3-07-2020, 14:38
Hadisə/Dünya

Husilər Səudiyyəni vurmaqla hədələdi

Husi qruplaşması Səudiyyə Ərəbistanındakı hərbi nöqtələri və Krallığa aid qurumları hədəfə alacaq.

Kanal14.az Axar.az-a istinadən xəbər verir ki, su sözləri Husi qruplaşmasının hərbi sözçüsü Yəhya Səriyə deyib.

"Yəmən və 5 il müddətində zülm edilən xalqa düşmənlik edənlərə qarşı ordumuz gücünü göstərəcək. Səudiyyə Ərəbistanı daxilindəki hərbi nöqtələri və Krallığa aid qurumları hədəf almaqda davam edəcəyik”, - Y.Səriyə bildirib.


Oxşar xəbərlər