19-06-2025, 21:08
Gündəm/Mədəniyyət

Nizami Təhməzov XALİDƏ HİCRAN (roman) - On ikinci hissə


Nizami Təhməzov XALİDƏ HİCRAN (roman) - On  ikinci hissə
Nizami TƏHMƏZOV

XALİDƏ HİCRAN
(Roman)
On ikinci hissə

Hissə - 1234567891011


Payızın axırları idi. Və bu payızın kədərli, nisgilli, insanı düşündürən, onda bədbin fikirlər yaradan və nastolji hisslər oyadan günlərində Levitan bu yağışlar içərisində boylanan bir bağın yanından keçərmiş. Və bu tənha, kimsəsiz bağda həmişə bir qız romans oxuyarməş : “ Mənim səsim yorar səni, oxşar səni”.. Bir müddət beləcə davam edir, Hər gün yağış yağır, qız romans oxuyur, Levitan da o yağışlı, çiskinli havada bağın kənarından keçərkən bir müddət dayanıb diqqətlə qulaq asarmış. ..Ömrünün sonuna kimi o yağışlı, çiskinli payız bağını, o tənha, kimsəsiz bağda oxuyan naməlum qızı və onun oxuduğu romansı Levitan unuda bilmir.

-Bəs sonra nə olur? – deyə Qızqayıt maraqla soruşdu, - Oğlan o qızla görüşə bilirmi?

-Sonra onun dünyaca məşhur olan “Payız günü”, “Qızıl payız”, “Payız” və başqa əsərləri yaranır. Bu nadir sənət inciləri dünyanın bir sıra ölkələriin incəsənət muzeylərində nümayiş etdirilir və mühafizə olunur.

Elxan təsirlənmiş halda dedi:

-Düzü. Bu mənim üçün bir yenilik oldu.
-Rəssamlıqda İsaak Levitanı “Əhval- ruhiyyə peyzajları” janrının böyük yaradıcısı hesab edirlər. Böyük rus yazıçısı Anton Pavloviç Çexov onun ən yaxın dostu olub.
-Hə, bu barədə bir az məlumatım var. Özü də deyəsən cavan yaşlarında rəhmətə gedib

Xalidə təəssüflə dedi:

-Bəli, 40 yaşında. Bir az artıq yaşasaydı böyük möcüzələr yaradardı. Çexov ona “ Diri dahi” deyirdi və təəssüflə yazırdı ki, bu dahini qadınlardan qorumaq lazım idi...

-Amma nədənsə o, bəzi qohumlarından başqa portret şəkillər çəkməyib.
-Həm də heç vaxt naturaçı qadınlardan istifadə etməyib.
-Bəlkə sizi təzə bir çaya qonaq eliyim? – deyə Qızqayıt ayağa durdu Xoruz pipiyi bir çay dəmləym. Sizin bu söhbətləriniz məni də maraqlandırdı.- Sonra gülə-gülə əlavə etdi,- Amma bilmədim o yağışlı payız bağında romans oxuyan naməlum qızın axırı nə oldu?

Hamı gülüşdü, Elxan Qasımov dedi:

-Sən çayını gətir, o məsələyə sonra baxarıq. – Birdən o nəyisə xatırlayırmış kimi təəssüflə əlavə etdi. –Tamam unutmuşam, bu gün bizim məşqimiz olmalıdır. Etiraf edim ki, sizinlə tanışlığımızdan böyük məmnunluq duydum.

Ruxsarə dedi

-Heç mən də Xalidəni belə tanımırdım. Bütün günü oxuyar, çəkər, amma heç danışmazdı.

Elxan zarafatla:

-İstedadlı adamlr təvazökar olurlar, - dedi. – Sadəcə onları bir az tərpətmək lazımdır.

Xalidə dedi:

-Tələsməsəydiniz Levitanın əsərlərinə rəy yzmış bit tamaşaçının sözlərini deyərdim. Çox gözəl və orjnal fikirlərdir.
-Hə, əlbəttə,hələ bir az vaxtım var, - deyə Elxan yenidən əyləşdi. – Sizi dinləmək çox xoşdur. Xahiş edirəm, buyurun,

Ruxsarə xoş təbəssümlə dedi:

-Danış,danış, yaqin ki,maraqlı olar. Onsuz da Elxan müəllim gedəndən sonra danlşmayassan.

