9-02-2023, 14:43
Gündəm/Cəmiyyət/Hadisə

Əcnəbi turist restoranda öldü

Əcnəbi turist restoranda öldü

Dünən gecə saatlarında "Baku Music Hall" restoranında ölüm hadisəsi baş verib.

"Kanal14.az"ın sosial şəbəkələrdən əldə etdiyi məlumata görə sözügedən restoranda ərəb turistin halı pisləşib.
Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Bəzi iddialara görə buna səbəb spirtli içkilərin saxta olması, digər iddialarda isə həddindən artıq spirtli içki qəbul etməsi olub.

Hadisənin əsl səbəbləri araşdırılır.

Kanal14.az
Rəna Gözəlova

Oxşar xəbərlər