20-08-2020, 12:25
Hadisə

Göyçayda yaşayış binasında uçqun olub: Xəsarət alanlar var

Göyçayda yaşayış binasında uçqun olub: Xəsarət alanlar var
 

Göyçayda yaşayış binasında uçqun olub.

Kanal14.az bildirir ki, hadisə rayonun Əli Kərim küçəsi bina 2/1, mənzil 18 ünvanında qeydə alınıb. Binanın 1-ci mərtəbəsindəki pilləkənin uçması nəticəsində orada olan, 1951-ci il təvəllüdlü Eyvaz Şamilov və onun həyat yoldaşı, 1963-cü il təvəllüdlü Fəridə Şamilova zirzəmiyə düşüblər.

Xəsarət alan ər-arvad xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

(Metbuat.az)

Oxşar xəbərlər