Milli mətbuatımızın 150 illiyi – təkcə bayram deyil, həm də mübarizə xatırlatmasıdır
Kanal14.az: - Bu gün, 22 iyulda Azərbaycan milli mətbuatının 150 illiyi qeyd olunur. Həsən bəy Zərdabinin təşəbbüsü ilə 1875-ci ildə nəşr olunan “Əkinçi” qəzeti ilə başlanan bu yol, sadəcə bir qəzetin tarixi deyil – bir xalqın sözə, fikrə, azadlığa çıxışının ilk addımlarıdır.
Zərdabi maarifçiliyin və ictimai şüurun ilk işığını yandırdı. Onun qələmi ilə toxunan fikirlər, kəndlilərin, müəllimlərin, ziyalıların və düşünən beyinlərin yolunu işıqlandırdı. Lakin o dövrdən bu günə qədər milli mətbuat təkcə maarifçilik deyil, həm də təzyiq və müqavimət tarixidir.
Bu gün artıq 150 il keçir. Lakin bu 150 il, təkcə qürur və nailiyyətlərlə dolu bir yol deyil. Bu yolun hər mərhələsində senzura, qadağalar, təzyiqlər və ölümə qədər aparan təhlükələr də olub. Təkcə sovet dönəmində deyil, müstəqillik dövründə də jurnalistlər həqiqəti deməyin əvəzini çox vaxt azadlıqları, sağlamlıqları və bəzən də həyatları ilə ödəyiblər.
Hazırda isə müstəqil media qurumları, o cümlədən "DogruXeber.az", böyük çətinliklər içində fəaliyyətini davam etdirməkdədir. Əslində media cəmiyyətin güzgüsüdür deyirik, amma çox zaman bu güzgü qırılır, ya da üzərinə pərdə çəkilir – görməsinlər deyə, eşitməsinlər deyə. Redaksiyalar təqib edilir, jurnalistlər açıq-aşkar təhdid olunur, informasiya blokadaları ilə azad söz boğulmağa çalışılır. Bu, təkcə mətbuatın problemi deyil – bu, cəmiyyətin azadlıq problemi, demokratiyanın nəfəs problemi deməkdir.
"DogruXeber.az" olaraq biz hər gün sükuta qarşı bir cümlə yazırıq. Hər gün, hansısa məmurun cavab vermədiyi sualı cəmiyyətə çatdırmaq üçün mübarizə aparırıq. Biz bu yola sadəcə yazmaq üçün deyil, xalqın səsini duyurmaq üçün çıxmışıq. Amma bu yolda qarşımıza çıxan səssizlik divarları, informasiya qadağaları və qorxu yaratmaq cəhdləri Zərdabinin qoyduğu təməl prinsiplərə ziddir.
Bugünkü reallıq onu göstərir ki, rəsmi şəkildə qeyd olunan bayramın içində narahatlıq var. Çünki bayram təkcə keçmişə baxmaq deyil, bu günü qiymətləndirmək və sabahı düşünmək məsuliyyətidir. Əgər jurnalistlər hələ də “bu xəbəri paylaşsam başıma iş gələr?” düşüncəsi ilə yaşayırsa, deməli, biz hələ də azad söz uğrunda mübarizənin mərkəzindəyik.
Azad söz üçün qələmi yerə qoymamaq, ekranı qaranlıq etməmək, sosial medianı qorxudan susdurmamaq lazımdır. Çünki mətbuat susanda, cəmiyyət kor olur.
Zərdabiyə layiq olmaq üçün onu sadəcə yad etməməliyik – onun başladığı missiyanı qoruyub yaşatmalıyıq.