Nizami TƏHMƏZOV: HİKMƏT XƏZİNƏSİNƏ GEDƏN YOL // IV hissə

DÖRDÜNCÜ HİSSƏ
Hissə: 1 > 2 > 3
Yüksək ideyalar, arzu və amallarla yaşayan Xalidə xanım, öz yaradıcılığında məhz İNSAN faktorunu hər şeydən üstün tutaraq dünyada mövcud olan bütün maddi və mənəvi sərvətlərin və nemətlətin yalnız insana məxsus olduğu qənaətindədir. Amma indiki sivilizasiyalı dünyamızda vəziyyət necədir ? Şair böyük təəssüf hissi və ürək ağrısı ilə qeyd edir ki, hələ də müharibələrin yaratdığı faciələrin, məhrumiyyətlərin acısını çəkir, evsiz- eşiksiz, yurdsuz - yuvasız qalmış insanların acı fəryadının, uşaqların və körpəıərin günahsız göz yaşlarının şahidinə çevrilirik. Bu dünya, bu həyat yalnız imkanı olanların, var- dövlət toplayanların, böyük güc sahiblərinin deyil, eyni zamanda əzilən, öldürülən, rəzil həyat yaşamağa məhkum olunan insanlarin da evidir. Xalidə xanım yaradıcılığında çox incə mətləblərə toxunur. O, qeyd edir ki, insanlar eyni cür doğulur və ölürər. Nə doğulanda, nə öləndə özləri ilə heç nə gətirib aparmırlar. Necə deyərlər, gəldikləri kimi də gedirlər. Bəs onda bu zaman daxilində ayrı- seçkilik yaradan, insanları bir- birindən fərqləndirən, onlarda hərislik, tamahkarlıq, acgözlük yaradan, müharibəyə, ölümə, torpaqları insan qanı ilə suvarmağa meylləndirən və yuvarladan nədir ? Məhz buna görə də Xalidə xanım çətin qavranılan və mahiyyət etibarı ilə dərin fəlsəfi məna daşıyan və böyük mətləblərdən bəhs edən şeir, qəzəl və məsnəviləri oxucuların diqqətini cəlb edir, onlarda maraq oyadır. Bu qabildən olan və belə səviyyəli sənət nümunələri bəzən asanlıqla başa düşülmür və oxuculardan böyük diqqət tələb edir. Ümumiyyətlə, deyim ki, uzun müddət xarici ölkələrdə yaşamasına və işləməsinə baxmayaraq Xalidə xanım Azərbaycan dilini dərindən və mükəmməl bilən və bu dilin incəliklərindən sənətkarlıqla istifadə edən bir şairdir ki, yaratdığı poetik nümunələr bəzən insanları təəccübləndirir. Öz yüksək məqsəd və məramına görə insanı və insan həyatini hər şeydən üstün tutan Xalidə Hicran yüksək ideyalı və dərin mündəricəli şeirlərində bəzən sadə, bəzən isə çox dərin mənalar ifadə edir ki, bunun da açılması oxucuların ixtiyarına verilir.
Xalidə Hicranın şeirləri ilə yaxından tanış olduqdan sonra çox aydın şəkildə hiss edilir ki, o şair olmaq və şairlik titulunu qazanmaq üçün poeziyaya gəlmək, buna görə dəridən – qabıqdan çıxmaq və savadın gücü ilə şeir yazmaq iddialarından çox uzaqdır. Çünki o, fikir, düşüncə, ideya şairidir. Əgər bir çox şairlər eşqdən, məhəbbətdən, sevgidən yazırlarsa , Xalidə xanım əksinə, o eşqin, sevginin, məhəbbətin fəlsəfəsindən , onun çox böyük məna və mahiyyətindan, ilahi gücündən yazır.
