Nizami TƏHMƏZOV: HİKMƏT XƏZİNƏSİNƏ GEDƏN YOL
(Dövrümüzün istedadlı canlı klassik şairi Xalidə HİCRANIN 4 cildlik “HİKMƏT XƏZİNƏSİ” və “HİCRANNAMƏ “ əsərləri haqqında düşüncələrim)
Əgər hörmətli oxucularımızın və izləyicilərimizin yadındadırsa bir müddət bundan əvvəl biz “ Hikmət xəzinəsinə gedən yol” əsərindən “ Fəzilət şairi Xaalidə Hicran” bölümünü “ Doğruxəbər.az” saytında, “ KANALI 14 və MUM.TV internet kanallarında paylaşmışdıq. Çoxsaylı oxucularımızın fəallığından aydın hiss olunurdu ki, Xalidə HİCRAN poeziyasına, onun hikmət dolu zəngin poetik dünyasına böyük maraq göstərənlərimiz xeyli çoxdur. Bundan sonra oxucularımızın artan marağını nəzərə alaraq xalqımızın gözəl ziyalısı, mütəfəkkir şair Xalidə HİCRANI daha yaxından tanımaq üçün onun gənclik və tələbəlik illərindən bəhs edən “ Xalidə HİCRAN” romanından bir neçə bölümü sevimli izləyuicilərimizin diqqətinə çatdırdıq. Dostlarımızın istək və arzularını nəzərə alaraq bu gündən Hikmət xəzinəsinə gedən yol” əsərindən bəzi bölümləri oxucularımıza təqdim edirik. Səhifələrində bizə yer ayırdıqlarına görə “ Döğruxəbər.az,” “ Kanal 14” və MUM.TV internet kanallarının rəhbərlərinə öz dərin təşəkkürümüzü bildiririk.
Nizami TƏHMƏZOV.
Bəzən bizdə biri haqqında layiq olduğu xoş sözu deyəndə, onun insani keyfiyyətləri ve məziyyətləri haqqında fikir söyləyəndə, bunu yersiz tərif kimi dəyərləndirir, başqa cür qiymət verirlər. Ancaq mən belə fikir və düşüncələrdən çox uzağam. Və hesab edirəm ki, biz özümüz- özümüzə layiq olduğumuz dəyəri və qiyməti verməsək, kimsə bunu bizim əvəzimizə etməyəcək. Necə ki, biz bunun həmişə, uzun illər boyu ağrısını çəkirik.
Xalidə xanım haqqında yazmaq, onun yaradıcılığı haqqında söz demək, fikir söyləmək heç də asan deyil. Bunun üçün öncə onu dərk etmək, ən azi yarısı qədər bilmək lazımdır. Xalidə xanım təbiət qədər zəngin və maraqlı bir insandır. İlk baxişda sadə görünən bu xanım daxilən o qədər uca bir zirvədir ki, bəzən onun yaninda dayananda o zirvəni görmək olmur. Hansı tərəfdən, hansı prizmadan baxsan o, təmizlik, paklıq və ucalıq zirvəsidir.Ağıl, ləyaqət və düşüncə insanı fərqləndirən ən böyük dəyərlərdəndir ki, Ulu Yaradan bioloji varlıqlar içərisində bu dəyərləri yalnız insana bəxş etmişdir ki, Xalidə xanım həmişə bu dəyərlərə üstünlük vermiş və özünün həyat kredosuna, qayəsinə çevirmişdir. Onun üçün insan faktoru, fikir və düşüncə, insan mənəviyyatı dünyada hər şeydən önəmli və üstündür. Çünki dunyanı gözəlləşdirən, onu mənalandıran məhz insan ağlı, insan şüuru və insan zəkasıdır. Bu dünya yalnız insanlar üçündür. Yer kürəsi insanların evidir. Geniş mənada dünya insanların ağlı, düşüncə tərzi, maraqları ilə idarə olunur. Dünyanın tarazlığı da məhz insanlarin haqqa, ədalətə, düzgünlüyə əsaslanan yeritdiyi siyasətdir. Yəni çağdaş dünyamızı idarə edən və idarə olunana insanlar elə fikir və düşüncədə, əqidədə olmalıdır ki, Ulu Tanrının onlara əmanət etdiyi Yer kürəsi qan çanağına, işgəncə düşərgəsinə deyil, gülüstana, əsil cənnətə çevrilsin. Bu həyat həqiqətlərini derk etmək, duymaq üçün ilk növbədə yüksək mənəvi dəyərlərə, qarşılıqlı münasibət qurmaq bacarığına sahib olmalı və bu istiqamətdə fəaliyyət göztərmək, çalışmaq məsuliyyətini dərk etməlidir.
