30-06-2020, 16:24
Hadisə

Bakı sakini iki kilo narkotiklə tutuldu

Bakının Nəsimi rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Kanal14.az Teleqraf.com-a istinadən xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Qərb Bölgəsində Regional şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində paytaxtın Nəsimi rayonunun ərazisində Bakı şəhər sakini E.Xudiyev həbs edilib.

Ondan 2 kiloqram 35 qram heroin götürülüb.


Oxşar xəbərlər