24-06-2025, 20:52
Gündəm/Mədəniyyət

Nizami Təhməzov XALİDƏ HİCRAN (roman) - On yeddinci hissə


Nizami Təhməzov XALİDƏ HİCRAN (roman) - On  yeddinci hissə
Nizami Təhməzov

XALİDƏ HİCRAN
(Roman)
On yeddinci hissə

Hissə - 12345678910111213141516

Elə bu vaxt turistlər Xalidəyə yaxınlaşıb dövrəyə aldılar. Diqqətlə ona baxır, əlləri ilə astaca toxunur, öz dillərində nəsə danışıb xoş təbəssümlə gülümsəyirdilər. Tərcüməçinin danışıqlarına əhəmiyyət verən yox idi. Xalidə də onlara qarşı biganə deyildi. Muzey əməkdaşının dediyi sözlərə əhəmiyyət verməyərək bir insan kimi qarşılıqlı münsibət yaradırdı.
-Bax, bu oğlan sizin şəklinizi çəkmək istəyir, - deyə tərcüməçi Xalidəyə yanaşdı və ona baxıb gülümsəyən oğlanı göstərdi. Oğlan əlini sinəsinə qoyub baş əydi:
-Mərhaba, xanım əfəndi. – dedi. – Mənim adım Mehmet bey. Mehmet Qaraçöp.
-Salam, - deyə Xalidə cavab verdi və xəfifcə gülümsündü. – Xoş gəlmisiniz.
-Çox təşəkkur edirəm, xanım əfəndi. Zatən mən Türkəm.Özüm də jurnalistəm, “Hüriyyət” qəzetində çalışıram. İcazənizlə Sizin və rəsminizin şəklini çəkər və kiçik bir müsahibə alardım. Fakat Moskvada mənə dedilər ki, Sizlərlə çox təmasda olmayım. Amma blmədim niyə?
-Mən azad, yaradıcı bir insanam, - deyə Xalidə gülümsədi.- -Öz hüquqlarımı bilirəm. Siz narahat olmayın. O sualın cavabını isə gərək Moskvada Sizə o sözləri deyən adamın özündən soruşaydınız.
-Evet, - deyə Türk jurnalisti güldü. – Mən görürəm ki, Siz peşəkar rəssamsınız. Özünüz də insanların diqqətini çəkəcək və yollarından saxlayacq qədər gözəlsiniz. Çox gözəlsiniz.
-Çox təşəkkür edirəm. Amma deyəsən rəsmlərim diqqət çəkən deyil?
-Bu nasıl ola bilər, xanım əfəndi? – deyə Türk jurnalisti ucadan güldü. - Hər ikiniz gözəlsiniz. Bir baxın, müsafirlər yalnız Sizlərə məftun olmuşlar. Mən isə sözümü öz qəzetəmizdə- “Hürriyət”də deyəcəyəm: Azərbaycanın iki gözəli. İndi isə iczənizlə şəklinizi çəkərdim.
-Buyurun – deyə Xalidə gülümsündü.
Türk jurnalisti onun bir neçə dəfə şəklini çəkdi. Maraqlı suallar verdi. Elə bu vaxt Moskvadan gələn nümayəndə onlara yaxınlaşıb Mehmet bəyə irad tutdu. – Sizə yalnız şəkil çəkməyə icazə verilib.- Sonra müzey əməkdaşına baxıb gülümsündü.
-Mən adi bir nüsafir deyiləm, xanım əfəndi, jurnalistəm və jurnalistlərin qəbul olunmuş beynəlxalq hüquq normalarından kənara çıxmıram.
-Mən Sizə öz ölkəmizin qanunlrından danışıram.
-Çox gözəl, - deyə Türk jurnalisti gülümsündü. – o zaman göstərin mənə o qanunu.Yaqin bilməmiş deyilsiniz, Sizin ölkə jurnalistlərin beynəlxalq hüquqları ilə bağlı Konvensiyaya qol çəkib. Nasıl ola bilər bu? – Sonra o, gülə-gülə Xalidəni göstərib dedi-. Bu xanım əfəndi də sıradan adi bir insan deyildir. Çox gözəl bir xanım və çox gözəl bir rəssamdır. Hətta müsafirlər də onü sevirlər. Bir baxın...