Xalidə Hicran hər iki yaradıcılığında - istər təsviri sənətdə və istərsə də poetik dünyada bu mühüm cəhətləri ön plana çəkir, insan mənəviyyatını daha da zənginləşdirmək, onların dünyagörüşünü, estetik və bədii zövqünü inkişaf etdirmək və formalqaşdırmaq istiqamətində ciddi və əsaslı fəaliyyət göstərir. Bu zaman o, nəyinsə xatirinə deyil, öz ağlının hökmü, qəlbinin istəyi, arzusu ilə hərəkət edir. O, insanları sevir, Yer kürəsindəki bütün insanlarin azad, xöşbəxt, firavan yaşamasını, sülh və əmin – amanlıq şəraitində həyat sürməsini arzulayır. Buna gürə də hər bir sənət əsərində, xüsusilə poeziyasında insanlara dayaq olmaq, onların yaxın məsləhətçisinə çevrilmək, öz poetik deyimləri, hikmətli sözləri, ifadələri və digər şeir nümunələri ilə mənəvi dəstək vermək imkanlarını ortaya qoyur. Xalidə Hicran yaradıcılığının əsas fəlsəfəsi məhz bu ali məqsədə xuidmət edir. Onu düşündürən, narahat edən insan həyatı və insan taleyidir. Xalidə xanımın yaradıcılığını diqqətlə izləyən hər bir kəs bunun canlı şahidi olar və çox aydın şəkildə görər ki, bu ali istək onun yaradıcılığında qırmızı bir xət təşkil edir. Və o, bütün yaradıcılığı boyu bu xəttə, öz qayəsinə, dilinə, üslubuna sadiq qalır, yolunu, səmtini dəyişmir.
Klassik ədəbiyyata, klassik düşüncə tərzinə böyük önəm verən Xalidə Hicran Nizami yaradıcılığından, Nizami ədəbi irsindən çox məharətlə bəhrələnərək o stildə və ona yaxın bir formada yazmağa üstünlük verir. Bir tərəfdən bu, onun istedad və bacarığını ortaya qoyursa, digər tərəfdən sözün deyim və təsir gücünü artırır. Oxucu heç bir tərəddüd etmədən müəllifin səmimiyyətinə inanır, yaxşı mənada onun təsiri altına düşür, fikirləşir. Çağdaş həyatımızda, insanların düşüncə tərzinin dəyişdiyi, intellektual səviyyəsinin yüksəldiyi bir vaxtda oxucuların qəlbini ələ almaq, onların fikir və düşüncələrini cəlb etmək, təsir göstərmək o qədər də asan deyil və təbii ki, bu, şairdən böyük bacarıq, tərcübə və istedad tələb edir. Müasir oxucularin tələb və zövqünü, onların istək və arzularını yazıçının, şairin yalnız oz istedadına arxalanaraq , necə deyərlər, öz qınına sığınaraq, səthi və ötəri müşahidələrlə kifayətlənməklə ödəmək mümkün deyil.Bununla yüksəlmək, oxucuların qəlbində silinməz izlər buraxan və onların yaddaşıa həkk olunana, bədii cəhətdən güclü, dəyərli və samballı əsərlər yaratmaq olmaz. Xalidə xanımım şeir və qəzəlləri, məsnəviləri ilə yaxından tanış olan