28-06-2025, 19:53
Gündəm/Mədəniyyət

Nizami Təhməzov XALİDƏ HİCRAN (roman) - iyirmi birinci hissə


Nizami Təhməzov XALİDƏ HİCRAN (roman) - iyirmi  birinci hissə
Əziz oxucular, hörmətli izləyicilər, xalqımızın gözəl ziyalı xanımı, istedadlı müasir canlı klassik şairi Xalidə Hicranın həyatından və tələbəlik illərindən bəhs edən "Xalidə Hicran" romanının "Birinci fəsil"i başa çatdı. Həftənin birinci günündən, yəni iyunun 30-dan etibarən əsərin "İkinci fəsil"inin bəzi hissələrini diqqətinizə çatdıracağıq. Düşünürük ki, imkanı olub oxuyanalarımız üçün faydalı olacaq.

Nizami Təhməzov
XALİDƏ HİCRAN
(Roman)
İyirmi birinci hissə

Hissə - 1234567891011121314151617181920

“Arpaçay bəndi”nin üzərində son tamamlma işləri gedirdi. Xalidə bütün gücünü, bacarlğını, diqqətini bu əsərin üzərinə yönəltmişdi. Müvəqqəti olaraq sifarişləri azaltmış, xırda – para işləri bir tərəfə qoymuşdu. Bu yarımçıq əsərə baxdıqca sanki Arpaçayı, onun ətrafını seyr edir, bəndin tikintisinin, qaynar iş. həyatının, coşqun əmək fəaliyyətinin canlı şahidinə çevrilirsən.Bu möhtəşəmliyi böyük sənətkarlıqla təsvir edən, onun hər xırda detallarını belə unutmayan, tamaşaçıda ərazi haqqında, bəndin gələcəyi haqqında böyük bilgi və fikir formalaşdıran Xalidə xalqına, vətəninə olan sevgisini, məhəbbətini də bu əsəri vasitəsilə sevimli tamaşaçılarına asanlıqla çatdırır.
İşin belə qızğın, gərgin vaxtlarının birində qonşu otaqda yerləşən İctimai Təminat Şöbəsinin katibəsi qapını döymədən açaraq həyəcan və qorxu içərisində dedi:
-Bi...Birinci katib rəisin otağında sizi telefona çağırır. Özü də dəstəkdə gözləyir.
-Deyin ki, indi gəlib özüm zəng edərəm.
Katibənin gözləri böyüdü.:
-Necə?!..Mən belə bir sözü deyə bilmərəm.Xahiş edrım, tez gəlin.
Xalidə gülümsündü. Əllərini silib qızın ardınca getdi. İctimai Təminat Şöbəsiin müdiri ayaq üstə onu gözləyirdi. Xalidə dəstəyi götürdü.
-Salam, yoldaş katib.
Xəttin o başından raykom katibinin aydın və gur səsi gəldi:
-Salam, Xalidə xanım. Necəsiniz? Məlumat verdilər ki, artıq işi yekunlaşdirirsiniz?
-Bəli, hər şey qaydasındadır.İnşallah, yaxın vaxtlarda təhvil verəcəyəm.. Diqqətinizə görə çox təşəkkür edirəm.Məni sevindirdiniz.
-Çox gözəl, çox şad oldum. Əgər bir şey lazım olsa çəkinmədən mütləq zəng edin.
Xalidə razılıq elədi:
-Çox sağ olun.
-Uğurlar arzulayıram – Katib nəyisə xatırlayıb əlavə etdi. - Onu da deyim ki, dünən Kinoteatrın qarşısından keçəndə gördüm. Hind kinosuna reklam üçün çəkdiyiniz o şəkildən çox xoşum gəldi. Sanki canlı bir əsərdir.
-Çox təşəkkür edirəm, yoldaş katib., - deyə Xalidə razılıq elədi. – Diqqətiniz üçün çox sağ olun.
- Uğurlar arzulyıram.
Xalidə dəstəyi yerinə qoyub bayaqdan bəri ona heyrətlə baxan İctimai Təminat Şöbəsinin müdirinə “ Sağ olun” deyib çıxmaq istəyirdi ki, bayaqki telefon aramsız zəng caldı. Şöbə müdiri qorxa-qorxa dəstəyi qaldırdı.
-Eşidirəm, yaldaş birinci katib.
-Dəstəyi Xalidə xanıma verin.
-Baş üstə. – O, telefon dəstəyini Xalidəyə uzatdı. – Buyurun danışın.
Xalidə :
-Eşidirəm, yoldaş katib., - dedi.
-Sizin o məktəb məsələniz nə yerdə qaldı? – deyə raykom katibi soruşdu, - Rəsm müəllimi işləyirsiniz?
-Bəli, yoldaş katib. Diqqətinizə görə sağ olun. Hər şey yaxşıdır. Artıq bir müddətdir ki, müəllim işləyirəm.
-Nə lazım olsa, xahiş edirəm, utanmayın. İdeoloji katiblə və ya özümlə əlqə saxlayın. Məhəmməd müəllimə salam deyin. Sağ olun.
-Sağ olun. – deyə Xalidə telefon dəstəyini yazı masasının arxasında ayaq üstə dayanan şöbə müdirinə uzatdı, - Bağışlayın, Sizi də narahat etdim.
-Xoşdu, xoşdu, - deyə şöbə müdiri telefon dəstəyini yerinə qoyub onun bərabərinə gəldi, - Bağışlayın, mən burdan-bura Sizə diqqət yetirməmişəm, amma rayonun o boyda sahibi özü sizə zəng edir.
Xalidə gülümsündü:
-Bəli, ryonun bu boyda sahibi sənətə qiymət verən adamdır.Sizin isə işləriniz çox olur.
-Bəli, özünüz görürsünüz də?..deyə o özündən razı halda gülümsündü. - Qapımızın ağzı həmişə adamlarla dolu olur.
-Hə, əlbəttə. Amma onlara diqqətlə, qayğı ilə yanaşsanız, vaxtında növbə ilə qəbul etsəniz, heç vaxt belə slxlıq yaranmaz....
-Hə?..
Xalidə otaqdan çıxana qədər şöbə müdiri hərəkətsiz halda onun ardınca baxdı...

