21-03-2022, 16:45
Gündəm/Hadisə

Bakıda yanacaq daşıyan avtomobil aşıb, ölənlər var

Bakıda yanacaq daşıyan avtomobil aşıb, ölənlər var

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda ”MAN” markalı yük avtomobili və "Mercedes" markalı minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Kanal14.az  xəbər verir ki, hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1987-ci il təvəllüdlü Almazov Musa Həsənxan oğlunun və 1 nəfər sərnişinin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Oxşar xəbərlər