hər bir ədəbiyyat həvəskarı, səviyyəli və tələbkar oxucu dərhal hiss edəcək ki, nüasir və klassik Azərbaycan ədəbiyyatına dərindən bələd olan Xalidə Hicran eyni zamanda dünya ədəbiyyati incilərini də yaxşı mənimsəmişdir. Mütaliə mədəniyyətini və onun təsir gücünü öz əsərlərində təcəssüm etdirən, sərgiləyən Xalidə xanim bəzən bunu elə səviyyəyə çatdırır ki, diqqətli oxucu heyrətlənməyə bilmir. O, fikirlərini, arzu və istəklərini, öyüd və nəsihətlərini elə sadə şəkildə, hər bir oxucunun başa düşəcəyi elə bir dildə verir ki, əvvəl insan bunun adiliyinə bəlkə də təəccüblənir, amma məna və mahiyyətini dərk edəndən sonra dərin fikrə gedir, heyrətlənir. Xalidə xanımın yaradıcılığlnın əsas mahyyəti də bundadır. O, tələbkar oxucuların səviyyəsini yaxşı bilir. Bu günkü oxucu informasiya bolluğu içərisində hadisələri, yenilikləri diqqətlə izləyir, incəsənəti, musiqini bilir, internetdən, sosial şəbəkələrdən istifadə edir, bir sözlə, yaxşını pisdən ayırmaq vərdişlərinə yiyələnir.Məhz buna gorə də belə modern düşüncəli, tələbkar oxucuları ələ almaq, onların bədii və estetik zövqünü oxşamaq, nəyisə təqlin etmək heç də asan deyil. Və bu hər bir yazıçıdan, hər şairdən və ümumiyyətlə, hər bir sənət adamından böyük bacarıq, səriştə, yuksək ağıl və səviyyə tələb edir. Bunu xüsusi vurğulamaqda məqsədim odur ki, Xalidə xanim heç də ele- belə, həvəskar bir şair deyi, o, çox yüksək mədəniyyətə, intellektual səviyyəyə və analitik təfəkkürə malik bir xanımdır. Klassik ədəbiyyatın nadir bilicilərindən, bəlkə də bu sahədə adamlar arasında öncüllərdən biridir. O, sıradan adi bir vətəndaş deyil, Azərbaycan təsviri sənətinə böyük töhfələr vermiş çox istedadlı rəssamlardan biridir. Biz sonralar bu barədə ətraflı daışacağıq, ancaq məni ən çox düşündürən və heyrətə gətirən, Avropa və Asiyanı qarış-qarış gəzən, uzun illər oralarda yaşayan və Şərq mədəniyyətini dərindən bilən Xalidə xanımın klassik irsimizə, klassik ədəbiyyatımıza bu qədər dərindən bağlılığl və ona vurğunluğudur. Xalidə xanımın xatirələrini oxuduqdan sonra hər şey aydın olur. O, yazir : “ Mən soykökümə bağlı bir insanam. Dünyanın harasında yaşamağımdan asılı olmayarq bu günə qədər ancaq yuxularımda doğma kəndimizi, Ağrı dağı, Arpaçayı görmüşəm. 17 yaşımdan kənduimizi, hər dağında- daşında izim qalan o yerləri tərk etmişəm. Amma hər an havası burnumda, həyatı gözlərim qarşısında, ləhcəsi dilimdə, məhəbbəti isə ürəyimdədir”.
