Nizami Təhməzov XALİDƏ HİCRAN (roman) - Otuz üçüncü hissə

Nizami Təhməzov
XALİDƏ HİCRAN
(Roman)
Otuz üçüncü hissə
Hissə - 1 > 2> 2 > 4 > 5 > 6 > 7 > 8 > 9 > 10 > 11 > 12 > 13 > 14 > 15 > 16 > 17 > 18 > 19 > 20 > 21 > 22 > 23 > 24 > 25 > 26 > 27 > 28 > 29 > 30 > 31 > 32
(II FƏSİL)
Əziz izləyicilər, hörmətli oxucular! Bununla da xalqımızın gözəl ziyalısı, istedadlı rəssam və dövrümüzün klassik şairi, 4 cildlik “Hikmət xəzinəsi” və “Hicrannamə” kitablarının müəllifi Xalidə xanımın gənclik və tələbəlik illərindən bəhs edən “Xalidə Hicran” romanının yayımını dayandırırıq. Əsər tezliklə kitab şəklinə çap olunacaq və satışa buraxılacaq. Maraqlananlar mağazalardan kitabı alıb bütov halda oxuya bilərlər.
Hörmətli oxucular,bizim paylaşmanı diqqətlə izlədiyiniz üçün sizə qəlbən təşəkkür edirəm. Eyni zamanda “ Doğruxəbər.az” saytının təsisçisi və Baş redaktoru hörmətli Kamal Əsgərova və olduqca bacarıqlı və istedadlı jurnalist Jalə xanım Asimana öz dərin minnətdarlığımı bildirirəm. Əgər sayt rəhbərliyi ilə razılığa gəlsək, İnşallah, yaxın vaxtlarda “Hikmət xəzinəsinə gedən yol” əsərindən bəzi bölmələri sizə təqaim edəcəyik.

***
Xalidə həmişə insanları xöşbəxt görmək istəyirdi. Onun fikri, düşüncəsi öz sənəti, işi ilə insanlara xidmət etmək, onların yardımçısı olmaq, düzlüyə, haqqa- ədalətə səsləmək və düzgün yol göstərməkdir. Xalidənin həyat və cəmiyyət hqqında öz fikirləri vardı. O, bu özəl, fərqli fikir və düşünccələrini öz rəsmlərində, şeir və qəzəllərində açıb göstərmək istəyirdi. Və yaratdığı bütün əsərlərində çox vaxt buna nail olurdu. Bir dəfə tanınmış cavan bir rəssam yaşlı nəslə mənsub yazıçı dostu ilə sərgidə tamaşa edərkən Xalidəyə demişdi:
-Siz gözəl əsərlər yaradırsınız.Amma insanları düşünməyə məcbur edirsiniz, Bu nədən irəli gəlir?
Onda Xalidə çəkinmədən sula sualla cavab vermişdi:
-Məgər siz bunu qəbahətmi hesb edirsiiz?
-Xeyir, Amma insanın zövqünü oxşamaq, onlrı əyləndirmək daha yaxşıdır.
Xalidə:
-Əlbəttə, sizlər bu işləri yaxşı bacarırsınız,Maşallah, - dedi. – Mən də bir az düşündürsəm pis olmz.
Onda yazıçı Əbülfəz Abasquliyev özünə məxsus tərzdə gülümsünüb dedi:
-Mən bu işdə Xalidə xanımın yanındayam. Çünki “Sənin gözlərinlə” romanımda bu məsələyə üstünlük vermişəm..Bir də mən Xalidənin atası Məhəmməd müəllimi yaxşı tanıyıram.Çox ciddi adamdır, bu da atasına oxşayıb. – Xalidəyə baxıb sonra əlavə etdi.-İnsanları mənasız güldürmək yox, ağıllı düşündürmək lazımdır.
Xalidə dedi:
-Bu mənim yaradıcılıq qayəmdir, Əbülfəz müəllim.
-Yaqin ki, məni xatırlayırsınız? Atanızla dostam, sizdə də olmuşam.
-Bəli,bəli. “ Sənin gözlərinlə” romanının qəhrəmanı Müşgünaz xanımın obrazı indi də yadımdadır.O da ailədə, işdə çox fəal və prinsipal bir qadındır.
