23-06-2025, 22:05
Gündəm/Mədəniyyət

Nizami Təhməzov XALİDƏ HİCRAN (roman) - On altıncı hissə


Nizami Təhməzov XALİDƏ HİCRAN (roman) - On  altıncı  hissə
Nizami Təhməzov

XALİDƏ HİCRAN
(Roman)
On altıncı hissə

Hissə - 123456789101112131415

Yaxınlıqdkı oturacaqda əyləşdilər.Gülnrə birinci dəfə görürmüş kimi diqqətlə Xalidəyə baxıb dərindən köks ötürdü.
-Nə oldu? – deyə Xalidə soruşdu.- Niyə belə köks ötürdün?
-Vallah, belə baxıram, heç bacı da bacıya bu qədər hörmət etməz. Sən işini- gücünü, istirahətini atıb düşmüsən mənim işimin üstünə.
-Belə danışmaq lazım deyil. – Sonra onun əlindən tutub qaldırdı. – Dur,dur, oturduqca, çox şey danışcaqsan. Hələ bir neçə yerə baxmalıyıq.
Gülnarə sual dolu baxışlarını ona dikdi:
-Sabah olmaz?
-Yox, - deyə Xalidə qəti cvab verdi. - Sabahın öz işləri var.
Gülnarə bilmirdi ki, əgər o sabah da qalsa əlavə nə qədər pul verilməli idi...
Axşamüstü onlar münasib bir ev tapdılar. Balaca olsa da şəraiti yaxşı idi. Razılaşıb pulunu verdilər. Gülnarə sevindi. Sevindi ki, bu boyda şəhərdə onun da özünəməxsus qalmğa bir yeri vardı. Sevinirdi ki, o artıq bir tələbə kimi kənd həyatı ilə vidalaşıb şəhərdə, ömrü boyu arzuladığı və həsrətində olduğu Bakıda yaşayacaqdı.
O, nə fikirləşdisə birdən ayağa durub Xalidəni qucaqladı
-Sağ ol, əziz bacım, - dedi. – Sən mənə atamdan da, anamdan da çox dayaq oldun. Sən olmasan mən indi otun - ələfin, mal – qaranın arasında eşələnirdim.
Xalidə gülə-gülə ona bxdı:
-Mən hələ işimi qurtarmamışam.
-Daha nə qalıb? – deyə Gülnarə təəccüblə ona bxdı.
-İş məsələn. Sənə təcili iş tapmaq lazımdır. Axşam oxuyar, gündüz işləyərsən. Hamı belə edir. Öz əlin, öz başın olar. Sonra da qardaşın məktəbi qurtaranda yanına gətirərsən.
-Ay Allah, gör bir sən nələr düşünürsən?. – Gülnarə heyrətlə ona baxdı. – Bu heç mənim ağlıma gəlmir. Sağ ol, əziz bacım. Allah səni heç vaxt böyüklükdən əskik eləməsin.
-Yaxşı, yaxşı, yenə başlama.- deyə Xalidə ayağa durdu. – Bura çox rahat və sakitdir.İstəyirsən qal, istəmirsən gedək iki bacı bu axşam söhbət edək.Sabah birlikdə gələrik.
-Yox, - deyə Gülnarə etiraz etdi. - Onsuz da səni çox yormuşam. Sən də yaxşı-yaxşı istirahət elə.
Xalidə dedi:
-Yaxşı. Amma heç vaxt unutma ki, bura kənd yeri deyil, şəhərdir. Hər dərədən bir adam gəlib. Oturuşuna- duruşuna, sözünə- söhbətinə ciddi fikir ver. Sən ağıllı qızsan, amma yenə də deyirəm. – Xalidə sonra əlavə etdi. - Sabah da gələrəm, gedərik iş axtarmağa.
Onlar görüşüb ayrıldılar.

