"Kanal14.az" erməni KİV-ə istinadla xəbər verir ki, 39 yaşlı Varujan B. Vardavank-Qafan avtomobil yolundan çıxaraq dərəyə aşıb. 

Hadisə nəticəsində Varujan B. və sərnişin Harutyun G. hadisə yerində ölüb. Onların hər ikisinin N saylı hərbi hissənin müqaviləli hərbçiləri olduğu üzə çıxıb. 

Qəzanın başvermə səbəbləri araşdırılır.