Xalidə Hicranın mövzu rəngarəngliyi, sənətdəki bənzərsizliyi və özünəməxsusluğu ilə fərqlidir. Şairin geniş təfəkkür və bədii dil qaynağı sanki şifrələnmiş bir koddur və bu kod altında bir çox şeirlərdə oxucuların şüuruna, onların təfəkkür tərzinə təsir göstərəcək qlobal məsələlər geniş çəkildə verilir və öz əksini tapir. Məkanindan asılı olmayaraq hər bir oxucu poetik ustalıqla qələmə alınmış bu şeirlerdə böyük dünyanı gorür, orda baş vermiş hadisələr və olaylarla tanış olur. İnsanlıq, gözəllik, şərəf və ləyaqət öz məna və yüksək dəyərinə görə Xalidə xanımın qələmində elə uca zirvələrə qaldırılır ki, hər bir oxucu bu bədii nümunələrlə o ucaləğa yüksəlir. Məhz belə bir insan olduğundan fərəhlənir və qürur hissi keçirir.
Şair qələmə aldığı hər bir mövzunu elə məhəbbətlə, elə səmimiyyətlə, elə şirin və sadə dildə təsvir edir ki, hər bir oxucu öz daxilində yüksək mənəvi - əxlaqi dəyərlər aşılayır və sanki buna özünün borclu olduğu anlamına gəlir. Bu, Xalidə xanımın bənzərsiz qələminin, poetik axtarışlarının, dərin fikir və düşüncələrinin uğurudur. Və həm də maraqlı cəhətlərdən biri də onun yaradıcılığında ətraf mühitə, təbiətə və dünyaya fərqli poetik – fəlsəfi baxış və münasibətidir. Sadə insanların, bəzi qəıəm sahiblərinin görmədikləri və ya görüb əhəmiyyət vermədikləri elə mövzular var ki, onlar heç vaxt Xalidə xanımın diqqətindən yayınmır. Və bu görünməyən və ya diqqət yetirilməyən mövzular gələcəkdə insanlara problem yaratmasın deyə Xalidə xanlm onları elə həssaslıq və incəliklə açıqlayıb poetik şəkildə ifadə edir ki, insan fərqinə vardıqca düşünməyə məcbur olub heyrətə gəlir. Bu, Xalidə xanımı qələm dostlarından fərqləndirən əsas cəhətlərdən biridir. Onun fikrincə desək, pis mövzu yoxdur, sadəcə o mövzuya pis münasibət və fərqli baxış ola bilər. Şairin əsas xüsusiyyətlərindən biri adi insanların görmədiklərini və duymadıqılarını görüb şərh etmək və onlara çatdırmaqdır.
Bildiyimiz kimi Xalidə xanımın fəaliyyət növü peşəkar rəssamlıqdır. Öz sahəsi üzrə yüksək ali təhsil almış və möhtəşəm uğurlar qazanmışdır. Hələ orta məktəbdə oxuduğu illərdə onu “ Rəssam qız “ deyə çağırardılar. Sanki o, elə anadan rəssam doğulmuşdur. Yeddinci sinifdən rəsm əsərləri respublika qəzetlərində şap olunardı. Bir çox tanınmış sənət adamları Xalidə xanımın istedadını yüksək qiymətləndirir və ona vergili insan kimi baxırdılar. Onu da deyim ki, Xalidə xanım hələ məktəb illərindən şeir yazırdı. Odur ki, onun poziyaya gəlişini və bunu ikinci fəaliyyət növü kimi seçməsini heç də təsadüfi deyil, içində qaynayan və kükrəyib daşan coşğun duyğuların təzahürü kimi dəyərləndirirəm. Çünki Xalidə xanım bəzən insan fikir və düşüncəsinin elə yüksək zirvəsinə qalxır və ucalır ki, bunu adi hal kimi dəyərləndirmək çox ədalətsizlik olardı.
