Şəmkir rayonunda itgin düşən qız tapılıb.
kanal14 -ın verdiyi məlumata görə, Şəmkir rayonun Kür qəsəbəsində yanvar ayının 6 da itgin düşən Xəyalə Həsənova tapılıb. Daxili İşlər Nazirliyinin Qərb Regional bölməsindən verilən məlumata görə, X.Həsənova Sumqayıt şəhərində müəyyən edilərək ailəsinə təhvil verilib. Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.