Nizami Təhməzov XALİDƏ HİCRAN (roman) - Otuz birinci hissə

Nizami Təhməzov
XALİDƏ HİCRAN
(Roman)
Otuz birinci hissə
Hissə - 1 > 2 > 3 > 4 > 5 > 6 > 7 > 8 > 9 > 10 > 11 > 12 > 13 > 14 > 15 > 16 > 17 > 18 > 19 > 20 > 21 > 22 > 23 > 24 > 25 > 26 > 27 > 28 > 29 > 30
(II FƏSİL)
Xalidə sınayıcı nəzərlərlə Sitarəyə baxdı:
-Onun istedadlı olduğunu nədən müəyyən etdiniz ki?
Sitarə böyük həvəslə dedi:
-Məmin fikrimcə, istedadlı rəssam olmq, hələ təbiətin surətini çıxarmaq deyil, ona ifdə verməkdir. Əsil istedad mənim təbiətdə görə bilmədiklərimi, duya bilmədiklərimi mənə çatdırmaqdır.
-Ana, ana, olar ki,mən burda top-top oynayım?
Lalənin incə, zərif və şirin səsi onları söhbətindən ayırdı. Xalidə mehribanlıqla onun saçlarını oxşadı
-Olar, qızım, olar, - dedi. – Ancaq uzağa getmə, gözümüzün qabağında oyna.
Sitarə xoş təbəssümıə gülümsündü:
-İndiki Xalidə xalan deyir, demək olar.
Lalə böyük sevinclə ayağa durdu. Bir-iki top vurub dayandı. Gah Xalidəyə, gah da anasına baxdı. Sitarə soruşdu:
- Nə oldu, qızım, niyə oynamadın?
-Ana, olar bir sual verim? Amma əsəbiləşmə ha...
Hər ikisi güldü. Sitarə dedi:
- Yaxşı, qızım, heç sənə əsəbiləşmək olar? Nə istəyirsın, de.
-Əgər Xalidə xala xahiş etsə, axşam atama zəng edərik ki, gəlsin evə? Mən atamı çox istəyirəm, ana. Mən onu görmək stəyirən.
O. özünü sxlaya bilməyib hönkürdü. Gəlib anasının dizlərini qucaqladı. Sonra Xalidənin əllərindən tutdu:
-Anama deyin. Ondan xahiş edin, Xalidə xala. Siz yaxşı adamsınız. Deyin.
-Yaxşı, əzizim, yaxşı, - Xalidə onu qucaqlayıb üzündən öpdü. – Axşam atan gələcək.
-Doğrudan? – deyə Lalə azca geri çəkilib ümidlə Xalidənin gözlərinə baxdı. – Sağ ol, Xalidə xala, sən bu gün mənə həyat verdin.
Onlar bir-birinin üzünə baxdılar. Sitarə dedi:
-Narahat olma, qızım, axşam mütləq zəng edərik, atan gələr. Sonra da Xalidə xalanı qonaq çağırarıq.
-Urra!.. –deyə Lalə sevincindən atılıb düşdü.- Sağol,ana, sağ ol, Xalidə xala.
Xalidə dedi:
-Uşaqların sevinci bir dünyadır. Fikirlərimi başa düşdüyünüz üçün çox təşəkkür edirəm.Xarakter nümayiş etdirmək yox, ağılla hərəkət etmək lazımdır. İnsan acı çəkmədən yetkinləşə bilməz. Yetkinlik kamilliyə gedən yoldur. Böyük səadətlər böyük acıların yanında olur. Allah Sizə hər şeyi verib. Gül kimi ağıllı qızınız var, bunu heç vaxt unutmayın.
-Sağ olun, Xalidə xanım, - deyə Sitarə minnətdarlığını bildirdi. - Siz sanki insanlara xeyirxahlıq, yaxşılıq etmək üçün yaranmısınız. Gözəl olduğunuz qədər də alicənab, kübar bir xanımsınız. Hardasa oxumuşam ki, zahiri parıltı göz qamaşdırır, daxili parıltı isə gözləri açır. Sizdə zahir də, daxil də çox gözəldir....- Onu qucaqlayır. – Siz çox gözəlsiniz. Mənim rast gəldyim yeganə xanımsınız ki, Sizə baxanda rahatliq tapıram. Siz insanlara yalnız müsbət enerji verirsiniz .- Sonra o, nəyisə xatırlayırmış kimi azca geri çəkildi: - Amma heç familiyanızı demədiniz? Nəsə hiss edirəm ki, Siz elə belə, adi bir xanım deyilsiniz.
Xalidə gülümsündü:
-Siz düz tapmısınız.