Doğrudan da turistlər böyük maraqla klassik şərq gözəlinin canlı eksponatına baxırdılar .Yaxşı demişlər ki, dürüstlüklə gəzəllik çox bahalı bir incidir, mənən klasıb adamlar onun qədrini bilməz. Dünyanın uzaq-uzaq ölkələrindən gələn gözəl-gözəl xanımlar bu ilahi gözəlliyi duyub onun fanatına çevrilirlərsə, bizimkilər qısqanclıqdan üz döndərib qondarma səbəblər axtarırlar.
Xalidə Şirvanşahlar sarayından çıxanda hava nisbətən soyumuşdu. O, atsının təzə aldığı isti yun jaketinin yaxsını qaldırıb addimlarını yeyinlətdi.Türk jurnalistinin dediyi sözləri ürəyində təkrarlayır, gülümsəyir, indiyə qədər keçirmədiyi qəribə hisslər kçiirirdi. Xalidə şöhrətpərəst deyildi. Amma həqiqəti eşitməkdən xoşlanırdı.”Mən bu yaşıma qədər çox insanlarla görüşdüm, təmas qurdum,, söhbət etdim, amma Sizin kimi maraqlı,ağıllı, düşündürücü danışan birisinə rast gəlmədim. Bir Türk olaraq bundan qürurlanır və söruşuram: Siz bu az vaxtda bunlara necə nail oldunuz? Onda Xalidə gülüb demişdi:
-Bəlkə Siz bunu belə görürsünüz?
-Mən hissəmi qapıldığımı düşünürsünüz? Xeyir, xanım əfəndi, Sizin tamamilə farklı bir insan olduğuuz qənaətindəyəm.
-Tamam. O zaman mən Ulu Tanrıya minnətdar olmaliyam.
Mehmet bey təəccüblə soruşdu:
-Sizdəmi Tanrı deyirsiniz?
Xalidə güldü:
-Məgər biz Türk deyilikmi ? Məgər oğuz xanı Mete xan :.”Gözəl Tanrı !.. Gög Tanrl!..Sən Türkə mənlik, özü də uca bir mənlik ver” demədimi? Yaqin ki, Siz onun torpaq haqqındakı fikirlərini də bilirsiiz?
Mehmet bəy heyrətə gəldi:
-Hansı fikirlərini? Siz nədən danışırsınız?
Xalidə əllərini silə-silə dedi:
-Döyüşlərdə üstünlük qazanan Çin hökmdarı Hun sarayına elçi göndərib Çinlə sərhəddə yerləşən dağlıq və qayalıqlardan ibarət olan və ot bitməyən bir ərazinin onlara verilməsini xahiş edir. Mete xan da qurultay çağırıb toplantı iştirakçılarının bu məsələ ilə bağlı fikirlərini soruşur. Onlar deyirlər: “ Ey hökmdar, o torpaqları verin getsin, onsuz da orda heç ot da bitmir”
Mehmet bəy təəccüblə:
-Allah,Allah...Bu nasıl ola bilər?..
Xalidə dedi:
-Mete xan razılaşmır. Buun mümkünsüz olduğunu bildirir. Belə olanda qurultay iştirakçıları Hun imperatoruna dedilər: “ Axı, bundan əvvəl sənin sevimli atını istədilər verdin, Ən sevimli Çinli şahzadə xanimini istədilər, verdin. Bəs indi bir parça ot bitməyən daşlıq və qayalıq ərazinin verilməsinə niyə razı olmursan?” Mete xan dedi : “ Atımı istədilər, verdim,çünki mənə məxsus idi. Şahzadəni istədilər vedim,çünki onun üzərində mən hökmüran idim. Amma torpaq millətindir, babalarımız onu qan axıtmqla qoruyublar. Millətin malını isə heç kimə vermərəm. Torpaq istəyənin bir cavabı var: savaşa girmək..”
Türk jurnalisti:
-Allah, Allah.Siz bunu da bilirsiniz?..

