21-08-2025, 17:10
Gündəm/Cəmiyyət

Elektron Təhlükəsizlik Xidmətinin rəhbəri dəyişdi

Elektron Təhlükəsizlik Xidmətinin rəhbəri dəyişdi
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə (ETX) yeni rəhbər təyin edilib.

"Kanal14.az" Qaynarinfo-ya istinadən xəbər verir ki, DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktor müavini Fərid Zeynalov vəzifəsindən azad edilərək ETX-yə rəis gətirilib.

Elektron Təhlükəsizlik Xidmətinin sabiq rəisi Rəsulov Samir Germanoviç isə müvafiq əmrlə vəzifəsindən azad olunub.

Qeyd edək ki, Fərid Zeynalov 2014-cü ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində sektor müdiri, 2019-cu ildən isə E-xidmətlər və innovasiyalar şöbəsinin müdiri olub.

Elektron Təhlükəsizlik Xidmətinin rəhbəri dəyişdi

Elektron Təhlükəsizlik Xidmətinin rəhbəri dəyişdi


Oxşar xəbərlər