Sitarə heyrətlə yerindən qalxdı:
-Xalidə Nağıyeva?..
-Bəli.
O, uşaq kimi sevincindən Xalidənin üstünə atıldı. Ən əziz bir adamını tapmış kimi o üzündən, bu üzündən öpdü. Bağrına basdı.
-Ay nə xoş təsadüf, - dedi. - Bu gün mən çox xöşbəxtəm. Çox...Çox...- Sonra yenidən onu qucaqladı. - Siz çox istedadlısıniz...
Xalidə dedi:
-Mən də çox şadam ki, bu gün yoldaşınızla barışacaqsınız.
-Hə, hə, əlbəttə. O, Sizi qiyabi tanıyır. Hər şeyi danışcam ona...Mütləq...Mütləq...O, çox sevinəcək.
-Lap yaxşı. – Sonra o bir qədər düşünüb əlavə elədi. – Deyin gərək o əsərdə xoşunuza gələn cəhətlər hansıdır? Düzü, orda elə qeyri-adi bir şey yoxdur.
Sitarə sevinclə dedi:
-Əziz Xalidə xanım, Siz bu gün məni duyğulandırıb çox sevindirdiniz. İnanın, bu sevincimi bəlkə də izah edə bilmərəm. Amma çox şanslıyam. Rəsm əsərinizdə məni ən çox maraqlandıran rənglərdən və rəng qarışığından düzgün və bacarıqla istifadə olunması, çox güclü bir sevginin ifadə edilməsidir. Mən Şişkini, Ayvazovskini, İsak Levitanı niyə çox sevirəm? Çünki onlar rənglər vasitəsilə insanlarda əhval- ruhiyyə yaradır, onların psixologiyasına təsir göstərə bilirlər. Sizin o iki əsəriniz də belədir.
Xalidə təəccüblə:
-İki ? Bəs o birisi hansıdır?
“Arpaçayın sahilində”. Bunlar əsil sənət nümunələridir.Ən əsası ona görə ki, Ağriı dağı da, Arpaçayı da insanlarda xoş duyğular yaradır, onların zovqünü, ruhunu oxşayır. Sanki Arpaçayın sahilində oturub onun həzin zümzüməsinə qulaq asır, Ağrı dağın təmiz havasını udursan. Bu əsərlər yalnız tamaşaçıların zövqünü, ruhunu oxşamır, eyni zamanda onları düşündürür,vətənə, torpağa məhəbbət hissləri aşılayır. Sanki bir qürur mənbəyinə çevrilir. Mən deyərdim ki, bu məziyyətlər rəssamlıqda çox ciddi məsələlərdir ki, Siz onun öhdəsindən böyük bacarıqla gəlirsiniz. Mənim fikrimcə, rənglər insna müsbət və mənfi təsir göstərir Və ümumiyyətlə, mən rənglər dünyasını canlı bir möcüzə hesab edirəm.
Xalidə dedi:
-Mənim üçün çox maraqlıdır Siz indi Şişkinin, Levitanın adlarını çəkdiniz. Onların hansi Sizə xoş təsir bağışlayır?
-İkisi də. Şişkin təbiətin gözəlliyini, onun incəliklərini təsvir edir. Bu çox gözəldir. Adam baxdıqca baxır. Amma Levitan payız mənzərəsinə üstünlük verir, insanı düşündürür, nastolji hisslər yaradır.
Sitarənin sənət haqqındaki fikirləri getdikcə Xalidəni maraqlandırırdı.Odur ki, soruşdu:
-Siz Şişkin, Levitan kimi böyük sənətkarların əsərlərinə baxandan sonra mənim rəsmlərim necə xoşunuza gəlir?
Sitarə təəccüblə Xalidəyə baxdı:
-Məgər Siz özünüzü zəif və ya ortabab bir rəssam hesab edirsiniz? Mən əsla belə düşünmürəm. Əgər Sizin yaratdığınız bir əsər mənim beynimdə, şüurumda, fikrimdə, düşüncəmdə özünə yer tapıb mənim zövqümü və ruhumu oxşayırsa, mən bundan necə qaça bilərəm? Mənim üçün necə fərqi ola bilər ki, bu əsəri yaradan Şişkindir və ya Xalidə Nağıyeva ?
Sonra o, nəyisə sübut etməyə çalışırmış kimi ciddi bir görkəm alıb Xalidəyə dedi:
-Olar bir söz deyim?
