2-04-2022, 13:45
Gündəm/Hadisə

Sumqayıtda kartdan 2 min manat oğurlanıb

Sumqayıtda kartdan 2 min manat oğurlanıb

 

Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə martın 27-də şəhər sakini S.İbadovun bank hesabından 2010 manatının oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Kanal14.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən H.Z.Tağıyev qəsəbə sakini E.Ağayev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər