7-10-2020, 13:28
Hadisə

Erməni artilleriyası öz tanklarını atəşə tutdu

Erməni artilleriyası öz tanklarını atəşə tutdu

Erməni tankları öz artilleriya bölmələrinin atəşinə məruz qalıb.

 

Kanal14.az Azərbaycan Müdafiə Nazirliyindən "Yeni Sabah”a daxil olan xəbərə əsasən bildirir ki, düşmənin 3 tankından ibarət tank kolonu gecə vaxtı Xankəndindən çıxaraq ön xəttə doğru irəliləyib. Lakin, ön xətt bölmələrinə çatmadan zirehli texnika kolonu öz artilleriya bölmələrinin atəşinə məruz qalıb.

Məlumatlara görə, "dəqiq" zərbə ilə 1 tank ekipajla birlikdə tamamilə məhv edilib, qalanları isə sıradan çıxarılıb.


Oxşar xəbərlər