İş tapmaq o qədər də asan olmadı. Hara gedirdilərsə hökmən daimi pasport qeydiyyatı tələb edirdilər. Qız uşağı üçün iş tapmaq daha çətin idi. Hərə bir cür baxır, nə düşündüklərini bir özləri bilirdilər. Hələ bizim cəmiyyətdə qadına, qıza yanaşma psixologiyası, onlar haqqında düşüncə səviyyəsi öz müasir sivil mərhələsinə çatmamışdır. Bu, Xalidəni çox incidirdi. Bunun hardan qaynaqlandığını bilməsə də, bu cür düşüncə tərzini hec cür qəbul edə bilmirdi. O, bütün varlığı ilə cəhalətin, köhnəliyin əleyhinə idi.
Onlar çox gəzəndən sonra gəlib bir Elmi – Tədqiqat İnstitutunun qarşısında dayandılar. Gülnarə diqqətlə binaya baxıb dedi:
-Gəl gedək, heç ağlım kəsmir burda iş olsun. Olsa da verməzlər
Xalidə gülümsündü:
-Gəl, - dedi, - Mən sənin ağlınla iş görrnürən,olsa-olsa elə burda olacaq.
Başqalarından fərqli olaraq bu dəfə direktor onları mehribanlıqla qarşıladı. Yer göstərdi.
-Əyləşin,- dedi. – Buyurun, eşidirəm Sizi.
Xalidə iş axtardıqlarını dedi və sonra da əlavə etdi ki, Axundov adına APİ nin axşam şöbəsinə təzə qəbul olub. Rayondan gəlib, kasıb ailədirlər.
Direktor çox fikrə getdi. Bir siqaret götürürb yandırdı. Dərin bir qüllab vurub tüstüsünü ciyərlərinə çəkdi. Qızlara bir qədər diqqətlə baxandan sonra soruşdu:
-Yaqin ki, daimi pasport qeydiyyatınız da yoxdur?
-Xeyir, yoxdur. – Gülnarə tələsik cavab verdi.
-Hə, bu bir az çətin məsələdir. İndi qeydiyyata düşmək böyük problemdir.
Direktorun dediyi bu sözlər onların ümidini qırdı. Gülnarə qeyri- ixtiyarı ayağa durmaq istəyəndə Xalidə onun əlindən tutub aşağı çəkdi. Bu, İnsititut direktoruun diqqətindən yayınmadı. Elə bu vaxt Xalidə dedi:
-Olar, Sizə bir sual verim?
-Bəli, əlbəttə, - deyə o maraqla Xalidəyə baxdı. – Buyurun, Sizi nə maraqlandırır, soruşun.
-Bizim qnunlarımız çox gözəldir, humanistdir. Amma fikir verirəm, kənddən gələn gənc oğlan və qızlar İnsitutların axşam şöbəsinə daxil olandan sonra pasport qeydiyytına görə iş tapa bilmirlər. İndi Sizdən soruşuram, bu gənclər nə etməlidirlər? Yenədəmi ata-analarına yük olmalıdırlar? Bunu tənzimləyən bir qanun yoxdurmu? Axı, axşam şöbəsinə qəbul olanların tam əksəriyyəti rayonlardan gələnlərdir. Bəs. bu gənclərin taleyi necə olmalıdır ? Hara gedirik eyni sualı verirlər : daimi pasport qeydiyyatı var?
O, tutuldu. Əlindəki siqareti söndurub yenisini yandırdı Sonra diqqətlə Xalidəyə baxdı:
-Görürəm, ağıllı qızsınız.Belə suallra mən cvab verə bilmərəm. Bunlar mənim slahiyyətimdə olmayan məsələlərdir. – Sonra nə düşündüsə soruşdu. – Bu qız Sizin nəyinizdir? Qohumunuzdur ?
-Xeyir, - deyə Xalidə cavab verdi. – Mən Qubada yaradıcılıq ezamiyyətində olanda bu ailə ilə tanış olmuşam. Kasıb olsalar da çox yaxşı, mərd insanlardır.
