Nizami TƏHMƏZOV: HİKMƏT XƏZİNƏSİNƏ GEDƏN YOL // VIII hissə

SƏKKİZİNCİ HİSSƏ
Hissə: 1 > 2 > 3 > 4 > 5 > 6 > 7
Böyük Rus tənqidçi- ədəbyyatşünası V.Q.Belinski yazırdı: “ Ədəbiyyat və tərbiyə - bu iki məfhum, Günəş və işıq, həyat və fəaliyyət məfhumları kimi bir-birindən ayrı təsəvvür etmək mümkün deyil”. Təbii ki, ədəbiyyat, hər bir bədii əsər , istər nəsr və istərsə də poeziya olsun, insanın bədii zövqünün və təfəkkürünün inkişafı, onun formalaşması, kamilləşməsi və mənən təmizlənməsi üçün çox böyük əhəmiyyətə malikdir. O cümlədən nəsıhətli beyrtlər, mənalı şeirlər və.s. ümumbəşəri xarakter daşıyır və bu, milliyətindən, dinindən və irqindən asılı olmayaraq bütün insanlara aiddir. Böyük tərbiyəvi əhəmiyyət daşıyan belə əsərləri və ədəbi nümunələri mənimsəyib həyatda tətbiq etmək insanlığın qələbəsl və onun təntənəsidir. Məhz bu mənada Xalidə Hicranın “ Hikmət xəzinəsi” əsəri son dərəcə böyük əhəmiyyətə malikdir.
Şairin aşağıdakı beytlərinə diqqət yetirək:

Həyatını düz yaşa, əl vurma harama,
Düzlükdür en gözəl yol, özgə yollar arama.
***
Tərəzidə aldatma, bir şey alıb -satanda
Oxuyub anlayacaq qanan da,qanmayan da.
***
Yorulmasın oxuyan, dərk etsin qram-qram,
Oxuyub öyrənəcək nədir halal, ya haram.
***
Sadiq ol əqidənə, xilaf çıxma əhdinə,
Qiybətdən edib, durma insan qəsdinə.
***
Öyrən həyatın boyu, öyrənsin biri səndən
Öyrət səndən çox bilsin, səndən ağıl öyrənən.
***
Elə adamlar gördüm ,dili salır bəlaya,
Oxusa bunu bəlkə, dilə qoya qadağa.

Məlumdur ki, tərbiyəvi əhəmiyyət daşıyan bədii əsərlər insanların fikir dünysını inkişaf etdirməkdə böyük və xüsusi əhəmiyyətə malikdir. Bu mənada Xalidə xanımın nəsıhətli və hikmətli poetik nümunələri müstəsna rol oynayir. Həzrəti Əli buyurub ki , bir insanın gözəl əxlaq sahibi olması altun sahibi olmasından daha yaxşıdır. Xalidə Hicranın yuxarldakı beytlerində elə insani məsələlərə və insani dəyərlərə toxunur ki, sözün həqlql mənsında həyatı dərk edən insanlar üçün onları altunla dəyişmək olmaz. Bu dəyərlər dünyanın tarazlığını qoruyub saxlayan, onun gözəlliyini artıran və mənalandıran elə saf incilərdir ki, məhz Cənab Allah insanı yaradanda onlara bəxş etmişdir. İndi budur, Xalidə xanım həmin dəyərləri çox sadə, incə , həssas şəkildə, hamının, hər kəsın başa düşəcəyi tərzdə ,öz zəngin həyat təcrübəsinə və dünyagörüşünə əsaslanaraq poetik şəkildə istəkli oxucularının diqqətınə çatdırır. O, insanı saflığa, düzlüyə çağırır. Deyir ki, düzlük ən gözəl yoldur, harama əl atma, əyri yollar axtarma, əhdinə, əqidənə xilaf çıxma. Beləliklə, Xalidə Hicran oxucularını yüksək insanı zirvəyə- kamilliyə səsləyir. Burda Xalidə xanımın fikirləri Nəsimi fəlsəfi görüşü ilə eynilik təşkil edir- kamil insan! Məşhur filosof R.Dekart isə lnsanın ağlına yüksək qiymət verərək, onu yeganə idrak vasitəsi hesab edir. O, deyir ki, insanın yalnız ağlı, zəkası zəfər çala bilər. Ona gorə də Xalidə Hicran : “ Öyrən həyatın boyu, öyrənsin biri səndən, Öyrət səndən çox bilsin, səndən ağıl öyrənən “ deyir.
Yazıçı Rafiq Tağı yazırdı ki, Əjdər Olun poeziyası vətəndaşlığından önəmlidir. İndi onun sözü olmasın hərdən mənə elə gəlir ki, Xalidə Hicranın poeziyası və rəssamlığı onun vətəndaşlığından qat-qat irəli keçmişdir. Amma sonra düşünürəm ki,belə bir fikir mənim onun poeziyasına olan sevgimdən irəli gəlir və həqiqəti əks etdirmir. Ona görə ki, bütün bu daxili narahatlıqlar, yanğılar Xalidə Hicran mənəvi dünyasının kükrəyən, daşan vətən, torpaq, insan sevgisinin, sonsuz məhəbbətinin təzahürüdür. O, vətəni, torpağı sevdiyi qədər də insanları sevir. Elə- belə, sadəcə sevir deməklə bəlkə də onun sevgisinin dərəcəsini azaldıram. Onda böyük günah etmiş olaram. Xalidə xanım bütün varlığı ilə, həyatı ilə şeirə, sənətə, poeziyaya və insanıara bağlı adamdır. Onunla söhbət edəndə insan heyrətə gəlir. Heyrətə gəlir və istər- istəməz onun daxili əzəməti, böyüklüyü qarşısında səcdə edir. Və sanki onun daxilində hər iki dünyanın necə sığışdığının şahidinə çevrilir. Dünyada insan onun üçün bütün varlıqların fövqündə dayanır. O əvəzolunmaz və alidir. Buna görə də bütün yaradıcılığı boyu insanları haqqa, ədalətə, insan adını, şərəfini qorumağa, onu daha da yüksəltməyə çağırır. Xalidə Hicran yazır:

Pis əmələ öyrətsən ta özünü əzəldən,
İnciməyə haqqın yox, bir Allah bəndəsindən.
***
Dünyanı öz nəfsinə nə qədər qurban versən
Gözüac gedəcəksən, nə qədər yığıb yesən.
***
Sən davransan hər kəslə bir xeyirxah insan tək,
Bil ki, darda qalanlar sənə yaxın gələcək.
***
İnsanlara baxma sən yuxarıdan aşağı,
Kimi buğdanı biçər, kimi yığar başağı.
***
Söylənən nəsıhətdə özünə çox fayda var,
Nəsihəti dinləyən qəmdən canın qurtarar.

Mən orta məktəbin 7-ci sinfindən sonra Nizami Gəncəvini böyük maraqla, deyərdim ki, lap acgözlüklə oxyardım. “İsgəndərnamə” və “Sirlər xəzinəsi” stolüstü kitabım idi. Onlara baxmamış, ən azı 15-20 vərəq oxumamış yatmazdım. Hər dəfə oxuyanda özüm üçün yeni-yeni fikrlər tapırdım. Və onları təkrar etməkdən heç vaxt yorulmaz və həm də bundan zovq alardım. Bunu ona görə deyirəm ki, hər dəfə Xalidə Hicranın “ Hikmət Xəzinəsi”ni oxuyanda istər-idtəməz o vaxtlara qayıdır və acılı- şirinli uşaqlıq illərini xatırlayıram. Onda mən iki ümumi dəftər həcmində Nizaminin nəsihətlərini taplamışdım. Oxucularımız üçün maraqlı olacağını nəzərə alıb bir haşiəyə çıxmaq istəyirəm.Bizim kəndə ( Qubadlı rayonunun Məmər kəndində ) Əkbər Qəhrəmanov adlı bir kolxoz sədri var idi. Gənc nəsillər üçün aydın olsun deyə KOLXOZ sözünü rus dilindən bizim dilə çevirəndə kollektiv təsərrüfat, ümumi təsərrüfat adlanır. Yəni insanlar kollektiv şəkildə işləyirdi və ümumi mənafe də bir idi. Bu kolxoz sədri çox əzazil adam idi. Kolxozçuları incidər, əməkgünlərini kəsərdi. Onda kolxozda pul yox idi, əməkgünü yazıb əvəzində mıhsul verərdilər . Hamı ürəyində bu Əkbər kişidən narazı idi. Amma qorxusundan heç kim üzünə bir söz deyə bilmirdi. Çünki özünün dediyinə görə rayon rəhbərliyində və yuxarılarda güclü adami vardı. Bir gün mən “İsgəndıərnamə”dən Bərdə hökmdarı Nüşabənin İsgəndərə verdiyi cavabı bir vərəqə yazıb və az da özümdən bəzi şeylər əlavə edib kolxoz idarəslndə Əkbər kişiyə verdim. “ Bu nədi ə ?...” deyə acıqlı halda üzümə baxdı. Dedim Nüşabənin Makedoniyalı İsgəndərə verdiyi cavabdır, oxusan hər şeyi bilərsən, sonra da əlavə etdim ki, İsgəndərə qalmayan dünya sənə də qalmayacaq, Əkbər dayı, bu camaatı az incid, haqqını yemə, onsuz da ölə-ölə yaşayırlar. “Nə ?...” deyə əlini zərblə stola vurub elə qışqırdı ki, yazıq katibə qorxusundan qaçıb çöldə gizləndi. O, çox nəfsli adam idi, yetimin də çörəyinə göz dikirdi.
İndi hər iki kitab mənim stolüstü kitabımdır- “ Sirlər xəzinəsi” və “Hikmət xəzinəsi”. Təbii ki, mən burda Nizami Gəncəvi ilə Xalidə Hicranı müqayisə etmirəm. Sadəcə hər iki kitaba olan münasibətimi bldirirəm.
Xalidə xanım insan nəfsinin çox böyük faciələr törətdiyini, insanın özü öz nəfsinin qurbanına çevrilməsini böyük təəssüf hissiilə, ürəkağrısı ilə yazır, bunu bəşəriyyətin qorxunc və böyük bəlası hesab edir. Onun fikrincə, tarix boyu qanlı- qadalı müharibələr törədən, insan qırğınına bais olan və beleliklə də Yer kürəsini təhlükədə qoyan məhz insan nəfsidir. İnsan öz nəfsinə sahib çıxmadıqca bu zavallı dünya hələ çox dəhşətli hadisələrin şahidi olacaq. Nəsimi hesab edirdi ki, insan vacib olduğu məqamda pis əməllərdən, öz nəfsindən dərhal qurtarması mümkün deyil. Əgər insan acgözlük və başqa mənfi cəhətlərə və pis vərdişlərə qarşı mübarizə apara bilərsə, bu elə ağlın hisslər üzərində qələbəsi olardı. Amma bunun üçün insandan möhkəm iradə, dözüm və güclü xarakter tələb olunur.
Yuxarıdaki misralara bir də nəzər salaq:

Dünyanı öz nəfsinə nə qədər qurban versən,
Gözüac gedəcəksən, nə qədər yığıb yesən.
Gözüac gedəcəksən, nə qədər yığıb yesən.
Bizim düşüncəmizdə bəlkə də çox adi sayılan və adi bir fikir hesab edlən bu iki misrada çox böyük mənalar, insan psixologiyasını və insan xislətini ifadə edən çox böyük məqamlar var. Xalidə xanım yazır ki, dünyanın bütün var-dövlətinə sahib olsan və nə qədər qığıb yesən, də yenə bu dünyadan gözüac gedəcəksən. Böyük Aristotel isə yazırdı : “ o insan ki, əlində olanlardan razı qalmaz, əgər bütün dünyaya sahib olsa, yenə də narazı qalacaq”.
İnsanın daxilində, içində dərin bir qat var. O qat yalnız istək və hərislikdən ibarətdir. Məhz həmin hisslərdir ki, gündən-günə artıb o istəklərin qurbamına çevrilən zəif insanları narahat edir, qəlbini didib parçalayır. “Quranı Kərim”də yazılır : “ Həqiqətən insan olduqca həris və kəmhövsələ yaradılmlşdır. Ona bir zərər və bir ziyan üz verdikdə dözməz. Ona bir xeyir yetişdikdə isə xəsis və simic olur.” ( Merac 19-21)
Nəfs, həristlik və acgözlük haqqında Xalidə xanımın bir çox gözəl şeirləri var ki, “Hikmət xəzinəsi” kitablarını oxuyan hər kəs bu dərin mənalı poetik nümunələrlə yaxlndan tanlş ola bilər. Biz də yeri gəldikcə bu vacib və maraqlı mövzuya qayıdacaq, öz fikir və mülahizələrimizi bildirəcəyik.