Xalidə evə çatıb qapını açanda gözlərinə inanmadı. Gülnarə açıq pəncərədən ətrafı seyr edirdi. Onlar görüşüb- öpüşdülər. Hər ikisi çox sevindi. Xalidə dedi:
-Çoxdandır görüşmürük. Yaqin işlərin çox olur? Mənim də başım qarışıqdır. – Sonra Xalidə diqqətlə ona baxıb əlavə etdi. – Deyəsən gözümə fikirli dəyirsən, xeyir ola ?
-Hə, bir az .-.O, sözünün ardını deyə bilmədi .Doluxsunub Xalidəni qucaqladı. Sanki deyəcəkləri söz ilişib boğazında qalmışdı. Xalidə qorxurmuş kimi tez soruşdu:
-Yəni salamatçılıqdır?
-Hə.
Xalidə onun üzündən öpdü:
-Dəli. Məni qorxutdun. Allah uzaq eləsin, dedim görən nə olub.? Gəl, gəl otur, indi çay hzırlayaram, özümüzə gələk, sonra söhbət edərik.
-Çayı dəmləmişəm. Ancaq mən...
-Sən nə? Fikrini açıq de görüm
-Bir gecə koruna ərə gedirəm...
-Necə? – deyə Xalidə təəccüblə ona tərəf çevrilib qollarından tutdu. – Necə yəni gecə koruna ərə gedirsən? Bu hardan çıxdı? Yoxsa ?...
-Yox, yox...Ağlına başqa şey gəlməsin. Sən ki, məni tanıyırsan? Mənə təcili pasport qeydiyyatına düşmək lazımdır.
Xalidə ucadan güldü. Şən gülüş səsləri balca otaqda əks-səda verdi
Gülnrə dedi:
-Sən gülürsən, amma mənim fikrim qətidir.
Xalidə gəlib onun qarşısında dayandı:
-Bəlkə onu sevirsən?
-Yox, mənə daimi qeydiyyat lazımdır.
Hər ikisi oturdu. Araya soyuq bir sükut çökdü. Hava getdikcə soyuyur, güclü külək əsirdi. Xalidə pəncərənin nəfəsliyini örtüb Gülnarənin qarşısında dayandı. Bir müddət ona diqqətlə baxdı sonra incik bir halda:
-Düzü,mən səni belə təsəvvür etməzdim – dedi. – Sənin özün öz taleyinlə oynayırsan. Sağ ol ki, gəlib mənə dedin. İnsan ona görə oxuyur, çalışır, əlləşir- vuruşur ki, gələcək rahat həyatını təmin etsin. Buna görə hər əzaba qatlaşır. Sən isə əksinə, bu günkü, müvəqqəti rahatlığın üçün gələcək həyatını qurban verirsən. Qadının ən böyük gözəlliyi onun təmiz adı, şərəfi və ləyaqətidir. Bunları heç nəyə satmaq, dəyişmək olmaz.. Həyat elə gətirib ki, bizim hamımız eyni taleyi, eyni ömrü və eyni ağrıları yaşayırıq. Bu bizim alın yazımızdır və bu yazıdan qaçmaq olmaz. Bizim hər birimiz sabahki həyatımız, təmiz adımız üçün bu gün məsuliyyət daşıyırıq. Əgər sən bu yaşında gecə koruna ərə getsən, gələcək əzablarından başqa, indi də, gələcəkdə də heç kəsi nəyinsə təmiz olduğuna inandıra bilməyəcəksən. Hər kəs ağlına gələni düşünəcək.
