İrəvan AİK-i daxildən dağıdır: daxili istintaq başladı

Ermənistanın Avrasiya İqtisadi Komissiyasındakı nümayəndəsi Geqam Vardanyan vəzifəsindən sui-istifadə edərək, külli miqdarda vəsaitin mənimsəməsində şübhəli bilinir.
Kanal14.az bildirir ki, bu barədə "Faktİnfo” Ermənistan hökumətindəki etibarlı mənbəsinə istinadla məlumat yayıb.
Avrasiya İqtisadi Komissiyasının İdarə Heyətinin sədri Mixail Myasnikoviçin adından Vardanyanın idarəçiliyində olan vəsaitlərin israfı və mümkün korrupsiya riskləri barədə məlumatların dəqiqləşdirilməsinə yönəlmiş daxili istintaq başladılıb. Belə ki, Ermənistan nümayəndəsi elmi araşdırmalar üçün ayrılan vəsaiti israf etməkdə və tender elan etmə qaydalarını pozmaqda şübhəli bilinir.
İstintaqın başlanılmasına əsas isə Vardanyanın rəsmi mövqeyindən istifadə edərək qohumlarını işə götürdüyü və onların vasitəsi ilə tenderlərin yenidən bölüşdürülməsinə təsir göstərməyə çalışdığına dair əsaslı məlumatların olmasıdır.
Belə ki, Vardaryan və klanı yeni şirkətlərin korrupsiya sxemlərindən istifadə edərək müsabiqədə qalib gəlməsi üçün mövcud şirkətlərin iştirakını qeyri-mümkün hala gətirmək məqsədilə podratçıların qarşısına yeni şərtləri qoyub”, - məlumatda deyilir.
Vardanyanın fəaliyyətsizliyi nəticəsində inteqrasiya olunmuş məlumat sisteminin inkişafı üzərində qurulan bəzi işlərin uğursuz olduğu da bildirilib. "Faktİnfo”nun məlumatına görə, Ermənistan tərəfi komissiyanı uçuruma aparmaq üçün qəsdən fəaliyyətsizlik nümayiş etdirir.
(Axar.az)