Sonra Xalidə ailə haqqında qısaca məlumat verdi. Maddii vəziyyətlərinin ağır olduğunu bildirdi. Direktor bir qədər fikrə getdikdən sonra telefon dəstəyini götürüb düyməni basdı:
Xahiş edirəm bura gəlin.
Qızlar bir-birinin üzünə baxdılar. Elə bu vaxt hündür boylu, sarışın saçlı, yaraşıqlı bir qadın əlində jurnal içəri daxil oldu:
-Eşidirəm, yoldaş direktor.
Direktor Gülnrəni göstərib dedi:
-Bizdə bu gözəl qız üçün iş tapılar? Elə adam xahiş edir ki, keçə bilmirəm. Nəzərə almaq lazımdır ki, İnsititutun axşam şöbəsinin birinci kursunda oxuyacaq.
-Hər şey Sizdən asılıdır, yoldaş direktor, istəsəniz laboratoriyaya götürmək olar. Maaşı da pis deyil
-Çox gəzəl, təşəkkür edirəm.Siz gedin, mən indi onları Sizin yanınıza göndərərəm. Elə edin ki, bazar ertəsindən işə çıxsın.
-Oldu, yoldaş direktor.
Kadrlar şöbəsinin müdiri getdi. Qızlar təəccüblə bir-birinə baxır, sevinir, direktora necə təşəkkür edəcəklərini bilmirdilər. O, bir siqaret yandırıb Xalidəyə dedi:
-Bilirsiniz Sizin xahişinizi niyə yerinə yətirdim? Həçənd ki, bu çətin idi, amma elədim.
-Xeyir, səbəbini bilmirəm. Amma onu başa düşdüm ki, Siz millətə bağlı, öz xalqını, vətənini, torpağını sevən insansınız Sizə çox dərin təşəkkür edirəm. İndiki vəziyyətdə bu ailə üçün böyük, deyərdim ki, lap əvəzsiz bir köməkdir.
-Bəli, amma...- O, nə fikirləşdisə selektorun duyməsini basıb dedi: -Zəhmət olmasa qonaqlarımız üçün çay gətirin. – Sonra Xalidəyə tərəf çevrildi: - Ona görə ki, Siz mənə çox şey anlatdınlz.Bir az gobud desək, gözəl bir dərs verdiniz.
-Ncə? – deyə Xalidə təəccüblə soruşdu. – Bağışlayın, mən özümü o tərbiyənin sahibi hesab etmirəm. Mənim insanlara, xüsusilə Sizin kimi milli dəyərli ziyalılarımıza çox böyük hörmətim var. Əgər özüm də bilmədən belə bir şey baş veribsə, çox-çox üzür istəyirəm.
-Yox, lazım deyl, - deyə direktor ayağa durdu. Xalidə də qalxmaq istəyəndə əliilə oturmaq işarəsini verdi. - Acı da olsa Siz həqiqəti dediniz. Çayınızı içib kadrlar şöbəsinə gedin, Raisa Mixaylovna Sizi gözləyir.
Sonra direktor Gülnarəyə dedi:
-Sizi təbrik edirəm, Bazar ertəsindən işə çıxarsınız. Ümid edirəm ki, yaxşı işləyəcəksiniz. Nə vaxt, nə lazım olsa kadrlar şöbəsinə deyərsiniz.
-Çox sağ olun, yoldaş direktor. Vallah, necə təşəkkür edəcəyimi bilmirəm.Çox sağ olun. Allah həmişə Sizi var eləsin.
O. gülümsündü:
-Əslinə qalsa, Siz mənə yox, bu xanıma təşəkkür etməlisiniz. Sağ olun.
-Sağ olun, - deyə Xalidə gedə-gedə dönüb direktora baxdı. Bu baxışlarda böyük minnətdarlıq və təşəkkür vardı. O, bu baxışların mənasını duyub böyük səmimiyyətlə əlini sinəsinə qoyub azacıq baş əydi.

