16-04-2022, 11:15
Gündəm/Hadisə

Mingəçevirdə bir nəfər kanalda batdı

Mingəçevirdə bir nəfər kanalda batdı

 

Mingəçevirdə su kanalında bir nəfər batıb.

Bu barədə Kanal44.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

FHN-in "112" qaynar telefon xəttinə Yuxarı Qarabağ su kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Oxşar xəbərlər