12-10-2020, 17:03
Siyasət

"Bəzən kəndləri, şəhərləri azad edirik, 1-2 gün sonra açıqlama veririk"

"Bəzən kəndləri, şəhərləri azad edirik, 1-2 gün sonra açıqlama veririk"
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 

"Onların mövqeləri əsasən təpələrdə idi və bu istehkamları yarmaq çətin bir iş idi. Biz bir neçə yerdən müdafiəni yardıq, artıq hansı təmas xəttindən söhbət gedə bilər? Azərbaycan ordusunun xilaskarlıq missiyası davam edir".

 

Kanal14.az Axşam.az-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev "Haber Global" telekanalına müsahibəsində deyib. Ölkə başçısı bildirib ki, ordumuz hər gün yeni bir yer azad edir:

"O mövqelər şərt deyil ki, kənd, yaxud şəhər olsun, təpə olsun, dağ olsun, o da önəmlidir. Şəhərlərə biz onsuz da qayıdacağıq. Bizim üçün əsas məsələ starteji yüksəklikləri almaqdır. İndi Hadrutun bütün ətrafı bizim nəzarətimizdədir, şəhərdə də biz varıq. Amma şəhərə girək, ya girməyək. Bu, başqa məsələdir. Bizim qarşımızda indi belə bir siyasi vəzifə yoxdur ki, mütləq bu gün oranı elan edək, sabah oranı elan edək. Bəzi hallarda biz kəndləri, şəhərləri azad edirik, bir-iki gün sonra açıqlama veririk. Bunun da taktiki var".


Oxşar xəbərlər