BU NƏDİ BELƏ: “Qarabağ” dovğasının üzərinə seperatçıların xəritəsi yerləşdirilib - FOTOFAKT
"Kanal14.az" Yeniavaz.com-a istinadən xəbər verir ki, Dağlıq Qarbağ Muxtar Vilayəti 1923-1991-ci illərdə Azərbaycan ərazisində mövcud olan inzibati ərazi vahidi olub. Azərbayacn Ali Sovetinin 26 noyabr 1991-ci il tarixli qərarı ilə Dağlıq Qarbağ Muxtar Vilayəti ləğv olunub.
Yuxarı Qarabağ iqtisadi rayonu
Azərbaycan torpaqları işğaldan azad olunduqdan sonra – Prezident İlham Əliyevin 7 iyul 2021-ci il tarixli “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərmanına əsasən Yuxarı Qarabağ iqtisadi rayonu ləğv olunub və Qarabağ iqtisadi rayonu yaradılıb.
Qarabağ iqtisadi rayonu
Məlumat üçün bildirək ki, “Safdad” brendinə məxsus “Qarabağ” dovğası adlı məhsulunun üzərində əks olunan təsvirin nə Yuxarı Qarbağ iqtisadi rayonu, nə də Qarabağ iqtisadi rayonunun xəritəsi ilə əlaqəsi yoxdur.
Onu da bildirək ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 13.3.-cü maddəsində açıq şəkildə göstərilir ki, məhsulun üzərində istehsalçının adı göstərilməlidir. Lakin, haqqında bəhs olunan “Qarabağ” dovğası adlı məhsulun üzərində 2 şirkətin adı qeyd olunub. Bu şirkətlərin istehsalçı olub-olmadığı barədə məlumat mövcud deyil. Adları qeyd olunan şirkətlərdən biri ölkənin aparıcı ət və süd məhsulları istehsalçısı olan “Zəhmət-Ruzi” MMC, digəri isə ölkənin tanınmış distribütor şirkəti olan “Şam-Fi” MMC-dir.
Daha çox “Sab” brendi ilə məhsul istehsal edən “Zəhmət-Ruzi” MMC-nin rəsmi saytında “Safdad” brendinin onlara məxsus olması ilə bağlı məlumat mövcud deyil. “Şam-Fi” MMC-nin rəsmi saytında isə “Safdad” brendinin onlara məxsus olduğu qeyd olunub.
Məsələ, ilə bağlı “Zəhmət-Ruzi” MMC ilə əlaqə saxladıq. Zəngimizə cavab verən şəxs şirkətlə yalnız sayt üzərindən yazılı əlaqə saxlmağın mümkün olacağını bildirdi.
“Şam-Fi” MMC ilə əlaqə saxlamaq cəhdlərimiz isə cavabsız qaldı.(Yeniavaz.com)