Gülnarənin işlərini səhmana salandan sonra Xalidə rahat nəfəs aldı. Sanki çiyinlərindən ağır bir yük götürülmüşdü. Özünü çox rahat, azad hiss edirdi. O, insanlara yaxşılıq etməkdən, köməklik göstərməkdən böyük zövq alırdı. Həmişə Məhəmməd müəllim deyərdi ki, qızım, insanın ən böyük dəyəri və keyfiyyəti onun insanlara olaan münasibəti, sevgisi və hörmətidir. İnsan xöşbəxtliyi yalnız insanla bağlıdır. Adamlara qarşı dostluq, təmiz, saf münasibət insanlığın ən böyük göstəricisidir. Xalidə hər cəhətdən atasına oxşaməşdı. Ulu Tanrının mllətimizə verdiyi ən gözəl dəyərlərin daşıyıcısı olan Nəhəmməd müəllim sevimli qızını da özü kimi tərbiyə etmişdi. O, hələ Xalidənin uşaqlıq vaxtlarından hiss edirdi ki, Böyük Yaradan bir çox dəyərləri bu qızdan əsirgəməmişdi. Buna görə də ona xüsusi diqqət ayırar və ciddi məşğul olardı.
Xalidə yay tətilinin qalan vaxtlarını kəndlərində keçirməyi qərara aldı. Bütün varlığı, dünyası ilə sevdiyi o yerləri görmək, təmiz havasını acgözlüklə ciyərlərinə çəkmək, o əsrarəngiz gözəllikləri, çiçəklərin ətrini duymaq istəyirdi. Bunun üçün burnunun ucu göynəyir, qəlbi titrəyirdi. Hələ o qalaq-qalaq kitablar... Zirzəmidə Xalidəsiz dustaq həyatı yaşayan, lazımsız bir əşyaya çevrilən o dərin məzmumlu, söz xəzinəsi, hikmət xəzinəsi olan kitablar sanki kimsəsizlikdən , tənhalıqdan darıxır və Xalidənin yolunu gözləyirdilər. Bu kitablar Xalidənin ən etibarlı, ən sədaqətli dostlaarı və ən yaxın məsləhətçisi idi. Bəzən kədərli, qəmli olanda “dostlarının” yanına gəlir, saatlarla dərdləşir, söhbətləşər, sonra da öz-özünə pıçıldyardı:

Dünyada nə qədər kitab var belə,
Çalışıb- əlləşib gətirdim ələ.
Oxudum,oxudum, sonra da vardım,
Hər gizli xəzinədən bir dürr çıxardım.

Xalidə həmişə fikirləşirdi ki, oxuduğuna, bildiyinə əməl etməyən, öz bilik dünyasını başqaları ilə paylaşmayan hər bir insan, hər bir alim əlində məşəl gəzdirən kora bənzəyir. Məhəmməd müəllim həmişə Xalidəyə deyərdi ki, qızım, Şəmsi Təbrizi yazırdı ki, Tanrı insanı yaratdığı xətalara gərə soruqlamaz, yaratmadığı işlərə görə soruqlar və cəzalandırar. Atasının dediyi hər bir söz , hər bir kəlmə Xalidənin şüuruna, ağlına, yaddaşına yazılır, beynində əks-səda verir, ürəyində sevgiyə, məhəbbətə çevrilirdi. Məhəmməd müəllim Nizamidən nümunə gətirməyi çox sevərdi.

Bacarsan hamının yükünü sən çək,
İnsana ən böyük şərəfdir əmək.
Sən əldən düşüb yorulsan əgər,
Sənin də yükünü bütün el çəkər.

Xalidə atasının dediyi sözləri xatırlayır, xatırladıqca gülümsünür, duyğulanır, çox qəribə və xoş hisslər keçirərdi. Necə oldusa Gülnarəni işə götürən direktorun dediyi sözlər birdən – birə yadına düşdü.: “Bilirsiniz, sizin xahişinizi niyə yerinə yetirdim?Hərçənd bu çətin idi, amma elədim. Ona görə ki, siz mənə şox şeyi anlatdınız. Bir az gobud desək, gözəl bir dərs verdiniz,” Xalidə nə qədər fikirləşirdisə direktorun dediyi bu sözlərin səbəbini tapa bilmirdi. Bu, onun üçün çox maraqli idi. Ən azı ona görə ki, bu söz imkansız bir ailəyə hədsiz dərəcədə böyük sevinc gətirmişdi. Xalidə həmişə düşünürdü ki, demədiyim sözü hər vaxt deyə bilərəm. Amma dediyim sözü heç vaxt danmaram. Bəs o hansı sözün, hansı fikrin qüdrəti idi ki, həlli mümkün olmayan çox çətin bir məsələni belə asanlıqla həll etdi? Müdrik insanlar vəzifəli adamlara möhtac olmaya da bilərlər, amma ağıllı vəzifəli adamlar müdrik insanlara həmişə möhtacdır. Bunu da Məhəmməd müəllim demişdi. Demişdi və... Dayan, dayan... Xalidə nəyisə yadına salıb yerindən dik qalxdı. Pəncərəyə yaxınlaşıb hər iki gözünü açdı. Dərindən nəfəs aldı. Bəlkə... Direktor dediyi sözləri xatırladı. Kənddən gələn oğlan və qızlar İnstitutların axşam şöbələrinə qəbul olandan sonra pasport qeydiyyatında olmadığına görə iş tapa bilmirlər. Bu gənclərin günahı nədir, kəndli olmalarımı? Əgər belə problem yaranacadırsa onları nə üçün axşam şöbələrinə qəbul edirlər? Bu gənclər nə etməlidirlər? Yenədəmi valideynlərinin və qohumlarının himayəsində qlmalıdırlar?
Bəlkə bu fikirlər direktoru yumşaltmış və Gülnarənin işə qəbul olunmasına razılıq vermişdir? Kim bilir, bəlkə də... Bəlkə də yox...Amma bir həqiqəti Xalidə gözəl bilir ki, Gülnarənin bütün işləri həll olunandan sonra içindəki qayğılardan tamam azad olmuş və sanki yeni bir dünyaya qədəm qoymuşdur. İnsanın ən böyük xöşbəxtliyi onun daxili azadlığıdır. Xalidə hardsa oxumuşdur ki, dünyada xoşbəxtlik yoxdur, azadlıq və rahatlıq var. İnsan hər şey özündə izah edər, rahatlıq üçün başqalarına yox, özü-özünə izah edər. Başqalarının sevincini, kədərini özününkü hesab etməyənlər belə ali hisslərdən uzaq olar. Xalidənin fikrincə, insan ilk növbədə özü ilə xöşbaxt olmalıdır. İnsanın həyatda ən böyük qazancı özü ilə xöşbəxt olmasında və ən böyük bacarığı isə bu xöşbəxtliyi özündə tapmasıdır. Bütün bu düşüncələrin mahiyyətində insititut direktorunun fikrinin dəyişməsinə səbəb olan amil – Xalidənin ona təsir qüvvəsidir. Bu hansı qüvvədir ki, bir çox dəyər və qanunların fövqündə dayanır? Dünyada mövcud olan qanunlar və aparılan siyasətlər insanların azadlığı, onların maddii- rifahının yüksəlişi və rahatlığının təminatına xidmət etməlidir. Amma bu, hər yerdə belədirmi ?
Xalidə birdən-birə atasının dediyi sözləri xatırlayıb gülümsündü: “ Çalış həmişə yaxşı insan ol,qızım, xeyirxah ol. Unutma ki, xeyirxahlıq insanın heç vaxt köhnəlməyən libasıdır. Dünyada ən yaxşı insan və kamil adam odur ki, onun ürəyi hamı üçün döyünür.Mən həmişə ataların adına çıxarılan o fikrin əleyhinə olmuşam ki, “El üçün ağlayanın gözü kor olar” İnsanlığa, insani dəyərlərə bu cür yanaşmaq düzgün deyil. Bu bizi sevməyənlərimizin söylədiyi fikirdir. Əgər yaxşı insanlar olmasaydı həyat ilan zəhəri kimi acı olardı. İnsan olmaq nə din işidir,nə təhsil, nə pul, nə də başqa şey. Bunu heç vaxt unutma. Və heç vaxt yaxşı insan olduğunu, xeyirxah işlər gördüyünü heç bir zaman kiməsə sübut etməyə çalışma. Onda etdiklərini itirmiş olarsan”.

