9-07-2025, 16:05
Gündəm/Mədəniyyət

Nizami Təhməzov XALİDƏ HİCRAN (roman) - Otuzuncu hissə

Nizami Təhməzov XALİDƏ HİCRAN (roman) - Otuzuncu  hissə
Nizami Təhməzov

XALİDƏ HİCRAN
(Roman)
Otuzuncu hissə

Hissə - 1234567891011121314151617181920212223242526272829

(II FƏSİL)

Xalidə Rəssamlar İttifaqından çıxanda hava tutqun idi. Qara buludlar dərdli-dərdli gəzinir, sanki hönkürüb ağlamaq, ürəyini boşaltmaq istəyirdi. Və hönkür-hönkür ağlamaq, ürıyini boşaltmaq istəyən bu qara buludlar çoxlarının qəlbndən qara yellər keçirsə də Xalidə onu görmür, əhəmiyyət vermir, yuxusuz gecələrinin,gərgin əməyinin bəhrəsinin təsiri altında duyğulanır, xoş hisslər keçirirdi. İnsan üçün ən böyük xöşbəxtlik çəkdiyi əməyinin bəhrəsini görməkdir. Xalidə heç vaxt sözlə ifadə edə bilməyəcəyi elə gözəl hisslər yaşayırdı ki, bu anları, bu dəqiqələri, bu ali hiss və duyğuları ömrü boyu unutmayacaqdı. Ona görə yox ki, Xalidə küllü miqdarda pul almışdı, Düzü, onun bu pula ehtiyacı vardı və o, bunun çox hissəsini kəndə, evlərinə göndərəcəkdi. Xalidə yaxşı bilirdi ki, əkib- becərən insanlar üçün fəslin dəyişməsi, havaların soyumsı işsizliyin və maddii ehtiyacın artması deməkdir. Xalidənin sevincinin səbəblərindən biri evlərinə kifayət qədər pul göndərmək imkanının olmasıdırsa, ən əsas səbəbi isə onun zəhmətinə, əməyinə verilən yüksək qiymət və dəyərdir. Xəzinədarın dediyi sözlər hələ də beynində əks-səda verirdi.
-Bilirsiniz ki, Sizin sənətinizə necə yüksək qiymət verilib?
-Xeyir, - deyə Xalidə çiyinlərini çəkərək cavab verdi.
Xəzinədar təəccüblə:
-Niyə? – dedi. – O qədər böyük əsərlər yaradırsınız, amma dəyərini bilmirsiniz.. – Sonra o, nə fikirləşdisə əlavə etdi. - Hə, da, böyük insanlar belədir...Hər şey onlara adi gəlir. Belə insanları təəccübləndirmək çox çətindir. Lap çox...
Xalidə sağına, soluna baxıb təəccüblə dedi:
-Siz bu sözləri mənə deyirsiniz?
-Əlbəttə, bəs kimə deyirəm? – O, ciddi görkəm alib bir qədər Xalidəyə tərəf əyildi. – Ən təcrübəli xalq rəssamları belə qonorar alırlar. Beynəlxalq Sərgidə Sizin əsərinizi çox yüksək qiymətləndiriblər Bunun üçün təbrik etməyə dəyər.
-Çox sağ olun, - deyə Xalidə təşəkkürünü bidirdi. – Çox minnətdaram. Siz də dəyər verdiyiniz üçün təşəkkür edirəm.
Xəzinadar dedi:
-Düzü, mən o əsəri görməmişəm. Ancaq burdaki danışıqlardan eşitmişəm. Çox tərifləyirlər. Deyirlər ki. bu qızın çox böyük parlaq gələcəyi var.
Xalidə aldığı qonararından 25 manat ayırıb xəzinədarın stolunun üstündəki kağızın altina qoyub çıxdı.
-Sağ olun, – dedi.
-Bəs bu? – Xəzinədar pulu götürüb əlini irəli uzatdı.
-O Sizə çatacaq.