-Əlbəttə, buyurun, buyurun, maraqlıdır
-Mənə inanın, Hüseyn Cavid kimi bir sənətkar Avropa xalqlarının hansı birində olsaydı, onu Şekspirdən də yuxarı qaldırardılar, Şillerdən də...Əslinə qalsa Hüseyn Cavid onlardan çox üstündür. Cavidin mövzuları İnsan, bəşər, dünyadır...Belə məsələlər məni çox düşündürür. Məsələn Siz o Arpaçayı elə təsvir etmiş və vermişsiniz ki. sanki mən onun səsini eşidir, məlahətli, həzin zümzüməsinə qulaq asıram. Mənim xəyalimda, fikrimdə o mənzərələr canlanır. İstər-istəməz Naxçıvanı, Şəruru, o yerlərin təbiətini düşünürəm. Siz rənglərdən çox bacarıqla istifadə edirsiniz. Hələ bəlkə də çox adam rənglərin sirli dünyasını, onun təsir gücünü və fəlsəfəsini bilmir. Məsələn, mən o günü rusların “ Zdorovıye” jurnalını oxuyana qədər bilmirdim ki, rənglər insanın psixasına, onun xəstələnməyinə təsir edir. Və ya əksinə, bəzi rənglər müalicəvi əhəmiyyət daşıyır. Oxumuşam ki, yaşıl rəng ruhi sarsıntıların müalicəsində, isteriya və əsəb yorğunluğunda istifadə edilir. Əsəb sisteminə ağrıkəsici təsir edən qırmızı rəng həzm prosesini nizama salır.Düzünü deyim ki, elmlər namizədi olsam da, mən bunları indiyə kimi bilmirdim.
-Siz nə üzrə müdafiə etmisiiz? – deyə Xalidə maraqla soruşdu.- Sizin savadlı və səviyyəli bir xanım olduğunuzu hiss edirəm . Çünki etiraf hər adamın gücündə olan bir məsələ deyil.
Sitarə gülümsündü:
-Mən filoloqam. Filologiya üzrə müdafiə etmişəm. Azərbaycan Dövlət Universitetində işləyirəm. Yoldaşım da gənc elmlər doktorudur.
-Çox gözəl, - deyə Xalidə onu qucaqladı.- Tanışlığımıza çox şadam. Dediyinizə görə məni də tanıyırsınız.
-Hə, əlbəttə...- deyə Sitarə sevinclə bir daha onu qucaqladı. – Bu gün mən çox xöşbəxtəm. Sizi görməyi necə arzulayırdım. Rəssamlıq mənim üçün çox əlçatmazdır. Rasim çox sevinəcək. O, bilir ki, mən Sizi çox sevirəm.
Sitarənin hərəkətləri, danışıq tərzi, səmimiyyəti, isti münsibəti Xalidədə xoş əhval-ruhiyə yaradır, getdikcə onun hqqında musbət fikir formalaşdırır,özünə daha yaxın adam hesab edirdi. O, heç kimə bənzəmirdi. Sadə və təbii idi. Ürəyiaçıq, safdüşüncəli və olduqca mehriban idi. Özü idi. Olduğu kimi görünən bir xanım idi və bir çox dəyərlərinə görə başqalarından tamamilə fərqlənirdi. Uşaqlar kimi azadlığı sevən, bir az şıltq, bir az ərköyün, amma fikirlərini, düşüncələrini açıq deməyə cəsarəti çatan və onu əsaslandırmağa çalışan maraqlı bir qadın idi.
-Mən Sizin qəlbinizə dəymədim? – deyə Sitarə narahatlıqla soruşdu. – Siz Allah, bağışlayən, bir az çox danışdım.
-Yox,yox, - deyə Xalidə onun zərif, icə əllərindən tutdu. - Sadəcə Sizin yoldaşınızla münasibətiiz məni düşümdürür. Siz ağıllı bir xanım olduğuuz halda belə hadisələr necə baş verə bilər? Uşağı belə incitməkmi olar ? Axı, bunların hamısı stress yaradır, narahatlıq doğurur. Qadının həyatı sevgi, duyğu, dözüm və fədakarlıqdan yoğrulub. Və qadın həyatın bütün mərhələlərdə kişinin xilaskarıdır. Əgər çayın mənbəyi bulaqdırsa, ailənin də mənbəyi qadın- anadır.