Xalidə ani fikrə getdi, sonra dedi:

-Tamaşaçı qadın yazır: “Onun “Qızıl paylz” əsərindən boylanan bir payəz günləşindən süzülən yorğunluğun, pərişanlığın, ayrılığın kədərli üzünə baxıb hardasa tələsik çıxıb geddən və bir daha dönməyəcək sevginin bir adamın ayaq səslərini, xəzəllər üzərində quruyub qalan yaddaşın pıçıltısını eşidəndən sonra Levitanı unutmaqmı olar?”

Elxan Qasımov dərindən köks ötürüb dedi:

-Doğrudanda Levitan böyük sənətkar idi. Mən əvvəllər İvan Şişkinin əsərlərini sevərdim. Amma bu tamam başqa bir şeydir. Moskvaya ayağım düşsə mütləq Tretyakov Dövlət Muzeyinə baş çəkəcəyəm.
-İnşallah, - deyə Xalidə dilləndi. - Onda görəcəksiniz ki, Levitanın peyzaj əsərlərinə baxmaq, ordakı füsunkar cazibəyə düşmək və azı heyrətlənməmək mümkün deyil. Bu adam rus rəssamlığının mahir və böyük peyzaj ustasıdır.
-Çay hazırdır, - deyə, Qızqayıt stəkanları stolun üstünə qoydu. Sonra Elxana tərəf çevrildi. – Çay içməmiş sizi yola salan deyiləm . Görün çayı necə dəmləyərlər...
Doğrudan da təzə dəmlənmiş çayın ətri ətrafa yayıldı. adamda xoş əhval – ruhyyə yaratdı. Elxan çayı nəlbəkiyə süzüb iştahla içməyə başladı.
-Bəh,bəh...Çox dadlı, çox ətirlidir,- dedi.-Tələsməsəydim məmnuniyyətlə birin də içərdim. Amma çox təəssüf, getməliyəm.
O. qızlarla görüşüb Xalidənin qarşısında dayandı:
-Mən çox şadam ki, Sizin kimi ləyaqətli, istedadlı, savadlı qızlarımız var. Bu görüşümüzü heç vaxt unutmaram.

Ruxsarə dedi:

-Siz elə danışırsiniz ki, elə bil harasa uzaqlara gedirsiniz?
Elxan Qasımov:
-Hə. əlbəttə, - dedi, - İnşallah, yaqin ki, yenə görüşərik. Sağlıq olsun.

Xalidə dedi:

-Sağ olun, uğurlar.

Ruxsarə onu qapıya qədər ötürdü:

-Sağ olun, Tez-tez gəlin. Gözləyəcəyik.

O, görüşüb getdi. Xalidə bir müddət onun ardınca baxdı. Sənət adamlarını birinci dəfə idi ki, yxından görürdü. Elxanın sadə, saf, təmiz rəftarı, dünyagörüşü, insanlara xoş münasibəti, elmə, sənətə olan marağı Xalidənin çox xoşuna gəldi,

***

Xalidə bütün imtahanlarını uğurla verib ikinci kursa keçdi Acılı- şirinli xatirələrlə dolu tələbəlik illəri onun həyatında silinməz izlər buraxır, maraqlı görüşlər, hadisələr ömur kitabına qızıl hərflərlə həkk olunurdu. O. bir həqiqəti yaxşı bilirdi ki, mənalı və ya mənasız keçən tələbə həyatının hər günü, hər saatı onun gələcək həyatənən təminatı idi. Bu gün bir dəfə buraxdığın səhvin gələcəkdə elə acı nəticələrinin şahidi olarsan ki, nə qədər çalışsan da onu düzəldə bilməzsən. Uzun illərdın sonra insan çevrilib araxaya baxanda buraxdığı səhvlər üçün nəinki xəcalət çəkəcək, eyni zamanda onun qurbanına çevriləcəyini gözəl bilən Xalidə öz təhsili, davranışı., işgüzarlığı ilə başqalarına nümunə olmağa çalışırdı. Atasının dediyi sözlər heç vaxt yadından çıxarmırdı: “ Qızım, mən həmişə sənə güvənmişəm, Unutma ki, ağıllı adamlar buraxdığı səhvi tez düzəldirlər. Daha ağıllı, müdrik insanlar isə heç vaxt səhv etmirlər. Tacik – fars şairi Əbdurrəhman Cami deyib ki, əgər insan bir dəfə səhv burxıbsa, bu, o demək deyildir ki, o həyatı boyu bu səhvin qurbamı olmalıdır. Mən bu fikri qismən qəbul edirəm. Böyük Yaradan insana ağıl verib, ağılli insanlar isə gərək səhv etməsin.

Xalidənin məqsədi yalnız ali təhsil almaq deyil, eyni zamanda rəssamlıq sənətinin bütün incəliklərinə dərindən yiyələnmək, bacarıqlı və istedadlı müəllimlərin qabaqcıl təcrübəsindən bəhrələnmək və rəngkarliğın sirlərinə nail olmaq idi.Buna görə də o, ciddi çalışır, başqa tələbə yoldaşları kimi vaxtının çoxunu gəzintidə, istirahətdə keçirmirdi. O, bilirdi ki, bu gün çəkilən hər bir zəhmət gələcək rahatlığın əsasıdır. Xalidə düşündürücü mövzuları çox sevsə də gözəlliyə qarşı da biganə deyildi. O, düşünürdü ki, insan nə qədər bədbin olsa, dərdlər içərisində çabalasa, əzab və iztirablar içərisində boğulsa da onun gözəlliyə meyli, həvəsi heç vaxt sönmür, bəlkə də insanı yaşadan, onun həyat ehtirasını artıran, hər bir çətinliyə sinə gərməyə sövq edən də məhz bu gözəllikdir. Bütün gözəlliklər və möcüzələr təbiətdə öz əksini tapmışdır. İnsan nə qədər kədərli, dərdli olsa da təbiət qoynuna çıxanda min bir rəngli ecazkar gözəlliyi görəndə istər – istəməz hardasa daxili bir rahatlıq tapır, ruhu dincəlir.

Xalidə imtahanları böyük üğürla verib ikimci kursa keçəndən sonra yay tətilini öz doğma kəndlərində, əzizlərinin yanında, Ağrı dağın ətəyində, Arpaçayın sahillərində keçirməyi qərara almışdı. O, özünü çox xöşbəxt hiss edirdi. Elə birinci ili öz istəyinə, arzusuna çatmış və ən çox sevdiyi Məktəbə qəbul olunmuşdur. Bir vaxtlar orta məktəb şagirdi kimi qəlbində böyük və müqəddəs arzularla gəzdiyi bu yerləri indi Rəssamlıq Məktəbinin tələbəsi kimi seyr edirdi Xalidə.

Bu yerlər, bu torpaqlar, bu ağaclar, otlar,içəklər dünyda hər şeydən əziz idi ona. Xalidənin içində Ağrı dağı boyda bir sevgi vardı bu yerlərə. Yox,yox, Ağrı dağı boyda yox, elə dünyanın özü boyda. Dünyanın özü boyda sevgini Xalidə içində gəzdirirdi. Onun içində daha bir sevgi vardı Təzə-təzə boy atır, çiçəklənirdi. Amma bunu heç kim bilmirdi. Bu sevgini hamıdan gizli saxlayırdi Xalidə. Bəzən özü də hiss etmədən içində kükrəyib daşan, dəniz kimi təlatümə gələn, fırtınaya çevrilən bu sevgini içində güclə boğurdu. Bəzən isə...qəzəllərə, hkmətli beytlərə, şeirlərə çevrilib ağ vərəqlərə köçürülürdü. Bu poeziya idi..Bu şeir idi... Bu, Xalidənin içindən, ürəyindən, qanındn, ruhundan gələn ali hisslər və duyğular idi ki, onun qələmində şeirə, poeziyaya çevrilirdi. Lakin Xalidə bunu heç kimə demirdi, heç kəsə bildimirdi, Hətta özünün ilk müəllimi adlandırdığı, həmişə böyük maraqla sözünə- söhbətinə qulq asdığı və dünyalar qədər sevdiyi atasına da demirdi. Düşünürdü ki, hər şeyin öz vaxtı, öz zamanı var. Amma bu dəfə atası ilə Xalidənin arasında belə bir söhbət olmuşdu. Məhəmməd müəllim qızına diqqətlə baxandan sonra demişdi:

-Qızım, bu dəfə gələndən bəri gözümə çox fikirli, bir təhər dəyirsən. Onu bil ki, səni dərindən tanımadığım adama verməyəcəm. Bunu yadında möhkəm saxla ...