Gülnarə göz yaşlarını silib dedi:
-Sən axı, bizim vəziyyəti bilirsən?
-Hə, bilirəm, - deyə Xalidə mehribanlıqla cavab verdi. – Onu da bilirəm ki, əziz bacı, Sizdən də ağır vəziyyətdə olanlar var. Amma onlar heç vaxt taleləri ilə oynamırlar. Əksinə, ümumi axına qoşulub gələcək həyatı və taleyi uğrunda mübarizə aparırlar. Sənin hələ nə yaşın var? İnşallah, qardaşın da gələr, bir-birinizə dayaq olarsınız. Heç vaxt problemləri dərd eləyib ürəyində gəzdirmə.
-Sağ ol, əziz bacım, - deyə o, Xalidəyə qısıldı. – Yaxşı ki, sən varsan.
-Sənin həyatın hələ qarşıdadır, Gülnarə. Bəzən uşaqlar özlərini yaşlı göstərməyə çalışırlar.Belə uşaqlar çox istedadlı, bacarıqlı olurlar. Sən də istedadlısan. Mən sənin gələcəyinə inanıram. İnanıram ki, sən gələcəyin ən tanınmış alimlərindən biri olacaqsan. Mən rəssmlıq üçün ərizə yazanda direktor düz üç dəfə ərizəmi dəyişdirdi. Mən yenə öz fikrimdə qaldım. Çünki özümə, öz gücümə, bacarığıma inanırdım. İnsan özünə inanmasa tez sınar. Özünə inam insanın gələcək xöşbəxtliyinə qovuşması üçün yeganə daxili qüvvədir.Sən ağıllı qız olduğun üçün bilirəm ki, məni başa düşürsən?
-Hə, əlbəttə, Sən həmişə bizim ailənin yaxın dostu, məsləhətçisi olmusan.
-Yox, belə yox, - deyə Xalidə Gülnarənin bu fikri ilə razılaşmadı. - Mən sadəcə Sizin ailənizin dostuyam. Daha doğrusu, özümü sizə dost hesab edirəm. Və bir böyük bacı kimi deyirəm, elə fikirləri başından çıxart. Sənin böyük, içıqlı gələcəyin var.
Onlar xeyli söhbət etdilər, çay içdilər, Allahın verdiyindən yedilər Gülnarə getmək istəyəndə Xalidə onu saxladı:
-Dayan, hava soyuyub, Elə belə gəlmisən?
-Hə, - deyə Gülnarə onu qucaqlayıb öprü. - Bir təhər ötüşərəm, saö ol.
-Yox.yox, belə olmaz, bir dəqiqə. – Xalidə gedib atasının ona təzə aldığı sevimli jaketini gətirdi. Gülnarənin çiyninə atdı. – Bəh,bəh, Sənə nə gözəl yaraşır? Ürəyin istəsə götürərsən, Amma indi gey əyninə, hava soyuqdur.
-Yox,yox. Bacıcan, Vallah götürmərəm, Sənə məndən də yaxşı yaraşır.
Xalidə zarafatla dedi:
-Mənə al da yaraşır, şal da.yaraşır. Sən gey əyninə, səni daha gözəl göstərir.. Mənim paltom var, narahat olma.
Xalidə güclə onu geyindirib yola saldı. Bir müddət ardınca baxıb dərindən nəfəs aldı.