Xalidə “ Arpaçay bəndi “ çox yüksək səviyyədə kətan üzərində yağlı boya ilə işləyib başa çatdırandan sonra xüsusi komissiyanın qərarı ilə onu Şərur rayon dövlət mezeyinə təhvil verdilər. Hər yerdən – Naxçıvandan, Bakıdan. Leninqraddan, Qazaxıstandan və respublikamızın digər şəhər və rayonlarındandan tanışları zəng edib Xalidəni təbrlk edir, daha möhtəşəm uğurlar arzulayırdılar. Təbrik edənlər arasında ölkəmizin adlı-sanlı adamları,rəssamlar, yazıçılar, memarlar, şairlər, jurnalistlər də vardı. Rayon rəhbərliyi və Naxçıvan Mədəniyyət nazirliyi bu işin təbliğinə xüsusi diqqət ayırmışdılar. Amma ən çox sevinən Məhəmməd müəllim idi. O, qızı ilə fəxr edir, adamlar arasında qürurla gəzirdi.
Zaman keçdkcə Xalidə bütün aydınlığı ilə hiss edirdi ki, burda nə qədər şan- şöhrət, pul qazansa da perspektiv yoxdur. Ona görə də oxumaq, ali təhsil almaq, daha yüksək zirvələrə uclamaq istəyirdi. Çatmaq istədiyi bir hədəfi olmayanlar işindən zövq ala bilməz, gələcək üçün, gələcək fərqli həyat üçün mübarizə aparmazlar. Qazandığı böyük uğurlar, çatdığı şan-şöhrət nəinki Xalidədə arxayınçılıq, özündənrazılıq və eqoistlik yaratmır, əksinə, onu daha yuksək hədəflərə sövq edirdi.Bəzən elə qadınlar olur ki, şahzadələr kimi özləri üçün edilən hər şeyin əsasən borc olduğuna inanırlar. Xalidə yaxşı bilirdi ki, ağıllı olmaq hələ heç də bir şey deyil, əsas odur ki, o ağıldan yerində istifadə edəsən. O, qəti olaraq Bakıya getmək, təhsilini davam etdirmək qərarına gəlmişdi. Son vaxtlar evdə bu barədə söz-söhbət düşürdü. Amma hər dəfə də Məhəmməd müəllim deyirdi: “ Qızım, sənə daha nə lazımdır? Maşallah, ən çox özündən deyən kişilərdən çox pul qazanırsan. Adın, şöhrətin...Adamlar sənə böyük hörmətlə yanaşırlar. İndi sənin ev-eşik sahibi olan vaxtındır”
Amma Xalidənin öz fikri, öz düşüncəsi və öz arzusu vardı. İnsanlar yüksəkliklər uğrunda mübarizə aparanda , daha böyük amallar üçün çalışanda yaşayır, ömrünü mənalandırır. Onu bioloji varlıqlardan fəqləndirən əsas cəhət ictimai faydalı fəaliyyəti və mübarizə əzmidir.
Məhəmməd müəllim də, Xanim da son vaxtlar Xalidənin fikirli olduğunu hiss edirdilər. Onu da yaxşı bilirdilər ki, bunun yeganə səbəbi qızlarının təhsilini davam etdirmək arzusudur. Və onu da gözəl bilirdilər ki, Xalidə qarşıya qoyduğu məqsədə nail olmaq üçün heç vaxt mübarizə əzmindən geri çəkilən və yarı yoldan qayıdan deyil. Onun Leninqrada necə əziyyətlə gedib çıxdığı və sona qədər necə mübarizə apardığı hələ də onların yadından çıxmayıb. Və Xalidənin öz arzu və istəkləri uğrunda yorulmadan, çəkinmədən belə israrlı mübarizə aparması onların çox xoşuna gəlmiş və qürur hissi keçirmişlər. Amma burda Xalidənin işləri çox yaxşı gedirdi. Qarşıya çıxan çətinliklərə və maneələrə baxmayaraq Muxtar Respublikanın rəhbərliyi onu yavaş-yavaş qəbul edir, bəzi rəsmi görüşlərə və tədbirlərə çağırırdılar. Məktəbi yenicə qurtarmış gənc bir qız uşağı üçün bu, çox böyük uğur idi. Hətta bir zənglə o, bəzi məsələləri həll edirdi. Bir dəfə ictimai Təminat Şöbəsinin müdiri Məhəmməd müəllimi görəndə demişdi ki,” heç bilirsiniz qızınızın böyük pullar qazanmaq üçün necə geniş imkanları var?.”. Sözün həqiqi mənasında Xalidə az vaxt ərzində çox böyük hörmət qazanmışdı. Məhəmməd müəllim də, Xanım da bundan fəxarət duyurdular.