Xalidə xəyaldan ayrılanda narın-narın yağış yağırdı. Buludlu olsa da hava çox xoş idi.O, belə romantik havaları çox sevər, hərdən dəniz kənarına çıxıb gəzinər, içində özü-özü ilə danışardı. Onun dünyaya, həyata, təbətə , cəmiyyətə aid öz fikirləri, düşüncələri, yanaşmaları vardı. O, hər şeyə göründüyü, özünün dərk etdiyi kimi qiymət verirdi. O günkü tələbə yoldaşınin Hicran haqqında heyranlıqla danışmasını, onun yaldaşından boşanmasını sevinclə qarşılamasını subay qızlar üçün adi hal kimi qəbul etsə də, amma özünün məhəbbət və sevgi haqqında fərqli fikir və düşüncələri vardı. Və bu fərqli fikir və düşüncələr öz mahiyyətinə, fəlsəfi anlamına görə nə qədər maraqlıdırsa, bir o qədər də düşündürücüdür. Xalidənin fikirlərinə görə, sevən qadının sevdiyi kişi naminə çəkə bilməyəcəyi bir şey yoxdur. Bu, fədakarlıq deyil. Bu, sözün həqiqi mənsında yanmaq, şam kimi əriməkdir. Məhəbbətin əslində nə olduğunu heç kim bilmir. Bu bir psixi vəziyyətdir, yoxsa ruhi təkamülün yüksək zirvəsidir, ya bəlkə maqnit sahələrinin qarşılıqlı fiziki təsiri və onun insanda yaratdığı eyforiyadır? Eşqə düşən və bütün varlığı ilə sevən insanların orqanizmində serotonin, norepinefelin və dofaminin miqdarı yüksək olur ki, bunlar da eyforiyanın katalizatoru rolunu oynayaraq insanların hisslər coşğunluğunun sanki bihuş halına gətirilməsinə səbəb olurlar. İnsan həmişə öz hisslərinə hakim olmalıdır. Hissin yaranması da, onun gözəlliyi də, məhəbbətin zamandan güclü olması da sanki bir möcüzədir və elə hallar olur ki, bəzən birlikdə keçirilən iki-üç gün bir insan ömrünə bərbər olur. İnsan sevgisiz yalnız bioloji ömür sürə bilər. Sevgisiz insanlar güclü sənət əsərləri yarada bilməzlər. Ulu Yaradan insanları sevdiyi üçün bioloji varlıqlar içərisində yalnız onlara gözəllik, ağıl və şəhvət vermişdir. Bu gözəl və əvəzsiz dəyərlər üçün insanlar həmişə Allaha dua və şükür etməlidirlər...
Xalidə yavaş-yavaş gəlib Xəzərin lap sahilində dayandı. Qağayılar səs-səsə verərək havada dövrə vurur, ara-bir suya toxunub sonra yenə həvəslə yüksəkliklərə qalxırdılar. Çox da güclü olmayan dalğalar sahilə dəyərək sapı qırılmış muncuq kimi ətrafa səpələnirdi. Dənizin özünəməxsus havası və ətri vardı. Və bu yosunlu dəniz ətrindən Xalidənin çox xoşu gəlirdi. Hər dəfə dərindəm ciyər dolusu nəfəs aldıqca ruhu dincəlir və bütün yorğunluğunu, ağrı-acılarını unudurdu.
Hava xeyli dəyişmişdi. Payızın axırıcı ayı olsa da hava çox xoş və isti idi. Qara buludlar Xəzərin üzərindən çəkilib şimala doğru köç etmişdi. Günəşin qızılı şüaları oynaşan ləpələrə qoşulub sanki rəqs edirdi. Bu mənzərə Xalidənin çox xoşuna gəldi. Bu ecazkar təbiət mənzərəsinə tamaşa etməkdən doymurdu.
-Xala....Xala...
O, çevrilib səs gələn tərəfə baxdı. Balaca bir qiz bir az aralıda dənizə gedən topun ardınca sürətlə qaçirdı və qaça-qaça:
-Xala, o topu tutun. – deyirdi.
Xalidə vaxt itirmədən topu tatsa da, yanından gözlənilmədən sürətlə yellənib gedən qızı saxlaya bilmədi. Bu elə ani və sürətlə baş verdi ki, Xalidə onu nə vaxt tutduğunu, qucaqlayıb bağrına basdığını və hətta ağladığını belə bilmədi. Qız ağlaya-ağlaya dedi:
-Çox təşəkkür edirəm, xala, - dedi. - Yaxşı ki, məni tutdunuz. Özümü saxlaya bilmirdim. Az qalmışdı əllərim suya dəysin. Çox sağ olun.
