vardır. Bu gözəllik süni, qondarma deyil, boyasız, rəngsiz, xalq yaradıcılığının büllur çeşməsindən bəhrələnən, Günəşdən istilik, hərarət, sevgi alan , hündür, uca, başı ağ çalmalı vüqarlı dağlar qədər müdrik və əzəmətli olan hikmətli sözlərdir ki, onu oxuyan və əməl edən hər kəsin ürək dostuna və könül sirdaşına çevrilər. Bir yaradıcı insan və bir şair kimi Xalidə xanım o qədər zərif, həssas, o qədər mülayim və insan qəlbini riqqətə gətirəcək qədər humanist və insanpərvərdir ki, o yalnız xoş əməllər, gözəlliklər, insanlarda xoş duyğular yaradacaq fikirlər haqqında düşünür. Sanki o, bunu özünə bir öhdəlik, bir mənəvi borc kimi qəbul etmişdir ki, bu missiyanı hər dəfə yerinə yetirdikcə özündə böyük mənəvi rahatliq və könül xoşyuğu tapır. Bu zaman o nəinki yorulmur, əksinə, öz yaradıcılığından, insanlara göstərdiyi xidmətdən, onların yardımçısına çevrilməkdən zövq alır, güc və ilham alır. Xalidə Hicran yazır:


Ağıl sənin tacındır, hissindən uca
Hiss çılğın gəncdir, ağıl təmkinli qoca.
***
Qıcqırıb tökülsə xəmir tabaqdan,
Özü məhrum olar öz tabağından.
***
Görmədim hirslidə barış, mərhəmət,
Hirsini ram edən qazanar hörmət.
***
Bir hirslidən sorudum, nədir xeyir- şər?
Gördüm ki, insanlıqdan qalmayəb əsər.


Xalidə xanımın poetik fırçası çox əlvan, rəngarəng, təsirli, işıqlı, zövqoxşayan “rəsmlər” çəkir. Bu sözdən yaranmış rəsm çələngi mühüm tarixi qaynaqlardan , folklor sərvətlərimizdən və söz incilərimizdən bəhrələnib rəssam – şair fırçasında öz yüksək səciyyəsinə ucalmışdır.
Poetik yaradıcılığı çoxcəhətli bədii tarixi, orjinal rəng və boyalar üzərində keçən Xalidə xanım bir qayda olaraq şeirlərini həyatdan, gəncləri, ümumiyyətlə, insanları düşündürən , onları narahat edən və bu günkü həyatımız üçün daha önəmli olan məsələlərdən yazır. İnsanların arzu və istəklərini, duyğu və düşüncələrini ifadə edir, gah mənəvi- əxlaqi təmizlikdən, fədakarliq və qayğıkeşlikdən, gah da doğma vətənimizə məhəbbətdən, onun ağrı- acılarından yazır. O, dövrün, zamanın ideya –estetik və bədii –fəlsəfi tələbi səviyyəsində dayanır, bəzən isə insan amili məsələsində daha yüksək zirvələrə ucalır.
Xalidə Hicran istedadlı bir rəssam olaraq rənglərin dilini, psixologiyasını, xarakterini , xasiyyətini dərindən bildiuyi kimi, sözlərin də rəngini, çalarlarını, məna və təsir gücünü o dərəcədə və deyərdim bəlkə daha artıq səviyyədə bilir. Yüksək fəlsəfi məna və mahiyyət daşıyan fikirıərdən elə incəlik və ustalıqla söz çələngi hörür ki, onun əlvanlığı və gözəlliyi , xoş ətri və təsiri insanları valeh edir, uzun müddət onlarln yaddaşından silinmir. Əlbəttə, bütün bunlar sözə, fikrə, düşüncəyə, ağıllı məsləhətlərə dəyər verən , onu qiymətləndirən oxucular üçündür. Xalidə xanım “ Hikmət xəzinəsi”ndə bu hisslərdən uzaq olan, özlərini tək, tənha, kimsəsiz, arxasız, köməksiz hesab edən insanları da yaddan çıxarmayıb. Əksinə, hər dəfə öz hikmətli sözləri, şeirləri, qəzəlləri və digər poetk nümunələri ilə onların görüşünə gəlir, Öz şirin dili, üslubu, səmimiyyəti və ən əsası isə sevgisi ilə bu cür ruh düşgünlüyü yaranmış, həyatın şirinliklərinə aldanaraq yolunu sapmış insanlara arxa- sayaq olur. Onları heç vaxt unutmur. Öz gözəl, şirin , həlim, mənalı sözləri ilə onlara məlhəm olur.
