Nizami TƏHMƏZOV: HİKMƏT XƏZİNƏSİNƏ GEDƏN YOL // XXX hissə

(Dövrümüzün istedadlı canlı klassik şairi Xalidə HİCRANIN 4 cildlik “HİKMƏT XƏZİNƏSİ” və “HİCRANNAMƏ“ əsərləri haqqında düşüncələrim.)
OTUZUNCU HİSSƏ
Hissə: 1 > 2 > 3 > 4 > 5 > 6 > 7 > 8 > 9 > 10 > 11 > 12 > 13 > 14 > 15 > 16 > 17 > 18 > 19 > 20 > 21 > 22 > 23 > 24 > 25 > 26 > 27 > 28 > 29
Bu, yalnız müəllifin və ya lirik qəhrəmanın sonsuz sevgisinin və sədaqətinin göstəricisi deyil, hiss və ehtiraslarının əsiri olan, həyatın şirinlikləri ilə yaşayan bir insanın da bayağı düşüncələri deyil. Bu, sağlam cəmiyyətimizin, müasir həyatımızın fəal üzvü olan, öz əhdinə, sözünə, sevgisinə dözümlülük və sədaqətlik nümayiş etdirən, bu yolda böyük fədakarlıq göstərən bir Azərbaycanlı xanımının mənəvi- əxlqi dəyərlərinin ifadəsidir. Ümumiyyətlə, Xalıdə xanımın yaradıcılığında poeziyamızın atributlrından olan sevgi məsələsi çox incəlik və sənətkarlıqla işlənmiş, təmiz, saf hisslər, zərif insani münasibətlər, ağıl və düşüncə, şüur əsas götürülmüşdür.
Xalidə Hicranın poeziyasında düşgün, qeyri- sağlam və bayağı hisslər tmamilə yaddır. Burda həmişə, hər zaman ağıl hisslərdən qat-qat yüksəkdə dayanır. Onlar arasında rəqabət yoxdur. Ağıl hissləri idrə edir. Məşhur filosof R. Dekart yazır ki, “... insana ucalıq və şərəf gətirən yalnız ağıldır”. Əgər diqqətlə fikir versək görərik ki, Xalidə Hicranın sevgi haqqında olan bütün şeirlərində ağıl qırmızı bir xət kimi keçir. Təbii ki, sevgi olan yerdə ayrılıq, həsrət, əzab və iztirab da var, vüsal da. Amma bu ayrılıq, bu əzab və əziyyət düşgünlükdən, şəhvətdən deyil, təmiz hisslərin, təmiz sevgi və duyğuların ifadəsidir.

Açıl, ey nuri səhər, təkcə ümidim sənədir,
Gəzirəm bir izi mən, söylə, de, hansı yönədir?
***
Yaza bilmir qələmim, dərdimi izhar eləyim,
Ondadır fikri – xəyalım, nə üçün car eyləyim?
***
Dili- dildarım odur, fəsli baharım da odur,
Keçən onsuz hər anım gör ki, uzun bir il olur.
***
Qəm piyaləm də dolub, çəkməliyəm ta başıma,
Çəkərək həsrəti, qarlar ələnib göz qaşıma.
***
Görürəm o gözləri, göz yaşımı qanımla yuyam,
Öləm, Hicran qəmi çəkmək bitə rahat uyuyam.
***
Nə şikayət eləyər Xalidə Hicran, nə küsər,
Dərdi başdan aşa, dinməz, nə də əfqanə düşər.

