Qətliam kimi QƏZA: 13 ölü, 25 yaralı - FOTO

Meksikada sərnişin avtobusu idarəetməni itirərək yol kənarındakı çuxura aşıb. Qəza nəticəsində 13 nəfərin ölüb, 25 nəfər yaralanıb.
Kanal14.az haberglobal-a istinadən xəbər verir ki, qəza Meksikanın Çayapas əyalətinin La Trinitariya mahalının yaxınlığındakı magistral yolda baş verib.
Yaralananlardan 11-nin qadın, 5-nin uşaq olduğu qeyd olunur.
Ağır yaralananlar üçün təcili yardım helikopteri hadisə yerinə göndərilib.
Qəzanın səbəbləri araşdırılır.



