Azərbaycan daha bir konvensiyaya qoşuldu
Milli Məclis "Nəşrlərin beynəlxalq mübadiləsinə dair” Konvensiyanın təsdiq edilməsi haqqında qanun layihəsini müzakirəyə çıxarılıb. Kanal14.az Axar.az-a istinadən xəbər verir ki, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva konvesiyanın 47 ölkə tərəfindən ratifikasiya edildiyini bildirib. O, Azərbaycanın konvensiyaya xüsusi bəyanatla qoşulduğunu xatırladıb: "Bəyanatda Azərbaycanın işğal edilən ərazilərində konvensiyanın tətbiq edilməyəcəyi bildirilib. Konvensiyanın təsdiq edilməsi Azərbaycanın təbliğ edilməsi imkanlarını genişləndiriləcək, UNESKO-Azərbaycan əlaqələrini inkiaşf etdirəcək”. Sonda Milli Məclis UNESKO-nun 1958-ci il 3 dekabr tarixli "Nəşrlərin beynəlxalq mübadiləsinə dair” Konvensiyasını Azərbaycan Respublikasının müvafiq bəyanatı ilə təsdiq edib.