Mən həmişə düşünmüşəm ki, güclü sevməyi bacarmayan şair yaxşı, təsirli məhəbbət şeiri yaza bilməz. Əlbəttə, bu mənim subyektiv fikrimdir və yenə də öz düşüncələrimdə qalıram. Xalidə xanımın sevgi şeirlərini oxuyandan sonra bir daha özümdə əminlik yaratdım. Bir şəxsiyyət olaraq, sevgi aşiqlərinin və lirik qəhrəmanların müəllifi olaraq Xalidə xanım bu sevgi zirvəsinin ən yüksək pilləsində dayanır. Bu, adi bir məsələ deyil. Bəlkə heç özü də hiss etmədən doğulan gündən alın yazısında vergili şair kimi çox ağır, əzablı- iztirablı bir missiyanı yerinə yetirmək vəzifəsi qoyulmuşdur. Mən bunun həqiqət olduğuna Xalidə Hicranın bir mütəsəvvüf şair olduğu qənaətinə gəldikdən sonra tam əminliklə inandım. Bəli, Xalidə Hicran bir təsəvvüf şairidir. Təsəvvüf olduqca dərin və geniş bir anlamdır. Əgər mümkünsə, Allaha qovuşmağın yeganə yoludur.İnsan, sevgi, əxlaq,təbiət və varliq. Dərin bir könül bağı,ruhi bir yoldur.Bir hal elmi, insan elmidir. Necə ki, Xalidə xanimın məsnəvilərində göstərilib. Təsəvvüf ölməkdən əvvəl ölməkdir,əzab və iztirabdır. Sakit və rahatlıqla təsəvvüf olmaz. Biz yeri gəldikcə bu barədə daha ətraflı danışcağıq. Bəlkə də bəzi oxucularımızın təsəvvüf barədə bilgiləri azdır. Necə ki, müasir həyatımızda Xalidə Hicran kimi şairlərimiz azdır, demək olarki,bəlkə də yox dərəcəsindədir. Təsəvvüfün qüsursuz və ən önəmli simalarından biri Movlanədir ki, Xalidə Hicranın məsnəvi yaradıcılığında onun təsiri aydın görünür.
Sən cahan Sultnının aşiqi ol ki, büsbütün,
Eşqi tut sevdaların fövqündə Sultanın üçün.
***
Canı ol vermiş sənə, faili- muxtar eyləmiş,
Gör cahan mülkün necə nizam ilə var eyləmiş.
***
Yardım et acizlərə, bəndə, qoy olsun kömək,
Çün zamanın var, savab işlər olar bir gün gərək.
***
Qəlbimi sultanların Sultanına etdim əta,
Bilsə o qəlbimdəkin, bəlkə, ünüm rahat çata.

Bəli, “Eşqi tut sevdaların fövqündə Sultanın üçün” deyə şair yaxşı bilir ki, islam əxlqı ilə süslənmiş təsəvvüfün ən önəmli özəlliklərindən biri İlahi varlığa təmiz sevginin olmasıdır. Böyük Yaradana ağılla deyil, yalnız könüllə, ilahi bir sevgi ilə qovuşmaq və çatmaq olar. Əgər Xalidə Hicranın eşq aşiqləri təmiz, saf və dərin bir məhəbbətlə sevməyi bacarır, bu yolda hər bir əzaba qatlaşır, öz əhdinə, ilqarına, sevgisinə sədaqət nümayiş etdirir və ayrılıq həsrətilə yaşayırsa, bunun özü Tanrıya qovuşmaq ucalığı – təsəvvüfdür.
Olsa da bir ürəyin, karvana yük dərdi – səri,
Ona ağırdı bu hicran dolu qəmgin səhəri.
***
Mənə dərs oldu bu eşqim, nələri gördü gözüm,
Xeyrim oldu qəmim, qüssə- kədər,bir də dözüm.
***
Yoluna eşqimizin canımı qurban elədim,
Fələyin qurduğu hər hiyləyə üsyan elədim.
***
Nə günahın, nə qəbahətli işin sahibiyik ?
Tora düşmüş bala ceyran kimi qəm talibiyik.
***
Mən ki, əğyarə bəyan eyləmədim dərdimi heç,
Ürəyim ağlasa da halımı bldirmədim heç.
***
Etmədim bir kəsə tənə, ya da rişxənd ilə zülm,
Niyə yadlar danışır, dillərə dastndı sözüm ?
***
Bu cahan mülkünə sığmz, bu böyük qəlbinə dar,
Sanki ey Xalidə Hicran, sənə dünyadı məzar.

