Nizami TƏHMƏZOV: HİKMƏT XƏZİNƏSİNƏ GEDƏN YOL // XII hissə

ON İKİNCİ HİSSƏ
Hissə: 1 > 2 > 3 > 4 > 5 > 6 > 7 > 8 > 9 > 10 > 11
Belə bir zamanda milli ədəbiyyatın əsas vəzifəsi bu cür meyllərdən və cərəyanlardan, onların qorxunc manqurtlaşdırma siyasətindən insanları, xüsusən gənclərimizi qorumaq, onları öz soy- kökünə qaytarmaq və milli ruhda tərbiyə etməkdir. Bu sahədə Xalidə Hicranın bir şair olaraq, bir vətəndaş olaraq xidmətləri olduqca böyükdür. Mən deyərdim ki, lap əvəzsiz və misilsizdir. Şair yazır:
İnsan var, heç nəyi bilməz ayıb, ar,
Quruyan budaqda nə yarpaq, nə bar?
***
Bəşərə bağışlandı bu boyda cahan,
Adəm övladı oldu özünə quyu qazan.
***
Sənsən bu dünyaya şərəf-şərafət verən
Dünya verilib sənə, gərək qədrin biləsən.
***
Elə yaşa əməlindən peşiman olmayasan,
Sonra üzülə-üzülə səbəb axtarmayasan.
***
Zamanı qaytarmaq olmur,peşiman olma indi,
Keçmiş zaman ötübsə, gələcəksə sənindir.

Hər dəfə Xalidə Hicranın şeirlərini oxuduqca, bir daha o fikri vurğulamaq isyrəyirəm ki, Xalidə xanım sözün həqiqi mənasında daxilən də, ruhən də tam azad sənətkardır. O, hansı janrda yazmasından asılı olmayaraq fikirlərini azad, sərbəst, hansısa çərçivələr içərisində deyil, düşündüyü kimi, açıq, aydın, müxtəlif səviyyədə olan oxucuların başa düşəcəyi tərzdə deyir. Bu dədə- baba dilimizdir. Hamının danışdığı, başa düşdüyü bir dildir. Əsrlərdən süzülüb gələn, öz ətri, xüsusi şirinliyi, gözəlliyi olan dilimizdir Həm də Xalidə Hicranın özünəməxsus poetik dilidir. Necə doğma, necə əziz bir dildir. Bunu necə qeyd etməyəsən ki, şair oxucusunu sevə-sevə, əzizliyə- əzizliyə şirin-şirin deyir ki, elə yaşa, elə işlə, elə çalış ki, çevrilib arxaya baxanda yaşadığın o məqamlar, o illər üçün peşimançılıq çəkməyəsən, müxtəlif səbəblər axtarmayasan. Sonra da vurğulayır , başa salmağa çalışır ki, zamanı qaytarmaq olmaz, oldu, getdi. Amma ümidsiz də qalma, gələcək sənindir, çalış bundan sonra etdiyin səhvləri bir də təkrarlamayasan. Şair deyir:
Hardan gəldiyini əgər bir gün unutsan,
İrəliyə getdikcə yolunu azacaqsan.
***
Toxmaq alsan əlinə, gücü ver biləyinə,
Döydüyün qovutsa da , gücü ver dizlərinə.
İrəliyə getdikcə yolunu azacaqsan.
***
Toxmaq alsan əlinə, gücü ver biləyinə,
Döydüyün qovutsa da , gücü ver dizlərinə.
Bəlkə də indiki gənclərimizin çoxu qovudun nə olduğunu bilmir. Və əgər döyülən qovutdursa dizlərə nə üçün güc verildiyinin səbəbini də yaqin ki, bilməzlər? Bu sualların cavabı olduqca maraqlıdır. Ancaq indiki halda bizim məqsədimiz bunları izah etmək deyil. Gələcəkdə biz bu məsələlərə qayıdacaq və ətraflı şərh edəcəyik.İndi isə söhbət şairin mənəvi dünyasının azadliğından gedir. Azad fikir sağlam, azad ruhdan qidalanır. Paşa Qəlbinurun azadliq haqqında maraqli bir fikri var. O “ Uşaq qəbristanlığında bitən alma “ adli essesində yazır : “ Azadlığa can atan insan, öz köləliyini dərk edib onunla razılaşanlardan həm də ona görə xöşbaxtdir ki, onun orqanizmi xəstəliklərə qarşı dayanıqlıdır. Bir az başqa cür düsək, həm də bəzi pis xəstəliklər , o cümlədən xərçəng , demək olar ki, belə adamlara yaxın düşə blmir. Varlığı ilə azadlığa can atan insanlar ürəyə bənzəyirlər, xərçəng onlardan həmişə uzaq olur.”
Mən azadlıq istəyinin, onun mübarizə əzminin, insanın həyat ritminin, fəallığının artırılmasına və nəhayət, onun ömrünün uzanmasına çox ciddi təsir göstərdiyini bilirdim. Amma bilmirdim ki, azadlıq xərçəng kimi qorxunc və dəhşətli bir xəstəliyin də qarşısını alırmış.
Xalidə Hicranın poetik nümunələrini oxuduqca gözəlliklər diyarına səyahət edir, başı ağ çalmalı vüqarlı dağlardan, güllü – çiçəkli yamaclardan , dərin dərələrdən, yaşıl meşələrdən keçib azadlığa qovuşur, onun şirinliyini dadır, ruhən, qəlbən rahatlanır və dərin düşüncəlrə dalırıq. Azad ruhun, azad qəlbin və azad düşüncənin daşıyıcılarına çevrilirik. Bir düddət bizi əhatə edən cəmiyyətin problemlərindən, qayğılarından azad olur, ruhən dincəlir, yeni qüvvə,yeni güc toplayırıq. Ağıllı nəsihətlərin, müdrik deyimlərin təsiri altında olub- keçənləri xatərlayır, buraxdığımız səhvləri götür – qoy edir, araşdırır, düşünür və beləliklə də deyilən və göstərilən yolla haqqa doğru gedirik.

