50 yaşlı kişinin küçədə meyiti tapıldı

Şirvanda küçədən kişi meyiti tapılıb.
Kanal14.az bildirir ki, Şirvan sakini, 50 yaşlı Nəzərov Nofər Aydın oğlu ölmüş vəziyyətdə aşkar edilib. Meyit müayinə olunmaq üçün Şirvan morquna yerləşdirilib.
İlkin ehtimala görə, N.Nəzərov ürəktutmadan ölüb. Müayinə zamanı meyitin üzərində zorakılıq əlamətləri aşkar olunmayıb.
Faktla bağlı araşdlrma aparılır.
(Lent.az)