Xalidə ürəkdən güldü. Güldü...Güldü, güldü və sonra atsının üzündən öpdü:

-Sən nə deyirsən, ata ?..Bu heç mənim ağlıma gəlmir
-Heç mən də səndən layiqsiz hərəkət gözləmirəm. Amma bir sözdü, dedim.

Bu, atasının xəbərdarlığı idi. Xalidə bu söhbətə o qədər də ciddi əhəmiyyət vermədi. Çünki onun sevgi dünysında heç kəs yox idi və heç o bu brədə düşünmürdü də. Onu marqlandıran ancaq rənglər və söz idi . O sözlər ki, Nizaminin, Füzuliin qələmindən süzülüb gələn və hikmət abidəsinə çevrilən söz dünyası... Xalidə hərdən bu xəzinələr dünysına baş çəkər və öz-özünə pıçıldayardı:

Bir səni çağırır cahanda səsim,
Xatirən olmasa batar nəfəsim
Ölüm vaxtlarına qoyarsam ayaq,
Adın ürəyimdə daim qalacaq.

İnsanlığı, insan məhəbbətini, onun etibarını, sədaqətini yüksək zirvələrə qaldıran dahi Nizaminin yazdığı bu söz inciləri Xalidənin qəlbini titrədir, onun daxili dünyasını lərzəyə gətirirdi. Nizami dühası, böyük Füzuli yaradıcılığı Xalidənin rənglər dünyasına əlavə mənalar və çalarlar bəxş edir, parlaq söz Günəşindən nur çiləyirdi :

Qızıl gül ətrindən doysa bir nəfər,
Ona haram olar başqa ətirlər.

Xalidə yay tətilinin hər gününü mütaliə ilə keçirir, yalnız axşamüstü, gün əyiləndə fırçasını və boylarını götürüb Ağrı dağın ətəklərinə, sevimli Arpaçayın sahillərinə gedərdi. Buralar onun üçün sanki dünyanın mərkəzi idi. Və o, sanki dünyanın mərkəzində oturub ən gözəl və füsunkar mənzərələrini yağlı boyalarla olduğu kimi və bəzən də öz təxəyyülündən süzülüb gələn əlavə çalarlar verərək ağ kətan üzərinə köçürürdü. Böyük həvəs və məhəbbətlə işləyirdi. Hər dəfə əlinə fırça alanda sanki bu dünydan ayrılır, al- əlvan, ecazkar rənglər dünyasında insanların yaddaşına həkk oluncaq mənzərələr yaradırdı. Günəş insanlara həyat bəxş etdiyi qızılı saçaqlarını yığışdırıb ağər-ağır Ağrı dağının arxasına çəkiləndə Xalidə bu mənzərəni çəkməkdən böyük zövq alırdı. O, bunu bir neçə dəfə çəkərdi. Sadəcə çəkməzdi, öz urəyiin odunu, alovunu, istisini, sevgisini, məhəbbətini də verərdi. Xalidənin fikrincə, yaradıcı insanlar yaratdığı əsərlərə öz ürəyini, öz odunu, öz istək və arzularını vemirsə, o əsər uzun müddət yaşaya bilməz. Sadəcə baxıb keçərlər. Belə işləmək, belə yanaşma sənətə xəynətdir. Sənət insanlara, xalqa, cəmiyyətə mənsub olduğu üçün ona səthi yanaşmaq, xəyanət etmək olmaz. Həqiqi sənət adamları belələrinə “ xaltura” və ya “ xalturaçı” deyirlər. Bəlkə də bizim dildə “başdnsovdu” adlanır. Fərqi yoxdur, hansı dildə necə səslənməsindən asılı olmayaraq ürəksis, hissis, duyğusuz yaranmış əsərlər xəyanətdir. İnsanların hissləri, zövqü ilə oynamaq olmaz.

Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan.

