15-07-2025, 12:33
Gündəm/Cəmiyyət

DİQQƏT! Uşağınızda bu əlamətlər varsa, həkimə çatdırın

DİQQƏT! Uşağınızda bu əlamətlər varsa, həkimə çatdırın

Həkim-pediatr Vaqif Qarayev isti havalarda uşaqları günvurmadan qorumağın yolları barədə məlumat paylaşıb.


"Kanal14.az" xəbər verir ki, pediatr bildirib ki, valideynlər uşaqlarda günvurmanın əlamətlərini bilməlidir:


“Hərarətin yüksəlməsi, baş ağrıları, başgicəllənmə, halsızlıq,ürəkbulanma, qusma, ağır hallarda huşun itməsi, qıcolmalar günvurmanın əlamətidir.


Belə hallar olduğu halda:


-uşaq dərhal kölgəyə və yaxud sərin otağa yerləşdirilməlidir. Əgər evdə kondisioneri 18-20 dərəcəyə qoymusunuzsa, uşağı ora yerləşdirməzdən əvvəl dərəcəni 24-25-ə çatdırın ki, kəskin temperatur fərqi yaşanmasın


-uşağın boynunu, sinəsini dar geyimdən azad edin ki, rahat nəfəs ala bilsin


-alnına boynuna soyuq kompreslər qoyun


-daim sərin su verin, ancaq qəti şəkildə qazlı, rəngli içkilər verməyin


-həkim gələnədək dərmanlardan istifadə etməyin


-uşaqda qıcolmalar və huşun itməsi varsa, dərhal həkimə çatdırın”.


Həkim bildirib ki, ən yaxşısı bu anomal istilərdə uşaqları günəşin altında saxlamaq olmaz:


“Çimərlik günəş şüalarından qorumur! Özünüzü aldatmayın!

Sağlam olun! Xüsusilə belə havalarda uşaqları günəş altında çox saxlamayın”.


Oxşar xəbərlər