O, bu sözləri deyib ağladı Xalidə onu öpür, bağrıa basır, yenə də öpürdü. Bir müddət beləcə qaldılar. Sonra Xalidə özünə gəlib ətrafa nəzər saldı. Yaxınlıqdakı adamlar dayanıb onlara baxırdılar. Yaşlı bir qadın yanındakı topu gətirib qıza verdi və sonra Xalidəyə:
-Bir az da geciksəydiniz uşaq əldən getmişdi. – dedi və sonra da əlavə etdi. – Belə uşaq sxlamazlar. Anasıniz, diqqətli olun.
Xalidə dinmədi. Qız topu alıb bağrına basdı. Sonra yaşlı qadına dedi:
-Bu xala mənim anam deyil. Onu danlamayın, məni o tutdu.
-Bağışlayın, bilmədim ,- deyə yaşlı qadın üzürxahlıq elədi. – Vallah, özümü elə itirdim ki, dedim uşaq əldən getdi. Çox sağ olun. Yaxşı ki, cəld tərpəndiniz. Bağışlayın.
O, getdi. Qız topu bağrına sıxır, dərindən köks ötürür, üzünü topun üstünə qoyurdu. Sanki bu anda bütün dünya onun əlində idi. Və onun hələ də yanaqları ilə süzülün göz yaşları topun üstünə damcılayırdı.Sanki bu dünyada onun yeganə varı, sevinci bu top idi. Onun bu vəziyyəti Xalidənin diqqıtindən yayınmadı.Onun qollarından tutub üzündən öpdü, saçlarını oxşadı:
-Bu topu sənə kim alıb? – dedi. – Çox gözəldir.
-Atam. Əlbəttə, atam alıb. – O, başını yavaş-yavaş qaldırıb Xalidənin gözlərinə baxdı. Bir anlıq duruxub sonra dedi:
-Siz də gözəlsiniz, xala. Çox gözəlsiniz.
Xalidə gülümsündü, onun üzündən öpdü. Qucaqlayıb bağrına basdı. Sonra şəhadət barmağı ilə göz yaşlarını sildi:
-Bəs sən bura kiminlə gəmisən? – dedi. – Anan hardadır?
Qız doluxsundu, sağ əli ilə gözlərini ovuşdurdu:
-Atam gedib. Anam onu tez-tez əsəbiləşdirirdi. O, yaxşı adamdır. Anam da orda, - əli ilə göstərir, – rəfiqəsi ilə söhbət edir.
-Bəs sənin adın nədir?
-Lalə.
Elə bu vaxt orta boylu, gözəl, yaraşıqlı bir qadın onlara yaxınlaşdı. Laləni qucaqlayıb bağrına basdı. Sonra üzündən, gözündən öpdü. Bir də qucqladı, bir də öpdü. Özünü saxlaya blməyib hönkürdü. Lalə dedi:
-Ağlama,ana. Görürsən, mən sağam. Amma bu xala olmasaydı dənizə düşəcəkdim.Mən topumun ardınca qaçırdım, ana...
-Bağışla, qızım, bağışla, - deyə qadın qızını qucaqlayır, öpür, onu itirəcəyindən qorxurmuş kimi bərk-bərk özünə sıxırdı. Xalidə qızın saçlrənda əl gəzdirib dedi:
-Sağ ol, Lalə, mən getdim.
Qadın qızının əlindən tutub ayağa durdu.
-Siz Allah, bağışlayın. – dedi. – Özümü tamam itirmişəm..Siz olmasaydınız indi nələr baş verdiyini təsəvvür edirəm. - O, özünü saxlaya bilməyib Xalidəni qucaqladı Başını çiyninə qoyub ağladı. Bayaqdan bəri kənarda dayanıb baxan ağ saçlı, orta yaşlı bir qadın, öz-özünə deyinə-deyinə onlara yanaşdı.
-Yaqin ki, bu uşağın anası sizsiniz.?
-Bəli, - deyə Lalənin anası cavab verdi
-Siz ömrünüz boyu bu xanıma dua etməlisiniz, - deyə o, Xalidəni göstərdi. – Əyilib uşağı tutanda elə yıxıldı ki, yaqin ki, ağrısını sonra çəkəcək? Belə insanların qədrini bilmək lazımdır. Orda başqa insanlar da vardı Hamısı durub baxırdı. Bəlkə də onlar köməyə çata bilməzdilər. Amma bu xanım...– Sonra o, Xalidəyə tərəf çevrilib dedi: – Sağ ol, qızım, Allah səni həmişə xöşbəxt eləsin. Bir ailəyə böyük sevinc gətirdin.
