Nizami Təhməzov XALİDƏ HİCRAN (roman) - iyirmi ikinci hissə

XALİDƏ HİCRAN
(Roman)
İyirmi ikinci hissə
Hissə - 1 > 2 > 3 > 4 > 5 > 6 > 7 > 8 > 9 > 10 > 11 > 12 > 13 > 14 > 15 > 16 > 17 > 18 > 19 > 20 > 21
(II FƏSİL)
Doğma el-obasından, əzizlərindən ayrılmaq, iki il ərzində qaynayıb qarışdığı insanlardan uzaq düşmək Xalidə üçün nə qədər ağır və üzücü olsa da, öz yüksək arzularına qovuşmaq uğrunda mübarizə aparmaq əzmi də bir o qədər güclü idi. Xalidənin fikrincə, yalançı insanlarla uzun bir yol gedib qayıda bilmədiyin kimi, ali təhsil almadan da arzuladığın yüksəkliyə doğru axıra qədər gedə bilməzsən. Ona görə də Xalidə öz istedad və bacarığına, savadına, polad kimi möhkəm iradəsinə güvənib heç bir kömək və dəstək almadan öz arzularının ardınca gedirdi. Və onu da yaxşı bilirdi ki, Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəngkarlıq fakültəsinə qəbul olunacaq beş nəfərdən biri olmaq heç də asan deyildi. Pulsuz- parasız, kimsəsiz uşaqlar üçüm isə bu, çox çətin idi. Lap çox. O vaxt Universitetdə vəziyyət olduqca qarışıq və pis idi, qəbul imtahanları müəyyən maraqlar əsasında aparılırdı, haqq- ədalət pozulurdu. Hətta elə bir vəziyyət yaranmışdı ki, insanlar bakılı-rayonlu qruplarına bölünürdülər. Qohumbazlıq, dostbazlıq, maddi- maraq həddini aşmış və hətta bunları açıq danışmaqdan belə çəkinmirdilər. Bu ali təhsil ocağı sözün həqiqi mənasında bir alış-veriş məkanına çevrilmişdi. Respublika rəhbərliyi burdakı vəziyyəti müzakirəyə çıxarmış və xəbərdarlıq etmişdi. Lakin üstündən müəyyən vaxt keçsə də heç bir nəticə çıxarilmamış, əksinə, rüşvətxorluq, korrupsiya, rəzalət ən yüksək həddinə çatmışdır.
Universitetin belə çətin, qarışıq bir vaxtında Xalidə böyük inamla məhz beş nəfərdən biri olmq uğrunda mübarizə aparmağa gəlmişdi. Onun özü də bunun nə demək olduğunu yaxşı bilirdi. Anası söhbət zamanı ağzından qaçırmışdı ki, atası onun belə bir dövrdə qəbul olacağına o qədər də inanmır.”Qoy getsin, səsi kəsilsin” demişdi. “ Ora elə - belə yer deyil. Cəmi beş yer var, o da öz uşaqları üçündür, kimdir savada, istedada fikir verən? Xalidə kimisinin orda nə işi var? “ Onda Xalidə bu sözdən çox tutulmuşdu. Anasına bir söz deməsə də, amma ağrısını çəkirdi. Əzizlərinin, yaxın adamlarının ona qarşı olan inamsızlığı Xalidəni sıxır, əzirdi. O, yaxşı bilirdi ki, atasının dediyi sözlər yalnız Univerisitetdəki özbaşınalıqla, ordakı vəziyyətlə bağlı idi, ona qarşı inamsızlıqla yox. Amma yenə də içində qəbul edə bilmirdi və bu, onu ağrıda-ağrıda mübarizə əzmini daha da artırırdı.