Əbülfəz müəllim maraqla soruşdu:
-Əsərdə sizin xoşunuza gələn əsas cəhət nədir? Bu qədər gözəl rəsm əsərlərinin müəllifinin fikirləri mənim üçün çox maraqlıdır.
Xalidə düşünmədən dedi:
-Milli-mənəvi əxlaqi dəyərlər...Milli mentalitet. Bu dəyərlərin və digər ümummilli məsələlərin qorunub saxlanılması və inkişaf etdirilməsi əsərin ümumi məzmununu təşkil edir. Siz Müşgünaz obrazında bunları çox gözəl verir, həyatı detallar və bədii boyalarla təsvir edirsiiz. Əsər sabahımız üçün olduqca əhəmiyyətlidir.
Əbülfəz müəllim yanındakı rəssam dostunun qolundan tutub dedi:
-Gördün?..Heç özündən deyən filoloqlar o boyda romanı iki cümlə ilə belə izah edə bilməzlər. Halal olsun, Məhəmməd müəllimin qızına...
Gənc rəssam dedi:
-Düzü, cavabından mənim də xoşum gəldi. Deyəsən Xalidə xanım ədəbiyyatı gözəl bilir? İnanıram ki, o, istəsə gözəl şeirlər də yaza bilər.
-Niyə yazmır ki? – deyə Əbülfəz müəllim gülə-gülə dilləndi. – Məhəmməd müəllimin də gözəl qələmi var. Bir neçə bədii əsərlər yazıb. Amma nədənsə üzə çıxarmır. – Sonra Xalidədən soruşdu. – Bəlkə Siz də yazırsınız, bilmirik?
Xalidə dinmədi.Bir anlıq nə cavab verəcəyini bilmədi. Xoş təbəssümlə Əbülfəz müəllimə baxdı. O, Xalidənin üzünün ifadəsindən heç nə başa düşmədi. Amma ciddi bir tərzdə dedi:
-Onu deyim ki, Məhəmməd müəllimin özü elə bir məktəbdir. Canlı bir məktəb. Mən həmişə hər yerdə demişəm ki, Məhəmməd müəllim zəngin bir ensiklopediyadır.İndi onun qızının şeir yazması təbiidir. Əksinə, əgər belə bir fikri olsa çox böyük uğurlar qazana bilər. Çünki belə istedadlı bir rəssamın poetk düşüncələri də dərin mənalı və gözəl olar.
Əbülfəz müəllim söhbətinə ara verən kim gənc rəssam dedi:
-Mən indi başa düşdüm ki, Xalidə xanım nə üçün öz əsərlərində ümumi fəlsəfi dərkə, düşündürücü məqamlara üstünlük verir. Onun daxili dünyasında hələ açılmamış və deyilməmiş elə sözlər və ifadələr var ki, inanıraam ki, bunlar nə vaxtsa kükrəyib üzə çıxacq.
Əbülfəz müəllim əlini əlinə vurub stadan güldü:
-Sənin şairliyin də varmış ki...Bunları çox gözəl dedin. – Sonra Xalidəyə müraciətlə əlavə etdi. – Əgər sizin belə bir fikriniz varsa, sonraya saxlamayın. Yazıçılar, şairlər, ümumiyyətlə yaradıcı insanlar görürsən ki, bəzən gözləmə movqeyi tuturlar, hər şeyi sonraya saxlayırlar. Mən bunu düzgün hüsab etmirəm. Hər işi öz vaxtında görərlər. Hiss edirəm ki sizin böyük bədii yaradıcılıq potensialınız var.
Xalidə yarızarafat, yarıciddi dedi:
-Əbülfəz müəllim, əgər Siz doğrudan da belə hesab edirsinizsə, onda düşünərəm. Amma o anlama gəlmirəm ki,rəsmlərim xoşunuza gəlmədi
-Əlbəttə, yox, - deyə Əbülfəz müəllim dilləndi. – Əksinə, sizin təsviri sənətinizin eczkar gozəlliyindən və düşündürücü təsirindən belə bir nəticiyə gəlirik. Əgər bu, ikimizdə də eyni təsəvvürü yaradırsa, deməli həqiqətdən, obyektiv gerçəklikdən qaynaqlanır. Mənə elə gəlir ki, bunun rəssamlığa heç bir ziyanı yoxdur. Əksinə, bəlkə də bunlar bir-birini tamamlayır, qələmlə fırçanın vəhdəti yaranar.- Sonra o gülə -gülə gənc dostuna dedi. – Peşəkar bir rəssam kimi sənin bu barədə fikrin nədir?
