Rusiya ordusunun daha 6 tankı məhv edilib
Ukrayna ordusu sutka ərzində Donbasda 12 hücumu dəf edib.
"Kanal14.az" UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumatda bildirilir ki, sutka ərzində Rusiyaya məxsus 6 tank, 5 artilleriya qurğusu, 22 zirehli texnika, 8 hərbi avtomobil və bir o qədər PUA məhv edilib.