İnsan yazılı kitab, oxunar varaq – varaq,
Oxunmamış tanınmaz, sevilər oxunaraq.
***
İnsan xislətində qadağaya tamah var,
Adəm-Həvva cənnətdən tamahçün qovuldular.
***
Çox çətin olsa da doğru-düzgün yaşamaq,
Yenə də ən yaxşısı əyri yoldan qayıtmaq.
***
Oxşatsan da özünü bir mahir ovçuya, bil,
Gərək yayı dartmağı öyrənəsən neçə il.
***
Biri həyadan kasaddı, ölçmə abırlı iıə,
Öz abrına qısılan dil tapar ilan ilə.

Böyük ictimai – siyasi proseslərdən keşən ədəbiyyat mütləq onun təsiri altına düşür. Deyək ki, klassik ədəbiyyatımızda ərəb – fars sözlərindən necə bol-bol istifadə edilirdisə, Sovet dovründə də o sistemin ideoloji yükünü daşıyan yazıçı və şairlərimiz yalançı qəhrəmanlıqdan, pafosdan, ateist düşüncələrdən və.s. qaça bilmirdilər, necə deyərlər, bir növ, onların məddahına çevrlmişdilər. Amma Xaldə Hicranın yradıcılığını diqqətlə izlədikdə görürük ki, o nə Sovet İmperiysı zamanında, nə ölkəmizin keçid dövründə, nə də çağdaş həyatımızda heç bir siysi maraqlara xidmət etməmişdir. O, yalnız Xalidə Hicran olaraq öz fəlsəfi və bəşəri fikir və düşüncələrini istəkli oxucuları ilə bölüşmüşdür. Necə ki, biz indi oxuyub duyğulanır və fikirləşirik.
Bir çiçəyə baxmaqla üzdə təbəssüm olar,
Bir yaraya baxanda gözlər dolar, üz solar.
***
Hər sözü söyləməyin deyiliş qaydası var,
Biri dəyib ağrıdar, biri yağtək yayılar.
***
Olsaydı hər şeyin yaxşısı, pisi agah,
Ələkdə ələmək lazım olmazdı hərgah,
***
Hər sözün öz yeri var, məqamında dürr olar,
Yersiz deyilən sözün sahibi bil, xar olar.
***
Artırma olmayanı, düzə qatma ylanı,
Kimin ki, var imanı, danmaz göydən baxanı.

Həyatda elə insanlar var ki, bəlkə də onlar çoxluq təşkil edirlər, oxyduqları əsərdə tanış bir sözə, fikrə rast gələndə, əsəbiləşir, ya o səhifələri ötüşdürür, ya da kitabı qatlayıb bir tərəfə qoyur. Əvvəllr mən də elə idim. Tanış bir fikrə, nəsihətli bir sözə rast gələndə əsəbiləşir, öz-özümə deyirdim : “ Daha bunları bilirik də, eyni fikri nə qədər yazmaq olar? “. Amma çox-çox sonralar həmin fikrə təkrarən rast gələndə dərk etdim ki, mən sadəcə oxumuşam, bilməmişəm, başa düşməmişəm. Oxumaq isə hələ bilmək, başa düşmək demək deyil. Bilmək, oxuduğunu dərk etmək, öyrənmək və öyrənib bildiyinə əməl etməkdir. Xalidə xanım bütün yaradıcılığı boyu bu həqiqətləri bizə başa salmağa çalışır. O,yazır:
Yayınma doğru sözdən, yalanla üzləşərsən,
Doğruya dil öyrətsən, yalandan gen düşərsən.
***
Ağıl sənin tacındır,hissindən çox-çox uca,
Hiss çox çılğın br gəncdir, ağıl təmkinli qoca.
Doğruya dil öyrətsən, yalandan gen düşərsən.
***
Ağıl sənin tacındır,hissindən çox-çox uca,
Hiss çox çılğın br gəncdir, ağıl təmkinli qoca.
Xalidə Hicran daha sonra yazır:
Kömür kimi qaralsa hövsələn bir gün,
Vaclb br iş başlama, düşəcək düyün.
***
Görəcəyin işində uğur əlində ;
Müşkülə düşər, qəmin varsa qəlbində.
***
Ağla itaət etsən, işin parlaq olacaq,
Hissinə əməl edənlar günahda boğulacaq.
***
İşini car eyləmə, olacaq işin çətin,
Çox adam bilsə əgər hasil olmaz niyyətin.
***
Cəlb etməsən ağlını gördüyün hər işə,
Gördüyün iş verəcək sənə böyük əndişə.
***
Dərdinlə qidalanır çəkdiyin hər fikirlər,
Yurd salmamış qəlbində silsən,çıxıb gedərlər.