O, bu sualı gözləyirmiş kimi bir az irəli gəlib dedi:
-Mən Xalidə xanımın yaradıcılığı ilı yalnız sərgilərdə tanış olmuşam . Amma bilirəm ki, onun öz yaradıcılıq yolu var və o, heç nəyi elə belə, olduğu kimi yaratmır, ona əlavə məna və çalarlar verir. İnsanı təkrarən bxmağa, düşünməyə sövq edir və bunu bacarır da. Əlbəttə, bu, elə belə deyil, bu onun zəngin təxəyyülünün, dərn düşüncələrinin nəticəsidir. Belə daxili dünysı zəngin olan istedadlı insanların yardıcılığı da çoxşaxəli olur. Ona görə də mən inanıram ki, Xalidə gözəl şeirlər yaza bilər. Sizin dediyiniz kimi rəssamlıq və poeziya bir-birini tamamlayır. Məsələn, Kuveyt ərəb dövlətinin çox məşhur bir qadın rəssamı var, Sürəyyə...
Əbülfəz müəllim tez dilləndi:
-Bəli, bəli, - dedi, - Sürəyyə Bətrulə. Mən onun Moskvada çıxan “Za rubejom” qəzetində gözəl şeirlərini oxumuşam.- Sonra dostuna dedi. – Bağışla, buyur davam elə.
-Sürəyyə Bətrulə çox gözəl rəssamdır. Bütün ərəb dünyasında və bir çox xarici ölkələrdə tanınır.Eyni zamanda istedadlı şairdir. Dərin məzmunlu, lirik şeirləri var. Qalın-qalın kitabları çıxıb. Mən düşünmürəm ki, Xalidə xanım ondan zəif və bacarıqsızdır. Bəzən biz özümüz-özümüzə düzgün qiymət verə bilmirik.Və yaxud da heç bunu istəmirik. Düşünürəm ki, bu, bizim millətin faciəsidir.
-Mən həmişə bunu demişəm, - deyə Əbülfəz müəllim söhbəti yekunlaşdırmaq istədi. –Yuxarılardan kimi məsləhət bilsələr, onu da şişirdib ortalığa çıxardırlar. Sonra da baxırlar ki, Biləcəridən o tərəfə gedə bilmirlər.Nə isə...Getmək lazımdır. Xalidənin də vaxtını çox almayaq. Yaqin ki, dediklərimizdən nəticə çıxarar...
-Sizinlə söhbət mənə çox xoşdur,Əbülfəz müəllim, - deyə Xalidə dilləndi. Atamla eyni fikirdəsiniz. O, da Sizin kimi düşünür.
Əbulfəz müəllim özünə məxsus şirin-şirin ucadan güldü:
-Demək biz düz düşünmüşük, Məhəmməd müəllimlə aranızda belə bir söhbət olub?
-Bəli. Atamın diqqətindən heç nə yayınmaz.
-Onu bilirəm, - deyə Əbülfəz müəllim dostunun qoluna gerdi. - Məhəmməd müəllim bir şeyi deyibsə, demək söhbət qurtardı. Uğurlar arzulayırıq. İnşallah, oxuyarıq.
Xalidə dedi:
-İnşallah. Sağ olun.
-Sağ olun.
Onlar gedəndən sonra Xalidə xeyli fikrə daldı. İstedadına, gücünə, bacarığına inanıb sənə böyük etimad göstərən insanların ümidini doğrultmağın nə qədər fərəhli və sevincli olduğunu bilsə də, bir o qədər ağır və çətin olduğunu da dərk edirdi Xalidə. Və o, bu həqiqəti dərk etdikcə sanki zaman öz hərəkətini dayandırır və sanki bu andan etibarən onda elə bir güc, elə bir hiss və duyğu yaranırdı ki, sanki bu güc, bu hiss və duyğu ona qol-qanad verib böyük, aydın və işıqlı bir səhərə səsləyirdi.