Xalidə Hicranın həyat və yaradıcılıq yoluna nəzər saldıqda görürük ki, onun həyatının mənası yalnız sənət dünyası ilə səciyyələnir.Bu dunya rəssamlıq və poeziyadır. Hər ikisi ilahi bir sənətdir, ruhla, təfəkkürlə bağlıdır. Xalidə xanımın özü elə ruh, sənət adamıdır.O, çəkdiyi rəsmlərin, dediyi sözlərin sadəcə çizgilərini, portretini yaratmır, onlara eyni zamanda dərin məna , ruh, can, həyat verir. Yaratdığı bu canlı sənət nümunələri ilə insanlarla görüşür, onlarla danışır, ünsiyyət qurur, təsir göstərir və nəhayət, xoş ovqat və xoş duyğuıar yaradır. “ Hikmət xəzinəsi” kitabının əvvəlində Xalidə xanım səmimi şəkildə deyir :

Mənə qonaq olanlar bilsin dünyada nə var,
Rəssam kimi çəkməyim, bir də şairliyim var.
***
Mənim çəkib, yazdığm Tanrıdan ərmağandır,
Dünyanı vəsf etməyim qəlbimdəki nurdandır.
Sonra Xalidə xanım böyük məhəbbət və inamla yazır:Rəssam kimi çəkməyim, bir də şairliyim var.
***
Mənim çəkib, yazdığm Tanrıdan ərmağandır,
Dünyanı vəsf etməyim qəlbimdəki nurdandır.
Mən bir dünya yaratdım , burda öz dünyam var,
Mənim oxucularım dünyama qonaq olar
***
Hər kim oxusa bunu görəcək min bir fayda,
Tapacaq bu kitabda ədəb - ərkan və qayda.
***
Xoş sözlərin rəngindən söz tablosu çəkirəm,
Sözlərin ahəngindən bir mahnı bəstələyirəm,
***
Qəlbimin naxışında bilsən necə rənglər var,
Hər rəngdən süzülən çox gözəl kəlmələr var.

Səmimiyyətlə etiraf edim ki, Şərq ədəbiyyatının görkəmli nümayəndələri Əmir Xosrov Dəhləvi və Əbdürrəhman Caminin yaradıcılığından sonra Xalidə Hicranın poeziyası mənim çox xoşuma gəlir. Bəzən söhbət zamanı dostlarımdan bəziləri mənə irad tuturlar ki, sən bu fikrinlə Azərbaycan klassik ədəbiyyatının üstündən xət şəkirsan ? Bəs Nizami, bəs Füzuli, bəs o biriləri? Mən da gülə- gülə cavab verirəm ki, ay əzizlərim, axi burda söhbət Allahın söz elçilərindən yox, klassik şairlərdən gedir.
Təbii ki, qədim lirik şərq üslubunda yazan şairlər çoxdur və mən onların hamısını yüksək qiymətləndirir və dəyərləndiriəm. Amma indiki zamanda, keçid dövründə, mizan – tərəzinin, bütün dəyərlərin itdiyi bir vaxtda, şeirə, sənətə, elmə qiymət verilmədiyi bir dövrdə klassik üslubda şeir yazmaq və onu insanlara sevdirmək olduqca çətindir və mən deyərdim ki, bu heç mümkün olmayan bir işdir. İndi, yəni iyirmi birinci yüzilliyin ilk on illiklərində ölkəmizdə idman oyunlarından başqa həyatımızın hər bir sahəsində olduğu kimi ədəbiyyatımızın və sənətimizin də durğunluq dövrünü yaşadığı illərdə bədii səviyyəli yüksək sənətkarlıq əsərləri gözləmək düzgün deyil və ən azı son 30 ildə şəxsən mən belə nümunələrin oxucusu olmamışam. Ona görə də mən bu dövr ədəbiyyatına çox həssasliqla yanaşır, kimisə suçlamaqdan və ittiham etməkdən çox uzağam. Bu bizim ümumi bəlamız və faciəmizdir. Əslinə qalsa belə bir şəraitdə və mühitdə mükəmməl, qüsursuz bir əsər yaratmaq bəlkə də mümkün deyil və təbii ki, bu, Xalidə xanımın da yaradıcılığından yan keçməyib. Kitabda bəzən zəif şeirlərə, qafiyələtə, deyimlərə rast gəlinir ki, bunu da Xalidə xanim özü çox böyük səmimiyyətlə etiraf edir. O, əsərinin birinci cildinin əvvəlində yazir:

Qüsursuz deyil yazım, inkar edən deyiləm,
Mükəmməl bir Tanridir, mənsə adi bir bəndəyəm.