Bu, dahi Nizaminin fikridir. Nizamiyə görə insan ləyaqətini, insan şərəfini heç nə ilə əvəz etmək olmaz. Amma təəssüf ki, bəzən insanlar haqq yoludan dönür, saxta , pis əməllərə meyllənir və hətta oğurluq edirlər. Xalidə həmişə, hər zaman və qəti şəkildə belə əməlləri pisləyib. Onun yaradıcılığı elə saf, təmiz. büllur bir çeşmədən bəhrələnmiş və mayalanmışdır ki, ona heç bir şər qüvvə təsir göstərə, tutduğu haqq yolundan azdıra bilməz. Bu, Göydə Ulu Tanrının, Yerdə valideynlərinin Xalidəyə verdiyi ən müqəddəs, ən ali və əvəzsiz dəyərlərdir ki, Xalidənin qanına, canına, ruhuna hopub. Ona görə də onun düşüncələri, fikirləri inci qədər təmiz və saf, dağ çiçəyi qədər zərif və incə, ətirli və təravətlidir. Haqq- ədalət, düzlük, inam və etibar onun həyat amalı, yaşam tərzi idi. Onun çəkdiyi hər bir rəsm əsəri, yaratdığı peyzajlar öz bədii dəyəri, koloritliyi, təsir dairəsi ilə insanların qəlbini ovlayır, sevgisi ilə onları öz sehrinə salaraq xoş hisslər və duyğular aşılayırdı.

Bir-birindən maraqlı keçən və Xaliddənin ömrünə yazılan günlər, həftələr ötdükcə tətil günləri sona çatır, Xalidə yavaş- yavaş Bakiya hazırlaşırdı. Bir gün Ağrı dağından qayıdanda Məhəmməd müəllim həyətdə oturub çay içirdi. Çox fikirli idi, necə deyərlər, dağı arana, aranı dağa aparırdi... Bu, Xalidənin diqqətindən yayınmadı. Kətil çəkib atasının yanında oturdu.

-Qızım, çay içirsən? – deyə Xanım içəridən səsləndi, - Stəkan gətirim ?
-Bu nə sözdür? – Məhəmməd müəllim hündürdən dilləndi, - Əlbəttə gətir, uşaq dağdan gəiıb.- Sonra qizina dedi: - heç adam samovar çayından imtina edər?
-Əlbəttə, yox, - deyə o, gülə-gülə durub atasının üzüzndən öpdü. – Dağdan, kəfşəndən gələn adama samovar çayı dərmandır.
-Hə, qızım, dərmandır. – deyə Məhəmməd müəllim sual dolu baxışlarını qızının üzünə dikdi,- İnşallah, daha gedirsən, mənə deməyə bir sözün varmı?
-Var, ata, var.
-Var? – deyə Məhəmməd müəllim sanki bu cavabı gözləyirmiş kimi təəccüblə soruşdu. – Deyirəm də...Son vaxtlar gözümə bir təhər dəyirsən, çox fikirli görünürsən...

Xalidə ucadn güldü, sonra ciddiləşdi:

-Amma ikimizin arasında qalsın.
-Hə,hə, əlbəttə. Sən mənim sevimli qızımsan. Heç vaxt qəlbini atandan gizlətmə.
-Bilirsən, ata... – Xalidə fikrini izah etməyə çətinlik çəkdi. – Bilmirəm, məndə alınacaq ya yox.- O, gülümsündü, - Bəlkə hələ deməyim, bir özümü sinayım?
-Yox,qızım, hər sözü öz vaxtında deyərlər. Sən kifayət qədər ağıllı, düşüncəli qızsan Nə etdiyini yaxşı bilirsən. Mən həmişə səndən arxayın olmuşam.
Xalidə güldü. Sanki çox ciddi bir söz deyəcəkmiş kimi ani fikrə getdi. Dərindən nəfəs aldı, çiyinləri qalxıb endi. Sonra ehtiyat edirmiş kimi astadan dedi:
-Bilirsən, ata, son vaxtlar elə bil içimdə od-alov var, nəsə qynayır, özümdə dəhşətli dərəcədə yazmaq ehtirası hiss edirəm.
-Nə, yazmaq? - deyə Məhəmməd müəllim təəccüblə soruşdu. – Nə yazmaq, kimə yazmaq ? Fikrini açıq de, qızım.

Xalidə gülümsündü:

-Sən nə düşünürsən, ata? Kimə yazmaq nədir ? - Sonra o tərəf, bu tərəfə baxıb bir az da atasına tərəf əyildi. - Şeir yazmaq istəyirəm, ata. Özümdən asılı olmayaraq içimdə şeirə, poeziyaya sonsuz bir məhəbbət yaranıb. Elə bil içimdə nəsə qaynayır..

Ardı var...


Oxşar xəbərlər