Saxta araqdan zəhərlənib ölənlərin sayı 14-ə çatdı

Ermənistanda saxta spirtli içkidən zəhərlənənlərin sayı 27 nəfərə, ölənlərin sayı isə 14-ə çatıb.
Kanal14.az "Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanın Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan bildirib.
Saxta spirtli içki satmaqda şübhəli bilinən Armavir şəhər sakini, 1970-ci il təvəllüdlü Aşot Ovsepyan saxlanılıb. Onun yaşadığı mənzildən ev şəraitində hazırlanan və mənşəyi məlum olmayan 200 litr spirtli içki aşkarlanıb.
Xatırladaq ki, ötən gün saxta spirtli içkidən ölənlərin sayı 11 nəfər idi.