...Telefonun cingiltili səsi onu dərin düşüncələrdən ayırdı.Əlindəki gödəkçəni kənara qoyub dəstəyi qaldırdı:
-Alo, eşidirəm.
-Salam. – Telefonun xışıltısından atsının səsini güclə tanıdı. – Ata, sənsən? Salam. Hardan danışırsan? Xeyir ola? Salamatçılıqdır?
-Hər şey yaxşıdır. Bayramı kəndə niyə gəlmədin? O nə hərəkətdir, eləmisən?
Xalidə qorxu içində təəccüblə:
-Hansı hərəkət? – deyə tələsik və həyəcanla soruşdu.
-Göndərdiyin amanatı deyirəm. Hamısını yığıb yollamısan, bəs özünə nə qalıb?
Xalidə ucadan güldü:
-Narahat olma, ata, özümə də çox saxlamışam. Beynəlxalq sərgidə əsərim satılıb. Heç nəyə ehtiyacım yoxdur. Həm də işləyirəm, hər şey qaydasındadır. Evdə necədilər? Hə,o günü sərgidə Əbülfəz müəllimi gördüm, Abasquliyevi...
-Hə, o bizə dost adamdır. Harda görsən, salam ver, halını soruş. Əbülfəz müəllim hörmətli kişidir.
-Baş üstə. Hamıya salam de. Məndən migaran qalmayın.
-Sağ ol, qızım. Allah köməyin olsun.
-Sağ ol, ata, sağ ol.
O, dəstəyi yerinə qoyub fikirli halda gözlərini məchul bir nöqtəyə dikdi. Atasının dediyi son sözləri ürəyində təkrarladı: “ Allah köməyin olsun”. Bu sözlər qəlbini didib parçaladı.. Hiss etdi ki, göndərdiyi pul çox yerinə düşmüşdür. Evdə maddii vəziyyət bəlkə də yaxşı deyilmiş...Birdən- birə gövrəldi, elə pis oldu ki...Sanki qəlbinin həmişə ona ruh verən ən nazlk tellərindən biri qırılıb içinə düşdü. Hardasa ruhunun dərinliklərində eşitdiyi bəzən şən, bəzən də kədərli, həzin mahnılar, o mahnılar ki, qəlbinə hərarət, ruhuna qüvvət verərdi,elə bil birdən –birə susdu, susub dayandı. Bəlkə də susmadı, sındı. Sınıb cilik-cilik oldu.
Bir müddət beləcə sakitcə qaldı. Sonra durub pəncərələri tayba-tay açdı. Soyuq hava ac qurd kimi içəri soxuldu. Və sanki bu soyuq hava onun sınmış, sınıb cilik-cilik olmuş ruhunu təzələdi. Ona qüvvət gətirdi. Özü öz göz yaşlarını silməyi öyrənən qadının kiminsə ovundurmağına ehtiyacı olmaz.
Mətbəxə keçib çay qoydu. Sonra gəlib çarpayının üstünə qoyduğu və tikib düzəltdiyi gödəkçəni götürüb o üz, bu üzünə baxdı. Bayaqdan bəri büllur kimi şəffaf, dağ çiçəyi qədər incə və zərif yanaqlarına qonmuş qərib və yad ifadələr bir anda çəkilib getdi. Gözlərində xoş bir təbəssüm oynadı. Gülümsündü. Sonra gödəkçəni geyib güzgünün qarşısında dayandı. Özünü tanımadı Sanki qarşısında dayanan başqa bir xanım idi. Onsuz da Ulu Yaradan sevdiyi bu bəndəsindən heç nəyi əsirgəməmişdi. Özünün ideyası, fikr və düşüncəsinin məhsulu olan bu gödəkçə onun gözəlliyini sanki min qat artırmışdı. Qollarına və yaxalığına vurulmuş və ağ yundan toxunmuş qobelen elə ecazkar bir mənzərə yaradırdı ki, sanki Xalidənin sifəti ağ buludlar arxasından çıxan günəş kimi parlayırdı...
Bayram günləri şən, qaynar, fəal iş günləri ilə əvəz olundu. Xalidə Universitetə gələndə hamının diqqəti onda idi Yanından ötüb keçən qızlar ayaq saxlayıb bir də baxır, dərindən köks ötürür, sanki paxıllıq edirdilər Oğlanların gözü Xalidənin üzündə qalmışdı. Və onlar bu İlahi gözəllik qarşısında aciz qalmışdılar. Xalidə heç kimə əhəmiyyət vermir, yavaş-yavaş dəhlizlə auditoriyaya doğru addımlayırdı.
-Salam, Xalidə.
Çevrilib arxaya baxdı. Gələn Hicran idi. O, Xalidəni sanki birinci dəfə görürmüş kimi maraqla baxıb gülümsündü.
-Sabahınız xeyir, - deyə Xalidə cavab verdi. Və özü də hiss etmədən qəribə hallar keçirərək iti addımlarla yeridi. Bu halların, düşdüyü vəziyyətin nədən ibarət olduğunu başa düşməsə də, içindən bir gizilti keçdiyini aydın hiss etdi. Və bu gizilti bir anlıq onun bütün varlığını bürüdü. İndiyə qədər duymadığı və keçirmədiyi yad və qəribə hisslər sanki onun bütün iradəsini və gücünü əlindən almışdı. O, bunu istəməsə də özü ilə bacarmırdı. Daha doğrusu, özündən asılı olmayan bu yad və qəribə hisslər sanki ona hakim kəsilmişdi.
-Xalidə...
Ayaq saxladı. Çevrilib Hicrana baxdı.Onun iti, dərin, hərarətli və mənali baxışlarıdan yayınaraq:
-Sözünüz vardı? – deyə soruşdu.
-Bəli.
Hicran bu sözü çətinliklə dedi. Hiss etdi ki, Xalidənin gözəlliyi və bu gözəlliyi daha da artıran zabitəliyi onun ixtiyarını əlindən almışdı. O, indiyə qədər heç vaxt belə vəziyyətə düşməmişdi. Özü də buna təəccüb edirdi. Ən təəccüblüsü və maraqlısı o idi ki, heç evlənəndə də belə həyəcan keçirməmişdi. İndi nə baş veriyini hec cür anlaya bilmirdi. Nəhayət, özünü ələ alıb bir az da yaxına gəldi:
-Mənim Sizə sözüm var, - dedi.
-Sözünüz var? - deyə Xalidə təəccüblə ona baxdı. Və sonra sanki nədənsə qorxurmuş kimi baxışlrını ondan gizlətdi. Amma ürəyi yaralı quş kimi çırpınır və bütün vücudu titrəyirdi.Çətinlilə də olsa əlavə etdi – Nə olar, sözünüz var, buyurun deyin.
-Amma burda yox, ikilikdə, münasib bir yerdə deməliyəm..
Xalidə özünü o yerə qoymadı:
-Nə olar, - dedi - Nə vaxt belə imkan olsa, deyərsiniz.Qrup yoldaşıyıq, gündə bir yerdəyik.
Hicran qeyri – müəyyən bir tərzdə gülümsündü:
-Doğrudan ha..-.dedi. – Qrup yolaşı olduğumuzu tamam unutmuşam.- Çox gözəl.
Xalidə onun xasiyyətinə yaxşı bəld olduğundan bir söz demədi, gözlərini süzdürüb gütdi. Hicran dərindən köks ötürüb bir müddət unun ardınca baxdı. Sonra yavaş-yavaş auditoriyaya tərəf addımladı...
Xalidə dərsdən sonra işə getməli idi. Baş həkim zəng vurub demişdi ki, çox vacib yazılar var, mütləq gəlməlidir.Odur ki, dərsdən çıxan kimi avtobus dyanacğına gəldi.Burda adamlar çox idi. O, bir tərəfə çəkilib fikirli halda dayandı. Dərsdən sonra özünü çox yorğun hiss etsə də buna əhəmiyyət vermir, yalnız Hicranın dediyi sözlər haqqında fikirləşirdi. Onun heç vaxt ağlına gələ bilməzdi ki, sadəcə bir qrup yoldaşının dediyi sözlər onu bu qədər düşündürər, fikrini çəkib lap uzaqlara aparar və narahat olmaq həddinə qədər çatdırardı. Həyatında birinci dəfə idi ki, tanıdığı, bildiyi bir insanın adi bir sözündən bu qədər narahat olur və müxtəlif fikirlərə düşürdü. Hicran heç vaxt kiməsə yersiz və artıq söz deməzdi. Bu, onun xasiyyətinə, xarakterinə yad idi. Zarafat etsə də həddini, yerini bilirdi. O, insanlara böyük hörmət və qayğı ilə yanaşar, yaxşılıq etməkdən zövq alardı. Həmişə deyərdi ki, böyük Eynşteynin təbirincə desək, həyat sevgi üzərində qurulub. İnsanlar bir-birini sevməli və hörmət etməlidirlər. O, çox yüksək mədəniyyət sahibi idi. Yoldaşından ayrlımağı bütün qızların, o cümlədən fakültədəki qızların sevincinə səbəb olmuşdu. Hətta qızlardan biri özünü saxlaya bilməyərək böyük heyranlıqıa demişdi: “ Hansı axmaq qız belə oğlandan imtina edər? İdeal bir kişidir. Ağlı, zəkası, işi-gücü, dərs əlaçısı... Gorkəmi və gözəlliyi ürək sındırır.Nə gizlədim, məni alsa nəinki sevinə-sevinə gedərəm, hətta Allaha gündə min dəfə şükür edərəm” Maraqlıdır ki, qızların hamısı onun fikrində idi və ailəli olub boşandığına baxmayaraq böyük məmnuniyyətlə onunla ailə qurardılr. O, çox diqqətli, həssas və qayğıkeş idi. Tabii ki, hər bir insanın sevib sevilmək haqqı və hüququ var.İnsan nə qədər tənha və nə qədər tərk edilmiş olsa belə, onun da hər zaman və ona bəlkə də məlum olmayan, lakin qəlbinin harayına cavab vermək üçün onu sevən və aşiq olan bir qəlb tapılar. Sevgi elə uca və ali bir hissdir ki, gec, tez o, bütün insanlrın həyatına daxil olur.Amma Xalidə heç zaman bu barədə düşünməmişdi. Və o, hesab edirdi ki, bu haqda ancaq institutu qurtardəqdan və işə düzələndən sonrə düşüünmək olar. Hicrandan bir kişi kimi xoşu gəlsə və onun şəxsiyyətini yüksək qiymətləndirsə də heç vaxt sevmək haqqında düşünməmişdi. Bu, heç onun ağlına da gəlmirdi. Amma indi heç bir məna ifadə etməyən bir kəlmə sözündən ötrü bu qədər düşünməsi onun özünə də qəribə gəlirdi. Heç cür başa düşə bilmirdi ki, bunun səbəbi nədir? O, həmişə hissinin və ehtirasının əsiri olan qızlardan uzaq gəzər, mümkün qədər onları yaxına buraxmazdı. Məhəbbət ağlı sevmədiyi kimi, ağıl da onu yaxına buraxmırdı. Xalidə həmişə, hər zaman ağlın səsinə qulaq asardı. Ağıl onun ən yaxın və ən etibarlı dostu idi.
Xalidə axşamüstü işdən evə qayldanda Zemfira xalasıgildən gəlmişdi. O, Xalidəni gərən kimi diqqətlə baxıb təəccüb və heyrətlə dedi:
-Aaa...Bunu nə vaxt aldın? Nə gözəldir...Gör bir sənə necə yaraşır? – Onu qucaqlayıb öpdü. – Sən necə də gözəl görünürsən?!..
O, bir az geri çəkilib o tərəfdən, bu tərəfdən baxdı. Əli ilə yoxladı:
-Həqiqətən çox gözəldir,- dedi. – Sağlığına qismət. Neçiyə almısan?
Xalidə bu sualı gözləmirdi.Ona görə maraqla soruşdu:
-Səncə neçiyə olar ?:. – dedi.
-Çox baha...Yaqin qonararının hamısını buna vermisən?
Xalidə astadan dedi:
-Hə.
-Dəyər, dəyər. – deyə o, bir də əlləri ilə diqqətlə yoxladı.- Sən nəyə pul verdiyini yaxşı bilirsın. Zövqün də ki, öz yerində...