Burda bir haşiəyə çıxmaq istəyirəm. Şair oftolmoloq dostum professor Paşa Qəlbinur xatirə essesində olmuş bir hadisədən bəhs edərək yazır : “ Nənəm danışırdı ki, qaynı arvadı olan gözəl, cavan bir gəlin günlərin birində dəli olur, başına hava gəlir. Nəçə həkimə, loğmana göstərirlər, dava- dərman eləyirlər, cindara, pirə aparırlar, çarəsi tapılmır. Axırda şəhərin ən məşhur həkmimlərindən Rza bəyin məsləhəti ilə gəlini soyuq suda çimizdirirlər, Həkim deyibmiş ki, çiməndə ağlasa nüalicə edərəm, gülsə dərdi əlacsızdır. Nənəm danışırdı ki, uzun höruklü, gözəl xanımı çətinliklə soyuq su ilə dolu ləyənə saldıq. Birdən bu gəlindən bir şaqqanaq qopdu ki, gəl görəsən. O əllərinə vurub güldükcə, biz ağlayırdıq”.
Mən Paşa Qəlbinurdan soruşdum ki, ona heç söz də təsir etmirdi ? Axı, söz özü Allahın bir möcüzəsidir. O bir qədər gülüb sonra dedl ki, indi söz heç ağıllı adamlara təsir etmir, o ha qaldı dəliyə... Sonra dedi ki, sən düz deyirsən, nənəm danışırdı ki, hərdən elə sözlər olurdu ki, deyəndə dayanıb xeyli fikirləşir, gülümsünür, dilinin altında nəsə danışırdı.Hətta bəzən bir müddət xəyala dalırdı.
Bu hadisəni danışmaqda məqsədim odur ki, Xalidə xanımın yaradıcılığı əhatəli və çoxşaxəlidir. O bütün insanları düşünür: xəstəni də, ağlayanı da, ağladanı da, güləni də, güldürəni də...Bu, bir həqiqətdir ki, həyatımız müsbət və mənfi insanıardan, necə deyərlər, xeyir və şərdən ibarətdir. İşıqlı, nurlu, sevimli, xeyirxah insanlar da var, pis niyyətli, qaraqabaq, mənfi enerji daçıyıcısı olanlar da. Yəni gözəllik də var, eybəcərlik də. Buna görədə varlığa estetik münasibətin səciyyəsindən asılı olaraq bu ziddiyyətlərlə, bu əksliklərlə hər bir yazıçı və şair bir cür qavrayır və bir cür mənalandırır. Ümumiyyətlə, bu, yazıçı fəaliyyətini şərtləndirən obyektiv tarixi və ədəbi amillərlə sənətkarın şəxsiyyəti, dünyagörüşü, estetik amalı, bədii zövqü və.s. əlaqədar bir məsələdir.Burda yazıçılar, deyərdim ki, bəlkə də çoxluq təşkil edən yaradıcı qüvvələr iki sahəyə bölünür: cəmiyyətin müsbət, işıqlı tərəfini yazanlar və mənfilikləri əks etdirənlər. Burda mənim məqsədim bu kateqoriyanı şərh etmək deyil. Məmnuniyyətlə onu qeyd etmək istəyirəm ki, Xalidə Hicran burda hər iki tərəfin fövqündə dayanır. Çünki hər iki kataqoriyanın başında insan amili dayanır ki, bu da dediyimiz kimi Xalidə Hicran yaradıcılığının əsas özəyini, qayəsini təşkil edir. Burda mən vacib bir məsələni xüsusi qeyd etmək istəyirəm. Görürsən bəzən yazırlar ki, klassik üslubda, deyək ki, qəzəl və məsnəvilərlə müasir həyatı səciyyələndirmək, təsvir etmək , modern fikir və düşüncələri əks etdirmək, formalaşdırmaq çətindir və bəıkə də mümkün olarsa da çox ağırlıq gətirrər. Və hətta bəzi müəlliflər müasirliyin ideya –siyasi mündəricəsini açaraq iddia edirlər kli,həqiqətən müasirliyi zamanın böyük məsələlərinin daxili - ictimai , fəlsəfi, əxlaqi keyfiyyətlərini açmadan onlarin həqiqi, real, dərin təsvirinə və səciyyəsinə nail olmaq mümkün deyil. Belə olan halda klassik üslubda yazmaq və qeyd edilənləri şərtləndirmək şairdən böyük və xüsusi istedad tələb edir. Bax, budur əsas məsələ.