Güclü mütaliə və təsviri sənətə aid oxuduğu saysız-hesabsız kitablar onun elmi-bədii biliyinin artırılmasına və formalaşmasına əsaslı təsir göstərmiş, təbiəti, cəmiyyəti daha dərindən dərk etmək imkanlarını artırmışdır. Təbiət Ulu Tanrının sevdiyi insanlara bəxş etdiyi canlı və möcüzəli bir əsərdir ki, onu oxumaq, dərk etmək, duymaq hər adama nəsib olmasa da Xalidə öz biliyi və dərki sayəsində ondan bəhrələnməyi bacarırdı. Təbiətin ecazkar gözəllikləri onu məftun etdiyi qədər də düşündürür və onun fəlsəfi mahiyyətini başa düşməyə sövq edirdi. Xalidə rənglər dünyasının vurğunu idi. Onun fikrincə, rənglərin özü bir mocüzədir. Xalidə rəng qarışığından bir çox yüksək mənalar kəsb edən və insanı düşündürən elə rənglər və çalarlar alırdı ki, sanki bu rəng çalarlarının özləri ayrılıqda məhtəşəm bir əsər idi. O, təbiətdən və oxuduğu kitablardan bu möcüzəni öyrənmiş və bu sahə üzrə özünü hazırlıqlı hesab edirdi. Ona görə də imtahanların heç birindən qorxmurdu. Onu düşündürən və narahat edən yalnız sənədlərin qəbulu məsələsi idi. İki il əvvəl o, bu problemi yaşamış və qanunsuz olaraq Leninqrada göndərilmişdi. Bakı ləhçəsində danışan və heç bir qanuna məhəl qoymayan həmin adamın sözləri hələ də Xalidənin qulaqlarında əks-səda verirdi. İnsanlar arasında ayrı- seçkilik qoyan, Azərbaycan təhsilinin və sənətinin inkişafına böyük maneəçilik törədən belə səviyyəsiz bir insanın bu dərəcəyə yüksəlməsi və himayə olunması Xalidədə nəinki təəssüf doğurur, hətta ikrah hissi yaradırdı. Lakin buna baxmayaraq o öz hüquqları uğrunda sona qədər mübarizə aparmaq əzmində idi. Xalidənin fikrincə, yüksək ideyalar və arzular uğrunda mübarizə aparmaq və ona nail olmaq üçün möhkəm iradə yetərli deyil, eyni zamanda böyük fədakarlıq və əzmkarlıq tələb olunur. Əslində, Xalidə nəyinsə o qədər də asanlıqla həll olunmasının tərəftarı deyildi. Amma haqqın, ədalətin də pozulmsını istəmirdi. İnsanın azadlığı istədiyi hər şeyi etməsində deyil, istəmədiyi heç bir şeyə məcbur edilməməsindədir. Hamı zirvədə olmaq istəsə də, amma əsas məsələ zirvəyə dırmaşarkən yaşanılan gərgin anlardır. İnsan o gərginlikdən, çətinliklərdən və hər an ölümlə üz-üzə qala biləcək qorxulu anlardan həzz alır. Öz gücünə, qüvvəsinə, cəsarətinə və iradəsinə güvənir, onunla qürrələnir. Ona görə də insan çətinliklə nail olduğu şeylərin qədrini bilir. Xalidə də belədir. O. əziyyət çəkmədən, mübarizə aparmadan, yorulmadan nəyəsə nail ilmaq istəmir. Halallıq və zəhmət bərəkətdir. İnsanın ən böyük neməti onun halal zəhməti ilə qazandıqlarıdır.
Bir dəfə Xalidə Şərurda işləyəndə qonşu rayonların birindən böyük bir restoran üçün mənzərə sifarişi qəbul etmişdi. Rəsm əsəri sona çatanda sifarişçi gəldi. Mənzərəyə baxıb xeyli fikrə getdi.
Xalidə dedi:
-Deyəsən xoşunuza gəlmədi? Necə istəyirsiniz elə hazırlayaram.
Sifarişçi dərin düşüncələrdən ayrılıb:
-Yox,yox, - dedi. –Sizin ecazkar sənətiniz məni valeh edib. Düzü, görməsəm heç vaxt inanmazdım ki, insan əlləri belə möcüzələr yaradarmış!.. Çox sağ olun.
O, bir xeyli şəkilə baxıb sonra Xalidədən soruşdu:
Bağışlayın, bunun qiyməti nə qədərdir?
-Danışdığımız kimi.
-Yox,yox, - deyə sifarişçi qəti etiraz etdi. – Baxmayın ki, restoranda işləyirəm, amma halallığı çox sevirəm. Belə dəyərli bir sənət əsərinə o qiymət çox azdır. Bəzən mənə xəsis deyirlər, amma mən hər şeyin öz qiymətini bilirəm. O qiymətin iki qatını verəcəyəm. Bu, adi bir şəkil deyil, canlı bir təbiət mənzərəsidir.
O, cibindən xeyli pul çıxarıb Xalidəyə uzatdı. Və bir müddət beləcə əli havada, gözləri isə şəkildə qaldı. Sonra xəyaldan ayrılıb baxdı ki, Xalidə kənarda əyləşib gülümsünür.
