10-02-2020, 16:06
Gündəm

11 fevralda gözlənilən hava şəraiti

11 fevralda gözlənilən hava şəraiti













 
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən DogruXəbər.az-a verilən məlumata görə:
Bakıda və Abşeron yarımadasında
Fevralın 11-də bəzi yerlərdə az qar yağacağı, gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayim cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 0-4 dərəcə şaxta, gündüz 2-5 dərəcə isti, Bakıda gecə 1-3 dərəcə şaxta, gündüz 2-4 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 770 mm civə sütunundan 763 mm civə sütünuna enəcək, nisbi rütubət gecə 65-75, gündüz 50-60 faiz olacaq.
Azərbaycanın rayonlarında
Fevralın 11-də havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi cənub rayonlarında qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 5-10 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti, dağlarda gecə 13-18, gündüz 1-6 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.
Tibbi-meteoroloji proqnoz
Fevralın 11-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin günün ikinci yarısında mülayim gilavar küləyi ilə əvəz olunacağı və nisbətən soyuq temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Oxşar xəbərlər