***

Həyatın vicdanı vaxtdır. Mənasız keçən və itirilən vaxt adamın itirilmiş vicdanından daha çox narahat edir və kədərləndirir. Sonradan peşimançılıq çəkməsin deyə Xalidə heç vaxt mənasız və boş vaxt keçirməz və bunu özü üçün böyük qəbahət hesab edərdi. O yay tətilinin qalan vaxtını kəndlərində keçirdi. Bütün qayğılardan azad Ağrı dağının ətəyində oturub Arpaçayın həzin zümzüməsinə qulaq asmaq, zərif dağ çiçəklərinin ətrini duymaq Xalidə üçün heç nə ilə əvəz olunmayacaq dərəcədə gözəl və duyğulu idi.
Xalidə doğma kəndlərini, onun təbiətini o qədər dərin məhəbbətlə sevərdi ki, harda olduğundan asılı olmayaraq bu yerlərin havasını burnunda, həyatı gözləri qarşısımda, ləhcəsi dilində, məhəbbəti qəlbində olardı. Bitkini, ağacı, gülü-çiçəyi torpqdan ayırsan məhv olar. Xalidə də torpağa bax beləcə bağlı idi. Torpaqla nəfəs alır, onunla canlanırdı.Torpaq insan həyatını yaşadan, onu var edən dörd əsas amildən biridir ki, insanlar onunla gobud davranır, bldikləri, istədikləri kimi hərəkətlər edirlər. Torpağın özü elə canlı və möcüzəli bir həyatdər ki, dünyada mövcud olan bütün yaranməşlar ondan bəhrələnmiş və canlanmışdır. Xalidənin torpaq sevgisi, onun öz soy- kökünə, keçmişinə bağlılığından, ulu babalarına, onların adət və ənənələrinə olan dərin hörmətindən və məhəbbətindən yaranır. O, millətçi deyil, yüksək amallar və bəşəri duyğularla yaşayan, insanları sevən və onlara xeyirxah münasibət bəsləyən gözəl bir insandır. Onun üçün dünyada ən böyük elm müdriklik, ən böyük müdriklik isə xeyirxhlıqdır...
Aylar ötüb zaman keçdikcə Xalidə sənət və ömür yollarında şərəf və inamla addımlayır, gözəl rəsm əsərləri ilə yavaş-yavaş şöhrət qazanırdı. Onun çəkdiyi rəsmlər artıq respublkamızın sərhədlərini aşaraq uzaq-uzaq ölkələrə yol alırdı. Bir dəfə Şirvanşahlar sarayında təcrübədə olanda ora çoxlu turistlər gəlmişdi. Onlar müxtəlif dillərdə danışa-danışa Azərbaycan tarıxinin Şirvanşahlar dövrü ilə tanış olurdular. Xalidə çəkdiyi rəsmin üzərində son tamamlama işləri aparırdı. O, heç nə eşitmir, heç nə görmürdü. Bütün diqqəti yalnız üzərində işlədiyi əsərində idi. Elə bu vaxt muzeyinn əməkdaşı Xalidəyə yaxınlaşıb dedi:
-Heç də qürrələnməyin ki, hamı diqqətlə sizə baxır. Bir nəfər turist şəklinizi çəkmək istəyir. Amma unutmayın ki, onlarla danışmaq olmaz.
Xalidə işdən ayrılıb qıza baxdı və gülümsündü:
-Niyə danışmaq olmaz ki? – deyə maraqla soruşdu.- Danlşanda nə olar ki?
Əslidə Xalidənin heç nədən xəbəri yox idi. O, çox gözəl olduğundan Saraya gələn turistlərin hamısı ona baxır, əlləri ilə göstərir, öz dillərində nəsə danışırdılar. Bu isə Muzey əməkdaşının xoşuna gəlməmişdi. Turistlərdən biri onun şəklini çəkmək istədiyini bildirəndə lap əsəbiləşmişdi.Yaqin ki, bu, bir qadın qızğanclığı idi. Ona görə də Xalidə ilə sərt danışır, nəyisə izah etməyə çalışırdı.
-Təlimatda göstərilir ki, muzeydə yerli sakinlərin turistlərlə münasibət yaratması olmaz.
Xalidə diqqətlə ona baxıb dedi:
-Mən bura yerli sakin kimi yox, müqaviləyə əsasən bir rəssam kimi yaradıcılıqla məşğul oluram. Ozü də tam müstəqil və azad bir insanam.

Ardı var
...


Oxşar xəbərlər