Xalidə Hicran öz yaradıcılığı ilə bütün məsələlərin və kateqoriyaların üst qatında dayanır. Deyək ki, əgər müasir dünyanı dərk etmək, modern düşüncələrə yiyələnmək “ fəlsəfi - əxlaqi “ yüksəliş tələb edirsə, onda Xalidə Hicran bu yüksəlişin ən uca zirvəsində dayanmışdır. Mən fikrimi bu şəkildə səslənməkdən çəkinmirəm. Əgər “ Hikmət xəzinəsi” kitabını oxuyandan sonra mənim bu fikirlərimə etiraz edənlər tapılarsa, onda bir dost kimi məsləhət görərdim ki, o kitabı qərəzsiz, təmkinlə, sevgi ilə bir də oxusunlar. O zaman bir çox həqiqətlərin şahidi olacq və tam aydınlığl ilə görəcəklər ki, Xalidə xanımı bu zirvəyə çıxaran əsas mənəvi- estetik amil- güclü vətəndaş yanğısı, vətəndaş narahatlığı və onun yüksək insanpərvərliyidir. Bir cəhəti xüsusi vurğulamaq istəyirəm ki, Xalidə xanımın bu narahatçılığı vətəndən xeyli uzaqlarda, yad ölkələrdə keçirir, o yerlərdə ki, əlinin zəhməti, sənətinin möcüzəsi ilə zəngin yaşasa da qəlbi, ürəyi vətən üçün millət üçün, xalq üçün döyünür. Yad ölkələrdə olsa da öz doğma vətənində taleyinin ümidinə buraxılan, bankların, şirkətlərin, vecsiz, nankor, harın dövlət məmurlarının girovuna çevrilmiş insanların acı taleyi onu rahat buraxmır. Vətən, millət sevgisinin nə olduğunu yalnız vətənini, millətini sevənlər bilər.
Xalidə Hicranın yaradıcılığını ardıcıllıqla izlədikdə görürük ki, sənətkar xüsusiyyətinin ictimai, milli və estetik fikir fonunda ilk şeirlərindən tutmuş axıra qədər oz ideallarına, ədəbi kursuna və yaradıcılıq prinsiplərinə olduqca sədaqətli və dəyişməzdlr. Xalidə xanımın sosial edalət duyğusu, milli heysiyyat, mənəvi paklıq və dürüstlüyə inam, onun poetikasının bədii əxlaqı üçün həmişə sabit, dəyişməz və əbədidir. Əgər bu bir tərəfdən Xalidə xanımın millətinə böyük sevgisindən, milli qürur və iftixar hissindən, öz xalqınına olan sonsuz məhəbbətindən irəli gəlirsə, digər tərəfdən isə şeirə, poeziyaya olan hədsiz vurğunluğundan və öz sənətinə, peşəsinə, tutduğu yola olan sədqətindən və prinsipallığından qaynaqlanır.
Xalidə Hicran dövrün, zamanın sərt həqiqətlərini, acınacaqlı insan talelərini, fəlakətlər saçan hadisələri və cəmiyyətdə əxlaqi və mənəvi dəyərlərin getdikcə qiymətdən düşməsini elə ustalıqla, elə ürək yanğısı ilə qələmə alır və oxuculara çatdırır ki, istər- istəməz insan düşünmək məcburiyyətində qalır, ətrafda baş verənlərin fərqində olur.
Nəsiminin fəlsəfi dünyasından məharətlə bəhrələnən şair kamil insan məsələsini özünün fəlsəfi- etik modelində müxtəlif səviyyəli insanlarin dərk etməsi və faydalanması üçün geniş imkanlar açır. Bu zaman o özünün təcrübəsindən, fitri istedadından və poetikanın bütün imkanlarından bacarlqla istifadə edir. Biz gələcəkdə Nəsimi sufizm fəlsəfəsi ilə Xalidə Hicranın təsəvvüf düşüncələri arasındakı yaxınlıqdan danışacağıq. Hələlik isə mətləbdən yayınmayaq.
Xalidə xanımın yaradıcılığından ümumən belə bir qənaətə və nəticəyə gəlmək olar ki, o, həyatını şeiriyyatsız, poeziyasız , sənətslz təsəvvür etmir. Bir sözlə, şeir, sənət onun varlığı, həyatidir. Şeirlərinin birində o daha yaxşı deyir:


İstəsən ki, dünyada bir kəlmə sözün qala,
Gərək söz söz ola ki, ürəklərə yol ala.


Xalidə Hicranın bu fikri ilə böyük rus yazıçısı L. Tolstoyun fikirlərinə daha da yaxınlaşır. L. Tolstoy yazır : “ ...Bu dünyada hər şey ötərldlr. Hökmranlıq da, taxt- tac da, milyon- milyon kapital da keçib gedəcək : təkcə bizim yox. Nəvə - nəticələrimizin, kötücələrimizin də sümüyü çoxdan torpaqda çürüyəcək. Lakin əgər bizim əsərlərimizdə bircə qiriq bədiilik varsa, yalnız o əbədi yaşayacaqdır”.
