Bakıda maşın nənə və nəvəni vurdu

Daxili İşlər Nazirliyi Bakıda nənə və nəvənin avtomobillə vurulması faktı ilə bağlı məlumat yayıb.
Kanal14.az bildirir ki, sentyabrın 1-də saat 15 radələrində Xətai rayonunun Gəncə prospektində Bakı şəhər sakini C. Allahverdiyev idarə etdiyi "Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Xuraman Qədiyevanı və onun nəvəsi, 6 yaşlı Ə.Mirzəyevanı vurub.
Nəticədə X. Qədiyeva aldığı xəsarətlərdən hadisə yerində ölüb, uşağa xəstəxanada ilkin tibbi yardım göstərilib.
Faktla bağlı Xətai RPİ tərəfindən araşdırma aparılır.
(Metbuat.az)