Nəhayət, Xalidə özünü saxlaya bilməyib hündürdən güldü
-Gül,gül..- deyə Zemfira hələ də gödəkçəyə baxırdı. – Mənim də belə biri olsaydı, nəinki gülərdim, lap yerimdə oynayardın.
Xalidə ciddi görkəm alıb dedi:
-Ay qız, mən heç belə şeylərə pul verərəm? Görmürsən özüm düzəltmişəm?..
-Necə? – deyə o, təəccüblə Xalidəyə, sonra isə diqqətlə godəkçəyə baxdı. – Necə yəni özün düzəltmisən?
Xalidə gülə-gülə dedi:
-Çox sadə. Uzun, qara paltomu kəsib düzəltmişəm. Qollarına və ətəyinə isə yundan toxuduğum ağ qobeleni vurmuşam.
Zemfira yaxın gəlib diqqətlə baxdı. Elə zərif və incəliklə işlənmişdi ki, əgər o ağ yundan qobelen toxuduğunun şhaidi olmasaydı ömründə inanmazdı. Paxıllıq hisslərindən şox-çox uzaq olan Zemfira Xalidənin istedad və bacarığına yüksək qiymət verir, onunla yaxın rəfiqə olduğundan və bir otaqda qaldığından qürurlanırdı. Onun elə zəngin bir daxili aləmi və xasiyyəti vardı ki, insanların sevincinə sevinər, kədərinə kədərlənərdi. O, sevincindən Xalidəni qucaqlayıb öpdü:
-Mən hərdən pis adamlara rast gələndə, - dedi. – Nə qədər təsirlənsəm və bədbinləşsəm də sənin kimi bir rəfiqəm olduğundan dərhal hər şeyi unudur və daxilən rahatlıq tapıram. Tərif kimi çıxmasın, sənin elə gözəl bir xasiyyətin var ki, necə deyərlər, lap ilanla da yola gedərsən. Bu cəhətdən Allah sənə hər şeyi verib.
Xalidə gödəkçəsini asılqandan asa-asa dedi:
-Bunun üçün insanları sevmək lazımdır. İnsnları sevməzdən əvvəl Allahı sevmək lazımdır. Sənin özün kifyət qədər gözəl bir qızsan. Bəzən insan özündən çox ətrafdakı adamlar onu yaxşı tanıyır. Bu cəhətdən sənin bəxtin gətirib.
Elə bu vaxt telefon zəng çaldı. Zemfira dəstəyi qaldırdı:
-Alo, eşidirəm.
Dəstəkdən gələn zəiif və incə səs çox aydın eşidilirdi.
-Salam, xanım. Zəhmət olmasa Xalidə xanımla danışmq mümkündürnü?
-Bəli. Bu dəqiqə.
Xalidə dəstəyi aldı:
-Bəli, eşidirəm, - dedi. – Bağışlayın kiminlə danışıram?
-Salam, Xalidə xanım. Sitarədir. Necəsiniz? Bağışlayın, narahat elədim.
-Salam,salam, Sitarə xanım. Zənginizdən çox sevindim. Necəsiniz? Lalə xanım, Rasim bəy necədir? İnanın, zənginizdən çox şad oldum.
-Hər şey qaydasındadır. Gələrsiniz, görərsiniz. Vaxtınızı çox almaq istəmirəm.Şeroten hotelinin böyük zalında Rasimin elmi ixtirasının təqdimat mərsimi keçiriləcək.Sizi də, rəfiqənizi də ürəkdən dəvət edirik. Gəlişinizdən çox sevinəcəyik.Xahiş edirəm. Bu, israrı dəvətdir.
Xalidə ucadn güldü. Dəstəkdən də gülüş səsləri eşidildi. Xalidə dedi:
-İndiki belə israrlı dəvətdir, əlbəttə, mütləq gələrik, - Sonra ciddi bir şəkildə əlavə etdi.- Sizin hər sözünüz mənim üçün yetərlidir, Sitarə xanım, bunu bilin. Sizlər həmişə mənim üçün çox əziz və hörmətlisiniz. Amma Zemfira xanıma özünüz deyin. İndi dəstəyi ona verirəm.Sağ olun, İnşallah görüşürük. Rasım bəyə salam deyin.Laləni mütləq öpərsiniz.

İkinci fəslin sonu