Xalidə ona qısılan və hərdən – bir diqqətlə baxan Lalənin saçlarını sığallayıb sözünə davam etdi:
-Biz bu gün tanış olsq da Sizə, Sizin fikirlərinizə, düşüncələriizə hörmətlə yanaşıram. Mən ən güclü, ən qüvvətli, ən ləyaqətli və ən zəkalı o qadını hesab edirəm ki, o, istəklərini idarə etməyi bacarır. Yalnız baxdığı yerdə istədikləri şeyi görə bilən qadınlar xöşbəxt ola bilər. Siz çox ağıllısınız və mən tam inanıram ki, evə çatan kimi yoldaşınıza zəng edib könlünü alacaq və bizim əziz, şlrln- şəkər balamızı sevindirəcəksiiz. Yaxşı deyiblər ki, gözəl bir qadın kişini ovsunlayar, ağıllı bir qadın maraq doğurar, anlaşıqlı bir qadın isə ona sahib olar.Bu dəyərlərin hamısı Sizdə var. Gözəlsiiz, ağıllısınız və hər şeyin yerini bilən çox düşüncəli bir xanımsınız.
Hələ də evlərində nə baş verdiyinin fərqində olmayan və bəlkə də bunu zarafat kimi və ya acıq verirmiş kimi qəbul edən Sitarə Xalidənin söhbətindən sonra fikrə getdi. Və o, yalnız indi Rasimin dediyi sözlərin fərqinə vardı:” Sən məni ən qəti addımlar atmağa məcbur edirsən, Sitarə. Mən bunu heç zaman, heç vaxt, bax. elə indi də istəməzdim, Sən gör nəyə gətirib çıxarırsan?”
Sanki o, birdən-birə üşüdü. Gözləri qaraldı. Və bir anlıq ona elə gəldi ki, Rasimi həmişəlik itirib və o, bir daha heç vaxt geri qayıtmayacaq. Ağır düşüncələr və iztirablar içərisində Xalidəyə baxdı. Xalidə onun birdən – birə dəyişdiyini , sarsintı və əzab çəkdiyini dərhal hiss etdi. Odur ki, mehribanləqla dedi:
-Gözəl, lakin sevgi hissi doğurmayan qadın ətirsiz gözəl çiçəyə bənzər. Ən böyük xöşbaxtlik sevildiyini hiss etməkdir, bilmək deyil. Mən inanıram ki, o,Sizin kimi gözəl, yaraşıqlı bir qadını sevməyə bilməz. Bəlkə də o. sevgisini qorumq, onu itirməmək üçün gedib. Amma bütün fikri, düşüncəsi, sevgisi qoyub getdiklərinin yanındadır. Mən buna qəti əminəm.
Sonra Xalidə nə düşündüsə Sitarənin əllərindən tutub gözlərinə baxdı.
-Bəlkə iş yerinə zəng edəsiz, hə? Bu lap yaxşı olar. Mən Sizin gücünüzə inanıram.
Sitarə dikəlib Xalidənin üzünə baxdı. Onun gözəl, işıqlı, nurlu sifətini, parlaq gözlərnini və təbəssümlü baxışlarını görəndə daxili bir rahatlıq tapdı. Gövrəlmiş halda onu qucaqladı. Xalidə dedi :
- Düşünürəm ki, indi daha yaxşıdır. Əgər iş yeri ilə danışmq mümkündürsə, niyə də axşama saxlayaq? Vaxtında bir addım atmayan, sonradan yüz addım atmaq məcburiyyətində qalar. Bəzən bizim çox adı gördüyümüz bir məsələ sonradan böyük problemlər yaradar. Başa düşürəm, həyəcan keçirirsiniz.Amma ürəkli olmaq lazımdır.
Sitarə anlaşılmaz bir təbəssümlə:
-Qəribədir, - dedi. – Mən heç vaxt belə hala düşməmişəm. Elə bir cəsarətim çatmır. Bu günə qədər mənə çox adi görünən və hətta əhəmiyyət belə vermədiyim bir məsələ indi mənim üçün çətin bir işə çevrilib. Sanki indi bütün varlığım qədər sevdiyim bir insana deyil, hansısa yad bir adama zəng etmək əziyyətini çəkirəm.
Xalidə oun qollarından tutub qaldırdı:
-Qəlbən sevən insanlar güclü olurlar, - dedi. – Durun. Siz zəif adam deyilsiniz.
-Gedək, ana,- deyə Lalə anasının əlindən tutub dartdı.- Xalidə xala düz deyir, gedək.
Onlar ayağa durdular. Sitarə Xalidəni əlindən tutdu:
-Bəlkə Siz də gedəsiniz? – dedi. –onda elə bil ürəkli oluram
Xalidə təbəssümlə cavab verdi:
-Buna ehtiyac yoxdur. Sərbəst danışın, mən burda gözləyirəm.
-Yaxşı, - deyə Sitarə razılaşdı və qeyri- ixtiyari onu qucaqladı, sanki pıçıldayırmış kimi astadan dedi:– Siz çox gözəl insansınız.
Ardı var...