Və yaxud:
Yaşamaq bir əzab sənsiz, qalıb tək qəlb ağrıları,
Ümid yox ki, azalsın qəm, gedə qəlbin əzabları.
***
Çək, ey Xalidə Hicran, Hicranın hicri yaman ağır,
Fələk məəttəl qalıb, bu hicranı çəksin nə cür fağır ?
Ümid yox ki, azalsın qəm, gedə qəlbin əzabları.
***
Çək, ey Xalidə Hicran, Hicranın hicri yaman ağır,
Fələk məəttəl qalıb, bu hicranı çəksin nə cür fağır ?
Təsəvvüf ədəbiyyatı sahəsində məşhur mütəxəssis, Azərbaycanda və eləsə də Türkiyənin elm dairələrində yaxşı tanınan, özünəməxsus yazı manerası, öz üslubu olan istedadlı alim Füzuli Bayat özünün “ Türk təkkə ( təsəvvüf ) ədəbiyytı” kitabında yazır : “ Eşq Varliğın zatındadır, çünki təcalla sevgi ilə gerçəkləşir. Sufi eşq atəşində əridikcə nəfsini unudur, özünü bir fərd kimi görmür, hara baxsa yalnız Haqqı görür, Haqqı eşidir. Eşqin atəşində yox olub əriyib gedir, kamilləşir və Mütləq Varlığa qovuşur. Buna qədər aşiq bir neçə məqamdan keçir, haldan- hala düşür...”.
Əgər diqqətlə oxusaq görərik ki, Xalidə Hicran məsnəvi yaradıcılığında təsəvvüf düşüncələr necə ustalıqla verilib. Bəlkə də bu, ilk baxışda bəzi oxucularımız üçün o qədər də aydın olmur. Bunun üçün diqqətlə oxumalı və qismən də olsa təüəvvüf haqqında müəyyən bilgiyə malik olunmalıdır. Ən əsası isə güclü bir inanc və ilahi bir eşq lazımdır. Çünki bu yolları yalnız sevginin gücü ilə getmək olar. Aşağıdakı məsnəviyə diqqət yetirək:

Ciyərim köz- köz olub, qaldı külüm, gəlmədi yarım,
Həsrətindən çəkilib köksümə dağ , göynədi bağrım.
***
Səni Tanrı bilərək sevdim, onun zillətidir bu,
Sənə ondan çox olub eşqim, onun töhmətidir bu.
***
Gərək eşqim ola Allahıma öncə, bu yəqindir,
Səni qeyb etməz idim, bil ki, bu, Allaha yəmindir.
***
Məni dinlərdisə könlüm, səni sənsiz yaşamazdım,
Belə hicran çəkərək qəm yükünü mən daşımazdım.
***
Çəkəcək Xalidə Hicran bu qəmi ömrü boyunca,
Tökəcək yaşları Hicranına ta ki, qovuşunca.

Xalidə Hicranın sevgi aşiqləri çox güclüdür. Güclü sevdikləri qədər də öz sevgiləri uğrunda bütün əzablara dözməyi də bacarərlar. Heç bir qüvvə, hətta ayrılıq belə onları öz istəyindən, öz sevgisindən və öz yolundan döndərə bilmir. Bu, ilahi bir sevgidir. Ulu Tanrının insanlara bəxş etdiyi dəyərlərin ən yüksək formada səciyyəsidir. Xcalidə Hicran “Çəkəcək bu qəmi ömrü boyu, ta o dünyada Hicranına qovuşanadək” deməklə sevgi məbədinin ən yüksək zirvəsinə ucalər. “ Səni Tanrım bilərək sevdim, gərək eşqim olaydı Allahəma öncə” deyə etiraf edir. Bu etiraf Allaha olan sevgisinin ən böyük ifadəsidir. Təsvvüf düşüncəyə görə Allhı dərk etmək, hər an onu duymaq və bu şüurla davranmaq insanın ən böyük dəyəridir. !2-ci əsrin sufi filosofu, mütəsəvvüf şair və “ Vəhdəti Vücud” təliminin banisi Muhyəddin ibn Ərəbiyyənin fikrincə, “ hal sahiblərini , yəni mütəsəvvüflərin halini anlamaq , dərk etmək və başa düşmək üçün mütləq o halı əldə etmək və ya o halda olmaq lazımdır”. Yəni Xalidə Hicranın sevgi aşiqlərini başa düşmək üçün güclü sevməyi bacarmaq lazımdır. Təsəvvüf həm də bir könül sevgisi, yüksək bir ədəbdir. Necə ki, Xalidə Hicran yazır:
Nədir eşq aşiqin, ya Rəbb, qəmin fırça ilə söylər,
Utanıb dil deməz dərdin, qələm pünhanı car eylər.
Utanıb dil deməz dərdin, qələm pünhanı car eylər.