Əsədə GÜCLÜ ZƏRBƏ: yüzlərlə əsgəri və silahı məhv edildi

Kanal14 xəbər verir ki, son 15 gündə İdlib və Hələbdəki hücumlarda yüzlərlə rejim əsgəri öldürülüb. Rejimin 3 hərbi helikopteri, 25 tankı, 14 avtomobili, 3 zirehli daşıyıcı avtomobili, 2 pilotsuz uçuş aparatı, 8 təyyarə əleyhinə raketi və 5 rampası məhv edilib. Bundan başqa, müxaliflər 5 tank, 1 yüngül zirehli "Şilka”, 1 iş aparatı və 106 mm-lik top ələ keçirib.
Qeyd edək ki, 2018-ci ilin avqust ayında Rusiya ilə Türkiyə arasında Soçi memorandumunun imzalanmasından etibarən rejim və dəstəkçilərinin İdlibə hücumları nəticəsində 1800-dən çox dinc sakin həlak olub. 2019-cu ilin yanvar ayından bəri Suriya-Türkiyə sərhədinə köç edənlərin sayı 1 milyon 794 minə çatıb./Cahan.info