***

Şirin xatirələrlə dolu, haylı – küylü tələbəlik illəri sona çatdı. Xalidə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini uğurla başa vurub ixtisası üzrə təhsilini davam etdirmək, yəni Mədəniyyət və İncəsənət Universitetinə sənəd vermık üçün göndəriş aldı. Bu, elə- belə, adi bir göndəriş deyildi. Əgər bu sənəd olmasaydı Xalidə iki il işləyib təcrübə toplamalı idi. Amma Məktəbi fərqlənmə ilə bitirdiyinə görə göndəriş vermişdilər.
O. bütün sənədləri toplayıb Mədəniyyət və İncəsənət Universitetə gəldi. Burda heç də yaxşı qaşılanmadı. Sənədləri qəbul edən acıdil, gobud bir kişi arayışı görən kimi özündən çıxdı:
-Nədi, nə olub? Məktəbi qurtarmısınız gedin bir az işləyin da...Kənddən gələn qaçır bura. Bilmirəm, nə olub?
Xalidə onun dediyi sözləri əvvəl başa düşmədi. O tərəf, bu tərəfə baxıb astadan dedi:
-Bağışlayın, Siz mənimləsiniz?
-Əlbəttə Sizinləyəm. Bunlar sizin sənəd deyil? Yerimiz dolub, yoxdur.İstəsəniz Leninqrada ( indiki Peterburq şəhəri ) yzaram.
-Leninqrada niyə? Mən burda axumaq istəyirəm
Xalidənin qətiyyətlə dediyi sözlər sanki kişiyə od vurdu. Acıqlı – qcıqlı :
-Nə? - sonra da acı-acı güldü. – Bəlkə gəlib mənim yerimdə oturasınız? Dünən kənddən gəlib bu gün yer davası edirsiniz..
Xalidə halını pozmadan təmkinlə dedi:
-Siz elə öz yerinizdəsiiz, narahat olmayın.Bir də, deyəsən bura Sizin eviniz olmadığını unutmusunuz? Yoxsa Sizə belə düşünməyə və danışmağa xüsusi səlahyyət veriblər?
Kişi əsəbi halda ayağa durdu. O tərəf, bu tərəfə baxdı. Kimsənin əhəmiyyət vermədiyini görüb yenidən əyləşdi.
Həmin illər Universitetdə vəziyyət yaxşı deyildi. Elə hala salınmışdır ki, bu ali təhsil ocağında bakılı- rayonlu söhbətləri aparılır, haqq - ədalət pozulur, neqativ hallara yol verilirdi. Elə bir mühit yaradılmışdır ki, professor- müəllim heyəti , texniki işçilər arasında soyuq münasibət və inamsızlıq hökm sürürdü. Müəyyən qruplar heç nədən çəkinmədən, ehtiyat etmədən qəbul imtahanlarına müdaxilə edir, öz istək və maraqlarını asanlıqla həyata keçirirdilər.
Universitetdəki vəziyyəti düzgün qiymətləndirən Xalidə bir qrup müdavimlə Leninqrada getməyi qərara aldı. O, yaxşı bilirdi ki, verilmiş şansdan vaxtında istifadə etməyəndə sonradan o problemə çevrilə bilər. Ona görə də bir neçə abuturiyentlə burda fərq imtahanlarını uğurla verib Universitetin nümayəndəsi Hafiz müəllimlə Leninqrada getdilər. Neva sahillərində oxumağa gedən on yeddi nəfər arasında Xalidə yeganə qız idi. O, Leninqrad barəsində eşitsə də, şəhər haqqında heç bir təsəvvürü yox idi. Onun ilk baxışdan bu şəhərdən çox xoşu gəldi. Hündür və əzəmətli binalar, geniş və yaraşıqlı küçələr, parklar, xiyabanlar onu valeh edirdi. Amma bu gördüklərinin heç biri Ağri dağıı, Arpaçayını əvəz edə bilmirdi. Göz oxşayan bu gözəlliklər və möcüzələr hər dağında, daşında izi qalan o doğma yerlərin məhəbbətini oğurlya bilmirdilər. Xalidə bütün dünyası ilə o yrlərə bağlı adam idi...Və ona elə gəlirdi ki, dünyanın təsəvvürə gəlməyəcək qədər gözəl guşələrində olsa belə. bir an da olsun öz doğma yurdunu unuda bilməz.
Leninqrada oxumağa gələnlər yalnız Azərbaycanlılardan ibarət deyildi. Müttəfiq respublikaların hər birindən nümayandələr gəlmişdi. Elə ilk gündən Xalidə Qazaxıstanlı Gülnarla dost oldu. O, da mehriban və səmimi bir qız idi. Hər gün boş vaxtlarında şəhəri birlikdə gəzər, yaxından tanış olardılar.
Xalidə imtahanları uğurla verdi. Sonuncu imtahan kompozisiyadan olacaqdı. Hamı qorxurdu. İmtahandan bir gün əvvəl Gülnar Xalidənin yanına gəlib dedi:
-Ola bilər birimiz kəsilib gedərik, çox güman ki,bu mən ola bilərəm. Amma sənə deyiləsi sözüm var.
-Hə, əlbəttə, - deyə Xalidə onun əllərindən tutdu. – Buyur, əziz bacım. Bu günlər ərzində sənə çox öyrəndim.
Gülnar dedi:
-Sən öz daxili və mənəvi gözəlliyinlə, insanlara qarşı təbii və səmimi münasibətinlə mənim qəlbimdə elə bir heykəl yaratdın ki, nə vaxt Azərbaycn sözünü eşitsəm ayağa durmağa özümü borclu hesab edəcəyəm.

Ardı var...


Oxşar xəbərlər