-Niyə pulu almırsınız? - deyə o, təəccüblə soruşdu. – Mən onun dəyərinin həqiqi qiymətini verirəm.
-Xoşunuza gəldiyi üçün çox sağ olun, - deyə Xalidə dilləndi. – Ancaq mən sizin bəyəndiyinizin pulunu yox, öz zəhmət haqqımın qiymətini demişəm. Bir manat da artəq almaram.
-Axı, bu ki, möcüzədir?. Buna çox zəhmət çəkmisiiz...
Xalidə dedi:
-Düzdü, zəhmət çəkmişəm. Amma mən bunu qiymətinin artırılması üçün yox, öz sənətimi sevdiyim və hörmət bəslədiyim üçün etmişəm. Bununla yanaşı, işimdə halallığı sevirəm. Nə demişəmsə, qiymət odur.
Sifarişçi heyrətlə Xalidəyə baxıb dedi:
-Mən birinci dəfədir Sizin kimi adama rast gəlirəm. Allah ömrünüzü uzun, işinizi avand eləsin. Nə yaxşı ki,sizin kimi insanlar bu həyatda var...
Mədəniyyət və İncəsənət Universitetində sənədlərin qəbulu çox çətin bir prosesdən keçirdi. Respublikanın adlı-sanlı rəssamları qəbula gələn uşaqların əl işlərinə, çəkdikləri rəsmlərə baxandan və qəbul etdikdən sonra sənədlərini verə blərdilər.Xalidə də belə etdi. Çəkdiyi rəsmləri, eskizləri götürüb qəbul otağına getdi. Respublikanln xalq rəssamları Toğrul Nərimanbəyov və Yusif Hüseynov şəkillərə diqqətlə baxdılar. Toğrul müəllim gülümsünüb zarafatla dedi:
-Sən ki, hazır rəssamsan. Daha bura niyə gəlmisən?- Sonra əlavə etdi. – Amma oxumaq həmişə lazımdır. Sən düz eləyirsən. Sənin kimi perspektivli gənclərə isə daha vacibdir. Get, sənədlərini ver.
-Çox sağ olun, Toğrul müəllim, - deyə Xalidə minnətdarlıq elədi. – Sizinlə yaxından tanışlığıma çox sevindim.. Böyük məmnunluq duydum. – Sonra Xalidə Yusif müəllimə tərəf çevrildi. - Çox sağ olun.
O, sevinə-sevinə sənədlərin qəbul şöbəsinə getdi. Onu Leninqrada göndərən kişinin qırmızı sifəti hələ də yadından çıxmamışdı. Onu düşünəndə bütün vücudu titrədi.İstər-istəməz əsəbiləri yerindən oynadı. Dayandı, dərindən nəfəs aldı. O tərəf, bu tərəfə baxıb sakitcə pəncərəyə yaxınlaşdı. Bir az aralida atasına sığınıb ağlayan qızın səsi onu gövrəltdi. Birdən-birə atasının dediyi sözlər yadına düşdü: “ Qoy getsin, səsi kəsilsin.Ora elə-belə yer deyil. Cəmi beş yer var, o da öz uşaqları üçündür”.
-Nə lazımdır, ağəz?
Sənədləri qşbul edən kişinin gobud və gur səsi onu xəyaldan ayırdı.
-Sənədlərimi verməliyəm.
Hara ? – O, bu sözləri deyib tərs-tərs Xalidənin üzünə baxdı.
-Rəngkarliğa.
-Yer yoxdur, dolub. – Sonra o,öz-özünə deyinməyə başladı. – Hər yerindən duran rəssam olmaq istəyir.
-Necə yəni yer yoxdur? –deyə Xalidə özündən asılı olmayaraq səsinin tonunu qaldırdı. - Deyəsən elə sizi bura “ Yox” demək üçün qoyublar? Sənədlərimi vermək üçün komissiyadan keçmişəm.
Kişi daha da əsəbiləşdi:
- Dedim yer yoxdur, qurtardı. Dünən kənddən gəlib bu gün rəssam olmaq istəyir. Belə oxumaq istəyirsən, get Leninqrada.