O, bu sözləri deyib getdi. Lalənin anası bir müddət oun ardınca baxıb sonra narahatıqla Xalidəyə dedi :
-Yaqin çox əzilmisiniz?.. Siz necə də yaxşı adamsınız...
-Siz heç narahat olmayin, - deyə Xalidə onun qollarından tutdü. - Hər şey arxada qaldı. Özünüzü çox üzməyin.
-Mən onun atasına nə cavab verəcəkdim? Nə deyəcəkdim? Onsuz da evdən acıq edib gedib. İndi hiss edirəm ki, günah məndədir.
Tanımadığı bu adamın səmimi münasibəti və danışığı Xalidənin çox xoşuna gəldi. Hər ikisinin əlindən tutub yaxınlıqdakı oturacağa tərəf apardı. Əyləşdlər. Xalidə qadının əllərini ovuşdurdu:
-Bilirsiniz, - dedi, - Bəzi qadınlar onları sevənlər üçün deyil, onlara hökm edənlər üçün can verirlər. Bu, bir qadın xarakteridir. Hamıya aid olmasa da, bu xislətdə olan qadınlar da az deyil.
Qadın dikəldi:
-Bağışlayın, adımı deməyi də unutdum. Sitarə. Mənim adım Sitarədir. Bu sözlərinizdən çox xoşum gəldi. Amma.düzü, mənasını o qədər də başa düşmədim. Elə bil başım keyləşib.
Xalidə:
-Bu Sizə aid deyil, ümumi bir fikirdir, - dedi. – Bəzən bizim şikayət etdiyimiz həyat başqaları üçün bir xəyaldır. Amma biz ya onu görmür, ya da dəyərləndirə bilmirik. O, istədiklərimizi, düşündüklərimizi hardasa uzaqlarda axtarırıq.
Sitarə ani fikrə getdi Olub- keçənləri yadına saldı Getdikcə ayazıyan çöhrəsinə xəfif qızartı çökdü.Baxışlarını məchul bir nöqtəyə dikdi. Mərmər kimi ağ, qabarıq sinəsi qalxıb- endi. Sanki içində mübarizə aparır,özünə bəraət qazandırmağa çalışırdı. Həhayət, əli ilə sifətinə tökülmüş saçlarını arxaya darayıb dedi:
-Tamamilə düzdür,bəzən mən ağ eləyirəm. Buna nankorluq da demək olar. Bəlkə də onu çox sevdiyimdən irəli gəlir ?
-Sevmək azdır, gərək sevdiyini qoruyub saxlamağı bacarasan.Gözəl bir qadın gözü, ağıllı qadın isə könlü oxşayar – O. çevrilib Lalənin saçlarını oxşadı, üzündən öpdü – Heç belə gözəl, ağıllı balanı incitmək olar? Qız uşağı atasını çox sevir. Mən bayaq onun halini gördüm, ürəyim ağrıdı. Hər xırda söz-söhbəti böyütmək olmz. Bağışlayın, biz heç tanış deyilik. Amma hiss edirəm ki, hər ikiniz böyük ləyaqət sahibisiniz, ziyalısınız. Etiraf ən böyük insanı dəyər və mədəniyyətdir. Siz həqiqəti deməyi və etiraf etməyi bacaran, zahirən və daxilən çox gözəl bir xanimsınız. Uşağı ata sevgisi ilə sınağa çəkmək olmaz.
Lalə başını qaldırıb Xalidənin üzünə baxdı. Sonra ona qısılıb, başını qoluna söykədi.
-Mən atamı çox sevirəm,ana. Lap çox. Bu xala düz deyir.
Xalidə nəyisə xatırlayırmış kimi üzürxahləq etdi:
-Bağışlayın, - dedi. - Tamam unutmuşam.Mənim adım Xalidədir.
-Xalidə? - deyə Sitarə sual dolu baxışlarını onun üzündə gəzdirib, nəyisə xatırlamağa çalışdı. – Bu ad nənə çox tanışdır. Lap çox. Əgər familiyanız Nağıyeva olsaydı, deyərdim ki, o rəssam qız elə Sizsiniz. Mənim çox sevdiyim və hər dəfə xoş duyğularla xatırladığım “Ağrı dağ” əsərinin müəllifi.. O. çox istedadli rəssamdır.

Ardı var...



Oxşar xəbərlər