Son vaxtlar Xalidəni istəyənlərin sayı xeyli çoxalmışdı. Bunu açıb özünə deməsələr də, amma Məhəmməd müəllimə, Xanıma tez-tez, demək olar ki, hər gün eşitdirirdilər. Hətta elçi gəlmək istədiklərini də bildirirdlər. Lakin Xalidə öz fikrində israrlı idi, qəti şəkildə təhsilini davam etdirmək istəyirdi. Bir gün evdə söhbət düşəndə Məhəmməd müəllim arvadına dedi:
-Bilirsən, mən çox fikirləşdim. Nəhayət, belə qərara gəldim ki, biz düzgün hərəkət etmirik. Belə çıxır ki, qızımızın gələcəyini, arzu və istəklərini biz öz marqlarımıza qurban veririk.
-Necə yəni? – deyə Xanım təəccüblə ərinə baxı.- Bu necə olan işdir?
Məhəmməd müəllim:
-Daha bunun necəliyi yoxdur ki, - dedi. - Gör nə qədər pul qazanır? Heç bir dəfə də olsa deyib ki, mənə filan şey lazımdır?
Xanım çiyinlərini çəkdi:
-Yoox...
-Bax, görürsən? Biz isə onun istəyinin əksinə gedirik. Niyə? Onun tayları neçə illərdir gedib İnisitituta kəsilib gəlirlər. Biz isə...
-Elə bu vaxt Xalidə qapını açıb içəri girdi. Gülə-gülə salam verib dedi:
-Nədi yenə baş-başa vermisiniz?
-Xanım dedi:
-Sənin söhbətini edirik.
-Mənim nə söhbətimi? – deyə Xalidə soruşdu. – Mənim bir günahımmı var?
-Var. – deyə Məhəmməd müəllim zarafatla dilləndi.
Xalidə təəccüblə soruşdu:
-O nə günahdır elə?
-Sənin günahsızlığın. – Məhəmməd müəllim bu sözləri deyib sonra əlavə etdi. – Sənin heç bir gümahın yoxdur, qızım. Sadəcə biz sənin haqqına giririk.
Xalidə atasının nə demək istədiyini başa düşüb gülümsündü. Xanım qizini qucaqlayıb üzündən öpdü. Məhəmməd müəllim dedi:
-Qızım, belə alınır ki, biz sənə mane olur, istək və arzularına qarşı çıxaraq öz fikir və düşüncələrimizin qurbanına çeviririk. Bu düzgün düyil. İndi ki, belə sidq ürəkdən istəyirsən, get, Allah işini avand eləsin. Mən düşünürəm ki, ora bizim kimilərinin yeri deyil. Haqq yox, ədalət yox...Cəmi 5-6 uşaq qəbul olunur. Onu da haqq-hesabı pozanlar öz aralarənda bölürlər. Get, amma işdən çıxma. İşdi, qəbul olsan, mən səni oxudacağam. Qoy ürəyində heç nə qalmasın. Əgər düzgünlük olsa, mən inanıram ki, sən mütləq qəbul olacaqsan.
Bayaqdan bəri atasına heyrətlə baxan Xalidə sevinclə onun boynuna sarıldı. O üz, bu üzündən öpdü. Bir də qucaqladı:
-Sağ ol, ata. Sən mənə ikinci nəfəs , ikincl həyat verdin, - dedi, sonra anasını qucaqladı. Göz yaşlarını saxlaya bimədi.
Məhəmməd müəllim dedi:
-Qızım, mən səninlə yalnız ona görə fəxr etmirəm ki, istedadlısan, ağıllısan, həm də ona görə ki, o ağıldan yeri gələndə istifadə etməyi bacarırsan. Əsas budur.
Xalidə gülümsəyə- gülümsəyə əlinin arxası ilə göz yaşlarını silib dedi:
-Mən həmişə nəyi əldə etməkdən çox, onu necə əldə etməyi düşünmüşəm. Yaşamağı bacaranlar öz gücünə inananlardır, ata. Mən bütün bildiklərimin hamısını səndən öyrənmişəm,
-Sağ ol, qızım. Mən həmişə sənə, sənin mənəvi gücünə, savadına inanmışam. Sən nəslinə, kökünə, keçmişimizə, dəyərlərimizə tam bağlı adamsan. Kökünə bağlı adamlar heç vaxt həyatda uduzmazlar.
-Hə, bu belədir. Mən hardasa oxumuşam ki, insanın keçmişi, onun gələcək müəllimidir. Kçmişi qorumaq, ondan bəhrələnmək bizim borcumuzdur. Mənə inandığın üçün çox sağ ol, ata. Çalışacağam ki həmişə bu inamı doğruldum.
Xanım da qizina xeyir-dua verdi:
-Get, qızım. Allah köməyin olsun. Biz sənin istəklərinin əksinə gedə bilmərik.
-Sağ ol, ana. Ömrüm boyu sizə borcluyam. Allah sizi həmişə var eləsin.
Məhəmməd müəllim dedi::
-Qızım, sənə bir məsləhətm var.
-Buyur, ata, - deyə Xalidə diqqətlə atasına baxdı. - Mən sənin nəsihətlərinlə böyümüşəm. Sənin sözün həmişə mənə qanundur.
-Buna yəqinliyim var, qızım.Ona görə də deyirəm. Yaxından tanımadığın, xasiyyətinə yaxşı bələd olmadığın adamlarla dostluq etmə. İkincisi, ən əssı isə şeirə, poeziyaya olan marağından heç vaxt əl çəkmə. Çünki sən xüsusi istedad sahibisən, çox boyük gücün, potensialın var. Mən bunu səndə çoxdan, lap çoxdan hiss etmişəm.İnanıram ki, gələcəkdə çox böyük uğurlar qazanacaqsan.
Xalidə bir anlıq dərin fikrə getdi. Atası onun qəlbinin ən incə tellərinə, düşüncə dairəsinin ən incə məqamlarına toxunmuşdu. Əlbəttə, yazmaq ehtirası, fəlsəfi fikir və düşüncələrini poetik dildə tərənnüm etmək istəyi artıq onun mənəvi təlabatına çevrilmişdir.Demək olar ki, Xalidə həyatını bunsuz təsəvvür etmirdi. İndi atasının belə bir nəsihət verməsi nəinki Xalidənin ürəyincə oldu, hətta onun bu ağır və məsuliyyətli işə olan inamını daha da artırdı. Ona görə ürəkdən atasına təşəkkür etdi:
-Sağ ol, ata, - dedi. – Mənə böyük ürək verdin. Sənin dediyin ən xırda söz belə ömrüm boyu yadımdan çıxmaz. İstəyirəm bunu biləsən.
Məhəmməd müəllim böyük razılıq və fərəhlə dilləndi.
-Bilirəm, qızım, hər şeyi bilirəm. Burda işlədiyin iki il ərzində gördüyün böyük işlər, qazandığın möhtəşəm uğurlar, insanların sənə göstərdikləri böyük hörmət və izzət mənim sənə dediklərimə və verdiyim nəsihətlərə nə dərəcədə əməl etməyinin məntiqi nəticəsidir. Onu da deyim ki, hələ indiyə qədər rayonumuzda heç kim sənin qədər insanların hörmət və sevgisini qazana bilməmişdir.
Xanım ərinin sözünə qüvvət verdi:
-Sağ ol, qızım, bizə başucalığı gətirdin. Handa özündən deyən bir oğul sənin halal qazandıqlarını qazana və ucaldığın yüksəkliyə ucla bilməzdi. Sağ ol. Allah arzuna çatdırsın.
Həmin gün xeyli söhbət etdilər. Həyətdə samovar qalayıb çay içdilər. Dedilər, güldülər. Hələ bir arada zarafat da elədilər. Xalidənin sevinci yerə - göyə sığmırdı. Sevinir, sevinirdi... Və o, yaxşı bilirdi ki, indi onu qarşıda yeni bir həyat gözləyir...
***
( Birinci fəslin sonu )


Oxşar xəbərlər