19-07-2025, 15:31
Gündəm/Cəmiyyət/Hadisə

"Darıxmayın, sizi başa salacaqlar” — Ustanın pulunu verməyən deputat hədələdi

"Darıxmayın, sizi başa salacaqlar” — Ustanın pulunu verməyən deputat hədələdi
Qubalı deputat ustaların haqqını kəsib.

"Kanal14.az" Demokrat.az-a istinadən xəbər verir ki, bu barədə sosial mediada paylaşım edilib.

Belə ki, Qubanın deputatı Əlibala Məhərrəmzadənin evində, bağında, villasında,otelində işləyən bir neçə nəfər “Sitat.info”-ya şikayət ünvanlayıblar. İşi görüb bitiriblər, pullarını ala bilmirlər. İddiaya görə, deputat ustaların haqqını kəsib.

Jurnalist məsələ ilə bağlı deputata tam mədəni formada zəng edib, onun da fikirini öyrənməyə çalışıb.

O isə kobud cavab verərək, jurnalisti hədələyib. “Siz şikayət qəbul edənsiniz? Darıxmayın, sizi başa salacaqlar” deyə cavab verib.

Jurnalistə şikayət edən ustaya isə Qubada təzyiq göstərildiyi bildirilir.


Oxşar xəbərlər