Belə misallarin sayını qat-qat artırmaq olar. Çünki, Xalidə xanımın bütün şeirləri, poetik nümunələri məhz belə nəsihətli, hikmətli, insana yol göstrən fikirlərlə bəzədilmiş və mənalandırılmışdır. Burada bir fikrimi istəkli oxucularımızla bölüşmək istəyirəm. Özü də bunu elmi- bədii dildə yox, Xalidə xanımın öz dilində, sadə, səmimi, xalq dilində yazmaq istəyirəm. Və həm də o fikrin tərəfdarıyam ki, oxucularla, insanlarla öz dilində, heç bir mürəkkəb cümlələrdən, xarici sözlıərdən və ifadələrdən istifadə etmədən danışmaq, yazmaq lazımdır. Mətləbdən uzaqlaşmayaq. Düşünürəm ki, Xalidə xanımın “ Hikmət xəzinəsi” tənha və kimsəsiz adamlar üçün, dostu, tanışı, qohum - əqrabası olmyan insanlar üçün daha faydalıdır və deyərdim ki, olduqca əvəzsizdir. Heç kimin qapısını döymədən və heç kimə zəng etmədən evdə oturub istədiyin mövzuda istədiyin məsləhəti alar və onun göstərdiyi yolla gedib istədiyin məqsədə çata bilərsən.
Məqsədsiz yol gedənin yolu uzanar hər il,
Məqsədin bilməyənin mətləbi hasil deyil.
***
Keçib ötüşür bir-bir acılı-şirinli günlər,
Acıya tab gətirsən, xoş gün üzünə gülər.
***
Artarsa dərd-sərin, bir gün başından aşar,
Dərd-səri atsan başdan damcı-damcı azalar.
***
Üstünü örtmə dərdin, çevir onu tərsinə,
Gizli bir dərdin olsa, kim kömək edər sənə?
***
Dərd aşkar eyləmək, əgər olarsa mümkün,
O dərdin çarəsi də olmaz,inan, namümkün.

“Hikmət xəiznəsi” kitabını oxuduqca uzun illər öncə kəndimizdəki kimsəsiz, tək-tənha yaşayan Bahar nənə yadıma düşür. Həyat yoldaşını çoxdan itirmişdi. Gözünün ağı-qarası, yeganə oğlu İbrahimxəlil Bğyük Vətən Meharibəsinə gedib qayitmamışdı. Onun itkin düşdüyü haqqında “ Qara kağlz” gələndə birdən- birə arvadın beli əyilmişdi. Yaxşı yadimdadır, müharibədən uzun illər keçməsinə baxmayaraq, o, hər gün “ Ağ oğlan” deyilən Pirin yanındakı təpənin üstünə çıxıb əlini qaşlarının üstünə qoyaraq ilan kimi qıvrıla- qıvrıla ağaran maşın yoluna baxardı. Uzun illər beləcə davam edər, oğlunun yolunu gözləyərdi..
Bir gün Bahar nənə məni evinə çağırtdırıb dedi:
-Oğlum, sənə bir sözüm var. Amma gərək ikimizin arasında qalsın.
-Hə, əlbəttə,- deyə cavab verdim.- Mən söz danışan deyiləm.
-Elə ona görə də səni çağırdım. Birinci xahişim budur ki, nənənə də demişəm ( bizdə anaya nənə deyərdik ) , İbrahimxəlilin tək bir şəkli qalib, onu saxlamaq üçün sizə verirəm. Sizdən başqa heç kiməsə ürəyim qızmır, onu sən özün qoruyarsan.
-Baş üstə. Ondan narahat olma. ( Deyim ki, o şəkli indi də saxlayıram və evimizin divarına vurmuşuq )
-Hə, sənə çox inanıram. – O, bir qədər duruxub sonra əlavə etdi.- Bilirəm ki, səndə çoxlu kitablar var. Özün də dərs əlaçısısan. Eıə bir kitab varmi ki,adama bir az təsəlli, ümid versin.Belə...Necə deyim e...bir yol göstərsin...
Təəccüblə onun üzünə baxdım:
-Bahar nənə, axı, hamı sənin yanına məsləhətə gəlir,- dedim.- Bu necə ola
bilər?
-Hə, oğlum, - deyə o. dərindən nəfəs aldı.- Yadında saxla, həyatda hər br adamın yaşından asılı olmayaraq elıə vaxtı olur ki, onun şirin bir sözə - söhbətə, məsləhətə, nəsihətə ehtiyacı olur. İndi de görüm, səndə brlə bir kitab varmı?