Goranboyda avtomobil piyadanı vuraraq öldürüb
Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Kanal14.az bildirir ki, hadisə magistral yolun rayon ərazisindən keçən hissəsində baş verib. Belə ki, minik avtomobili kimliyi hələlik dəqiqləşdirilməmiş piyadanı vurub. Piyada aldığı xəsarətlərdən yerindəcə ölüb.
Faktla bağlı araşdırma aparılır.
(Apa.az)
