Ucarda avtoxuliqanlıq edən şəxs tutulub
Ucarda avtoxuliqan tutulub.
Kanal14.az bildirir ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisinin Ucar Rayon Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində 99 LP 636 dövlət nömrənişanlı "VAZ-21011”markalı minik maşını ilə avtoxuliqanlıq edən rayonun Küçəkənd kənd sakini, 1994-ci il təvəllüdlü Nurlan İlham oğlu Əsgərov saxlanılıb.
N. Əsgərovun sükan arxasında sərxoş olduğu üzə çıxıb.
Sərxoş sürücü 15 gün müddətinə həbs və 1 il müddətinə sürücülük hüququndanməhrum edilib.
(Apa.az)