Mən həmişə, hər zaman fikrə, düşümcəyə üstünlük vermişəm. Və hesab etmişəm ki, necə və nə cür deməkdənsə, NƏSƏ demək lazımdır. Nəsə deyəndə oxucu onun mənasına fikir verir, necə deyildiyinə yox. Yeni fikir, yeni düşüncə, yeni söz insanı çəkib aparır, öz təsiri altına alır. Onu düşündürür, duyğulandırır. Hikmətli, nəsihətli sözlər də belədir. Oxucu onu necə deyildiyinə yox, nə deyildiyinə diqqət yetirir.
Mən burda bir məsələni qeyd etmək istəyirım. Bu da “ Hikmət xəzinəsi” kitabın redaktoru Mahirə xanım Abdullayevanın “ ədəbi qaydalara zidd” olan bəzi şeiriərin kitabda getməsindən yaranan narahatlığıdır. Mahirə xanımın peşəkarlığı aydın hiss olunur. O,çox səbrli, tələbkar və olduqca məsuliyyətlidir. Mən tam mənası ilə başa düşürəm ki, belə əsərləri oxumaq, redəktə etmək çox çətindir. Ümumiyyətlə, klassik əsərlərdə o üslubda yaradılmış poetik nümunələrlə işləmək böyük diqqət, yüksək peşəkarlıq və məsuliyyət tələb edir. Məhz bu peşəkarlığın və məsuliyyətin nəticəsidir ki, Mahirə xanım Abdullayeva kitabın girişində “ Redaktordan” başlıqlı qeydlərində yazır : “ Əksər hallarda müəllif redaktor kimi mənimlə razılaşsa da bir çox hallarda ədəbi qaydalara zidd olsa belə, öz fikrinin üzərində durmuş və öz müəlliflik hüququndan istifadə edərək istəyinə nail olmuşdur”.
Mən burda məsuliyyətli və peçəkar bir redaktor kimi Mahirə xanımın narahatlığını və mühafizəkar mövqeyini başa düşür və eyni zamanda hesab edirəm ki, sitat gətirdiyi qeydləri yazmaya da bilərdi. Və hətta lap Mahirə xanımın ozünün təbiri ilə desək “...onun öz düşüncə tərzinə, yaradıcılıq prinsiplərinə həddindən artıq sadiq olması işi o qədər çətinləşdirsə” belə...Bu qeydlərin Mahirə xanım üçün nə qədər aidiyyatı və əhəmiyyəti olduğunu deyə bilmərəm, amma müəllifə və kitabı oxumaq istəyən oxuculara heç bir faydası və xeyri yoxdur. Deyərdim bəlkə də əksinə...
Ümumiyyətlə, mən insan fikirlərini hər hansı bir qəlibə salmağın və müəyyən qadağalar qoymağın tərəfdarı deyiləm. İnsan fikri, insan düşüncəsi həmişə azad olmalidir. Azad fikirlərdən yeni –yeni ideyalar yaranır Düşünürəm ki, bütün bu qadağalar sovet ideoloji sisteminin və onun formalaşdırdığı düşüncə tərzinin məhsuludur. Əlbəttə, alternativ fikir və mubahisə üçün bu fikir həmişə açıqdır.Ancaq mənə elə gəlir ki, filosoflar üçün, mütəfəkkir yazıçı və şairlər üçün qadağa yoxdur. O qadağaları yaradan sistem var. Xalidə xanım da fikirlərində azaddır, o azadlığı əlindən alsaq boğular, tənginəfəs olar, heç nə yaza bilməz. O azad fikir, azad düşüncə adamıdır. Onun böyüklüyü də məhz elə bundadır....