Özünə edəni kim edə bilər ki, sənə?
Sən özünə yaxınsan, yoxsa bir özgəsinə?
***
Öz əlin başına yaxındır özgəsindən,
Başını özündən qoru, sonra özgəsindən.
Sən özünə yaxınsan, yoxsa bir özgəsinə?
***
Öz əlin başına yaxındır özgəsindən,
Başını özündən qoru, sonra özgəsindən.
Çox müdrik bir fikirdir.Bizdə belə bir deyim var: “İnsanın özü özünə elədiyini heç kim eləməz.” Xalidə xanım burda bu məsələni çox gözəl incələmiş və elə poetik bir şəkildə yazmışdır ki, insan düşünmək məcburiyyətində qalır və nətlcə çıxarmaq haqqında fikirləşir. Həqiqətən də insan bəzən elə səhvlərə yol verir, elə yersiz hərəkətlər edir ki, sonradan bunun əziyyətini, peşimançılığını çəkir,ağrı-acılarını yaşayır.Mən düşünürəm ki, bu , şairin insanlara olan sevgisinin, sonsuz istəyinin təzahürüdür ki, onları səhv etməməyə, dərindən düşünməyə,yüksək insani dəyərlərin fövqündə mənəvi ucaliğa səsləyir.
“Hikmət xəzinəsi” kitabları mıhz belə nəsihətamiz, hikmətli beytlərdən və şeirlərdən ibarətdir. Əsərin mərkəzində yalniz insan və insanın taleyi, onun mənəvi dünyası, daxili aləmi, əxlaqi məsələlər və bəşəri dəyərlər dayanır. İnsan Allahın gözlə görünən ən böyük şah əsəridir. Oftalmoloq şair Paşa Qəlbinur yazdığı bir essesində deyir ki, “ Tanrının bu əsərinin hər bir zərrəsi möcüzə, sirlərlə dolu bir aləmdir. Sonsuz sayda nidaların ifadə edə bilmədiyi heyrət...” Görkəmli alim sonra yazır : “ Gözün dibində “ Sarı ləkə” deyilən qələm nöqtəsi boyda bir yer var. Haqqında yüz mərtəbəli evdən çox yazılar, kitablr yazılıb tədqiqatlar aparılıb, ancaq yenə də axıra qədər öyrənilə və dərk oluna bilməyib. Elm addım- addım irəli getsə də, heç bilmirəm, nə vaxtsa “ Sarı ləkə”, (“oftalmogiyanın günəşi “ ) öz sirlərini insana tam verəcəkmi?
Bu misalı ona görə çəkdim ki, insanın daxili, mənəvi dünyası da belədir. Bu dünya təbiət qədər zəngindir və o öz sirrinə, möcüzəsinə və öz möhtəşəmliyinə görə heç də tabiətdən geri qalmır. Əksinə, təbiət maddidir, görünəndir, mənəviyyat isə Allahın gorünməyən verdiyi dəyərdir ki, o yalnız hiss oluna bilər. Xalidə xanımın böyüklüyü və onun istedadının gücü də məhz insan amili ilə bağlı mövzulara müraciət etməsi və uğur qazanmasıdır. Kitabı oxuduqca biz bu uğurların şahidi olur, Xalidə Hicranın ecazkar qələminin təsiri altda insanın mənəvi dünyasına səyahət edirik. Məlum olduğu kimi insanların mənəviyyatı, əxlaq normaları və baxışları ilə bağlı olan milli – mənəvi dəyərlərin yaradıcısı xalqdır. Böyük Yaradanın hər bir xalqa bəxş etdiyi ən qiymətli dəyər onun milli – mənəvi dəyərlərdir. Xalidə Hicranın fikirləri ilə yanaşsaq, əsrlər boyu xalqımızın yaratdığı əxlaqi və mənəvi dəyərlər sistemi bizim bir millət, bir xalq olaraq varlığımızı , milli kimliyimizi müəyyən edir. Bir xalqın varliğını qoruyub saxlamaq üçün hər şeydən əvvəl onun milli-mənəvi dəyərlərini qorumalı və təhsilini, səhiyyəsini inkişaf etdirmək lazımdır.Bu,bizdən, bizim hər birimizdən asılıdır. Bir fərd olaraq, bir vətənsaş olaraq əxlaqi, milli- mənəvi dəyərlərimizə nə dərəcədə əməl etməyimizdən asılıdır. Bu, çox vacibdir və mən deyərdim ki, taleyüklü məsələdir. Sovet İmperiyası süqut etsə də hadisələrin gedişi, siyasi proseslər onu göstərdi ki, çağdqaş həyatımızda bir çox şər qüvvələr ayrı- ayrı xırda xalqların milli- mənəvi dəyərlərinə gizli və ya aşikar formda təcavüz edir və onu səradan çıxarmağa çalışırlar. İstedadlı gənc alim Şəbnəm Mehdizadə öz araşdırmalarında yazır : “ Hər hansı bir etnosun milli – mənəvl dəyərlər sistemini onun əlindən tamamilə almış olsaq , o zaman həmin etnosun adındn başqa heç nəyi qalmaz”. Bu həqiqətləri və bu həqiqətlərin doğuracağı milli fəlakətləri yaxşı bilən və görən Xalidə Hicran yüksək vətənpərvərlik mövqeyi nümayiş etdirərək məhz öz yaradıcılığında insan faktorunu əsas götürmüş və bunu özünün ən başlıca və böyük borcu hesab etmişdir. Xalidə xanım öz poetik nümunələrində tez-tez onu vurğulayir ki, milli- mənəvi dəyərlərin daşıyıcısı olmadan millət, vətən, torpaq sevgisindən danışmğa dəyməz. Bu, süni, bayağı görüntüdən başqa bir şey deyildir.