Xalidə Hicranın dörd cildlik “ Hikmət xazinəsi “ kitabını oxuduqca biz bu sevginin, bu məhəbbətin, böyük vətəndaşlıq mövqeyi sərgiləyən şairin ürək döyüntülərinin, istək və arzularının canlı şahidinə çevrilir, bütün varlığl ilə elinə - obasına, kəndinə - kəsəyinə, xalqına, millətinə, vətəninə bağlı müqəddəs və pak bir insanın qarşısımda baş əyirik. O, yalnız özü üçün, öz nastolji düşümcələri ilə yaşamır, əksinə, əxz etdiyi bütün gözəllikləri, dərin məna kəsb edən fikirlərini, hikmətli deyimlərini, sözlərini sevimli oxuculariı ilə bölüşür və eyni zamanda onların dostuna, yoldaşına çevrilir. Biz kitabdakı şeir və qəzəlləri, digər poetik nümunələri təhlil etdikcə bunu daha aydın şəkildə göğrəcəyik. Və həm də onu yəqin edəcəyik ki, oxuduğumuz bu şeir və qəzəllər hobbi marağından yaranmış nümunələr deyil, klassik irsimizdən məharətlə bəhrələnən istedadlı və mütəfəkkir bir şairin zəngin yaradıcılıq dünyasından süzülüb gələn esil sənət əsərləridir. Hər bir şeirdə, qəzəldə, məsnəvi və bayatılarda böyük hikmət və məna var. Böyük hikmət və məna daşıyan bu sənət nümunələri bizim əlimizdən tutub sanki qaranlıqdan işıqlıqa çıxarır, bizi paklığa, düzlüyə, haqqa, ədalətə səsləyir. Bizə elə bir yol göstərir ki, o yol bizi aydinlığa, xöşbaxtliyə aparır. Şərdən, pislikdən, insanları aldadıb yoldan çıxaran şeytan əməllərindən qurtarır. Oxucu bu işıqlı, nurlu yolla getdikcə bir çox həqiqətləri başa düşür, dərk edir ki, insanın var – dövlətli, zəngin olması onun tam xöşbaxtliyi üçün əsas və yetərli deyil . Bu var – dövlət, zənginlik içərisində insan firavan yaşasa da , əgər o, daxilən rahat, sakit , ağrısız deyilsə bu zənginlik onun üçün heç nədir. Belə bir həyat , bolluq içərisində yaşayış bioloji ömrü xatırladır. Müəllif hər bir şeirində insanlara onu xatirlatmaq istəyir ki, insan yalnız öz mənəvi gözəlliyi, daxili rahatlıəğı, zənginliyi, həyata , dünyaya bu gözəlliklər prizmasından yanaşmağı sayəsində xöşbəxt ola bilər. Daxilən zəngin insanlar heç vaxt xırda hisslərlə yaşaya bilməz. Onlar üçün mənəvi ucalıq, təmizlik, paklıq gözütoxluq, aza qane olmaq bacarığı dünyada hər şeydən üstün, bütün naz – nemətlərdən yüksəkdir. Ulu Yaradan bioloji varlıqlar içərisində bu dəyərləri insanlara yalnlz ona görə vermişdir ki, bunlar öz bioloji varlıqlarıənı qoruyub saxlamaqdan başqa ictimai faydfalı əməklə məşğul olub insanlıq adını, insanlıq şərəfini onlara bəxş etmiş dəyərləri daha yüksəkıərə qaldırsınlar. Çox vaxt insanlar bu missiynı unudur, Cənab Allahin verdiyi nemətlər içərisində qədərindən daha artıq, daha zəngin yaşamağa meyllənərək bütün dəyərlərin üstündən xət çəkib yalnız var- dövlət toplamaq uğrunda əyriliyə, saxtakarlığa, ən pis hərəklətlərə yol verirlər. Bütün bunlar insanliğa, insan adına ləkə gətirən amillərdir. Xalidə Hicran insanları mıhz bu bəladan qurtarmağa , daha doğrusu, bu cür qorxulu meyllərə yuvarlanmaqdan qorumağa, haqqa- ədalətə tapınmağa və düzgün yol göstərməyə çalışır. Bu zaman o ibarəli sözlərdən, mürəkkəb fikir və ifadələrdən uzaq olan elə sadə bir dildə, hamının çox asanlıqla başa düşəcəyi bir tərzdə yazır ki, oxucu nəinki yorulmur, əziyyət çəkmir, əksinə, daxili bir rahatlıq tapıb fikrə gedir. “ Fikrə gedir” sözünü elə- belə, təsadüfən işlərtmirəm. Çünki Xalidə xanımım ən böyük bacarığı və istedadı oxucuların ruhunu incitmədən fikirləşdirmək və düşündürmək gücündədir.Burada Xalidə Hicran şair – oxucu münasibətlərindən daha çox etibarlı, sədaqətli bir dost, yaxın bir məsləhətçi kimi özünü göstərir. Savadından və səviyyəsindən asılı olmayaraq hamı ilə eyni dildə danışır – sadə, şirin, səlist və aydın... Sözün ətri olduğu kimi dilin də öz ətri, öz şirinliyi var. Söhbət hər hası bir danışıq dilindən yox, ədəbi dildən gedir. Şairin, yazıçının öz oxucuları iıə ünsiyyət dilindən.
