Şehiç təkzib etdi - “Bu xəbər yalandır”

"Qarabağ”ın sabiq futbolçusu İbrahim Şehiç koronavirusa yoluxduğu ilə bağlı xəbərləri təkzib edib.
Kanal14.az "Qafqazinfo”-a istinadən xəbər verir ki, İnstaqram hesabından "FutbolPlanet” səhifəsinin paylaşımına rəy yazan bosniya və herseqovinalı qapıçı məlumatın yalan olduğunu deyib.