Leninqrad sözünü eşidəndə Xalidənin əsəbləri yerindən oynadı.Gözləri qaraldı.Yıxılacağından ehtiyat edib divara söykəndi. Gözləri buluid kimi dolmuşdu. Çiyinləri tez-tez qalxıb enirdi. O. nəsə demək istəyirdi ki, sənədləri qəbul edən kişi acıqlı halda pəncərəni örtüb arxa qapıdan çıxıb getdi. Xalidəni ağlamaq tutdu. Nə edəcəyini bilmədi. Dizləri tir-tir əsirdi. Bayaq atasına sığınıb ağlayan qız Xalidəyə baxib daha ucadan hönkürdü. Xalidə özünü saxlaya bilməyib zəif addımlarla ordan uzaqlaşdı. Elə bil ürəyindən ağır bir daş asılmışdır. Güclə nəfəs alırdı. Birdən-birə elə qəribsədi ki...Lap burnunun ucu göynədi. Başı ağ çalmalı vüqarlı dağlar, ilan kimi qıvrıla-qıvrıla axan Arpaçayı, güllü-çiçəkli yamaclar yadına düşdü.
Yönü bəri baxan dağlar,
Dağlar, səndə nəyim qaldı?
Elə bil içində nəsə qırılmışdı. Qırılıb cilik-cilik olmuşdu. Qırılıb içində cilik-cilik olan nəsə onun bütün varlığını ağrıdır, sızladır, yandırıb qovururdu. İnsanı sarsıdan, onu incidən elə ağrılar var ki, sanki bu ağrılar Ulu Tanrıdan, Yeri- Göyü Yaradandan gəlir. Yeri-Göyü Yaradan mərhəmətli, adildir, bağışlayandır. Dar gündə insanların köməyinə çatıb onları yüksəklərə qaldırandır. Xalidə haqqı-ədaləti, düzgünlüyü, halallığı sevdiyi üçün ən ağır vaxtlarda belə heç zaman ümidini itirməz, yalnız Ulu Tanrıya tapınıb ona güvənərdi.
O, yaylığının ucu ilə göz yaşlarını silib dərindən köks örürdü. Elə bir ah çəkdi ki, sanki Yer- Göy yerindən oynadı. Qara buludlar Ağrı dağının üstündən yavaş-yavaş çəkilib getdi. Elə bu vaxt dəhlizin o başından Toğrul Nərimanbəyov kiminləsə gəldiyini gördü. Bu boyda Bakı şəhərində onun sözünü deyəcək, dəstək olacaq kimsə yox idi. Bu ağır vaxtlarında birdən-birə Toğrul müəllimi görəndə bərk gövrəldi. Özünü saxlaya bilməyib hönkürdü.
-Ay qız, sənə nə oldu? – deyə Toğrul Nərimanbəyov təəccüblə soruşdu. - Axı, sənin işlərini mən qəbul etmişəm?
Hıçqıraq boğduğundan danışa bilmir, həyəcanından yaralı quş kimi titrəyir, heç cür özünü ələ ala bilmirdi. Yanıqlı göz yaşları al yanaqları ilə aşağı süzülürdü.
Onlar bir-birinin üzünə baxdılar. Toğrul müəllim bir də soruşdu:
-Yaxşı, özünü ələ al, de görık nə baş verib?
Xalidə çətinliklə də olsa dilləndi:
-Toğrul müəllim, mənim pulum yoxdur, adi bir kənd qızıyam.Atam müəllim, anam evdar qadındır. Amma mən oxumaq istəyirəm. Rəssamlıq Məktəbini də qurtarmışam. İki il işləmişəm...
-Başa düşdüm. Axı nə olub?
-Mənim sənədlərimi qəbul etmirlər.
Xalidə bu sözləri deyib yenidən hönkürdü. Toğrul müəllimin yanında gələn kişi onun qolundan tutub dedi:
-Qızım, sənədlərinizi niyə qəbul etmirlər ki ?
Xalidə tanımadığı bu adamın ürəyiyumşaq olduğunu hiss edib dedi:
-Deyirlər yerimiz dolub. Amma mən vaxtında gəlmişəm.
Kişi nə fikirləşdisə Toğrul müəllimə baxıb dedi:
-Yaxşı, gəlin görüm nə məsələdir?
Toğrul müəllim Xalidəyə baxıb başı ilə hər şeyin yaxşı olacağını bildirdi. Xalidə bir az sakitləşib onların ardınca getdi. Üstündə “Rektor” yazılmış qapıya yaxınlaşanda Xalidə ayaq saxladı. Kişi arxaya baxmadan dedi:
-Gəlin, qızım, gəlin.

Ardı var...