Xalidə Hicran özəlliyi olan və heç kimə bənzəməyən, heç kimi təqlin etməyən öz yolu, öz cığırı, öz dili və öz üslubu olan elə bir sənətkardır ki, hamı ilə dil tapır, oxumaq istəyən hər bir adamın qəlbində silinməz izlər buraxır, onların sevimlisinə, əzizinə çevrilir. Sənətkar, sənət və oxucu münasibətlərində Xalidə xanım həmişə oxucularin yanında, onların tərəfində olur. Başqaları kimi özünü ağıllı, intellektli modern düşüncəli bir şair kimi göstərmir və heç buna cəhd də etmir, çünki onun məqsədi, amalı bu deyiı. Belə yüngül hisslərdən çox-çox uzaqdır. Böyuk fəxarətlə deyərdim ki, Xalidə xanim Türk-islam dünysının ən ləyaqətli və səvlyyəli kübar xanımlarından biridir. Amma bunu heç vaxt hiss etdirməz, təkrar edirəm, heç vaxt. Hiss olunan və tanınan yerlerdə isə həmişə hörmətlə qarşılanar.
Xalidə xanım həmişə oxucuların yanında olduğundan və onların maraqlarını hər şeydən üstün tutduğundan məhz bütün qüvvəsini bu sahəyə yönəldir. Onların dərki, anlayışı üçün bütün bədii və estetik vasitələrdən istifadə edir. Bəzən hətta fikir xatirinə qafiəyə o qədər də əhəmiyyət vermir. Bu, ədəbi qaydalar pozuntusu hesab edilsə də, istədiyi fikri olduğu kimi çatdırmaq xatiruinə bəzən bu iradı öz üzərinə götürür. Burda müəllif marağı yox, oxucu marağı ön plana çəkilir. Xalidə xanım düşünür ki, her şeydən əvvəl oxucuya fikir, düşüncə lazımdır. Fransız yazıçısı və nəzəriyyəçisi Bualo bu barədə çox gözəl yazıb : “ ...Qafiə ilə fikir arasında ədavət yoxdur və bir-biri ilə mübarizə etmirlər. Fikir qafiyənin hökmdarıdır,qaflyə isə fikrin qulu “.
Şairlik Xalidə xanım üçün hər şeydən öncə bir həyat tərzi, yaşam tərzi və bir ömür sevdasıdır.O, öz həyatını başqa cür təsəvvür etmir.
Döpd cildlik “ Hikmət xəzinasi “ şeirlər kitabı Xalidə Hicranın uzun illər gərgin axtarışlarının, narahat günlərinin, fikir və düşüncələrinin məhsuluidur. Mənə eıə gəlir ki, Xalidə xanım tək fikir və düşüncələri ilə deyil, bütün varlığı, ruhu, canı, qanı ilıə bu möhtəşəm və ibratamiz söz səltənətini yaradıb. Bu, adi bir kitab deyil, ən dar gündə insanların dostu, yoldaşıdır. Onun ən ağıllı məsləhətçisi və sirdaşıdır. İnsan həyatı gözlənilməz hadisə və olaylarla doludur. Sabah nə baş verəcəyini heç kes əvvəlcədən deyə bilməz. Allah hamiya, bütün oxuculara və oxumaq imkanı olmayanlara cansağlığı, uzun ömur versin. Amma heç kim, heç nədən qaça bilməz. Taleyin gərdişindən, həyatın işindən nəsə xoşagəlməz bir hadisə baş versə , özünüzü tək, tənha, kimsəsiz hiss etsəniz o zaman darıxmayın, üzülməyin, səbrlə, təmkinlə “ Hikmət xəzinasi” kitabını tapın, arayıb axtarın, götürüb diqqətlə səhifələyin. Çox keçməz ki, özünüzü güvənli, arxalı hiss edəcəksiniz. Ağıllı, müdrik bir dost tapdiğinizdan sevinəcəksiniz. O, sizin həm ürək dostunuz, sirdaşınız, yalnız dar gününüzün dayağı yox, həm də həyat yolunuza bir mayaq olacaq. O zaman siz hər şeyi daha dərindən dərk edəcək, duyacaq, əvvəllər diqqət yetirmədiklərinizin fərqində olacaq, həyatda, dünyada nə baş verdiklərini yaxından biləcəksiniz. “ Hikmət xəzinəsi” hamının kitabıdır, bu günün və sabahın kitabıdır.


Yaz, ey Xalidə Hicran, səndən yadigar qalsın,
Övladın çətin gündə onlardan hikmət alsın.
***
Oxusan tək birini, digərin vərəqləsən,
Onun hər vərəqində minbir hikmət görörsən.
***.
Kitab özü olsa da adicə bir kağızdan,
Sözlər yazılıb orda, qiymətlidi qızıldan,
***
Oxu, yerdə görsən də bir cırıq vərəq,
Oxusan iki cümlə, bil ki, fayda verəcək.


Oxşar xəbərlər