12-08-2020, 13:43
İqtisadiyyat/Dünya

İngiltərə iqtisadiyyatı 20 faiz azaldı

Böyük Britaniya iqtisadiyyatında bu ilin ilk rübü ilə müqayisədə aprel-iyun aylarında 20,4% azalma baş verib.

Kanal14.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Milli Statistika İdarəsi məlumat yayıb.

Buna səbəb kimi dünyada yayılmış koronavirus pandemiyası göstərilib.

Bildirilib ki, Birləşmiş Krallıqda texniki tənəzzül sonuncu dəfə 2009-cu ildə müşahidə edilib.

Qeyd edək ki, İngiltərə koronavirusun ən çox ziyan vurduğu ölkələrdən biridir.


Oxşar xəbərlər