14-07-2025, 20:26
Gündəm/Mədəniyyət

BİRİNCİ QARABAĞ MÜHARİBƏSİ DÖYÜŞÇÜLƏRİ - İkinci hissə

BİRİNCİ QARABAĞ MÜHARİBƏSİ DÖYÜŞÇÜLƏRİ - İkinci hissə

XÜSUSİ TƏYİNATLILAR - 239

(Bədii- publisistik sənədli oçerklər)

İkinci hissə

MİRFAZİL HƏMİD


BİRİNCİ QARABAĞ MÜHARİBƏSİ DÖYÜŞÇÜLƏRİ

Həmin günün səhərisi Mirfazil və ən yaxın dostları imza kompaniyasına başladılar.Universitetin müəllim və tələbələri arasında təbliğat-təşviqat işləri aparır, geniş fəaliyyət göstərir, çox səmərəli və uğurlu nəticələrə nail olurdular. Demək olar ki, o vaxt Memarlıq və İnşaat Universiteti ölkə üzrə imza kompaniyasında ön sıralarda gedirdi...
Hadisələr sürətlə inkişaf edirdi.Ermənilər Xankəndində geniş miqyaslı ardıcıl mitinqlər keçirir,yeni-yeni iddialar irəli sürürdülər.Artıq Azərbaycanda da tələbə hərəkatı başlamışdı.Onlar ermənilərin yersiz iddialarına qarşı qətiyyətlə çıxır, etiraz səslərini ucaldırdılar.İlk dəfə fevralın 19-da tələbələrin “Qarabağ bizimdir” şüarı ilə keçirdiyi nümayişdə Mirfazil Həmid də ön sırada gedirdi.”Hökumət evi” istiqamətində hərəkət edən nümayiş iştirakçılarının təşkilatçıları Azərbaycan Dövlət Universiteti, Politexnik İnstitu və Azərbaycan Memarlıq və İnşaat Universitetinin ən fəal tələbələri idi.Təşkilatçılar içərisində Mirfazil Həmidin də adı vardı.
* * *
Günlər,aylar ötdükcə Azərbaycanda başlayan xalq hərəkatı öz xarekterini dəyişərək milli-azadlıq hərəkatına çevrilir,Azdalıq meydanında keçirilən möhtəşəm mitinqlərdə “Azadlıq!,” “Müstəqillik!”şüarları səslənilirdi.Onda Mirfazil Həmid hadisələrin mərkəzində idi və o,böyük əzmlə,fədakarlıqla mitinqlərdə iştirak edir,onun təşkilati-texniki işlərində var qüvvəsi ilə çalışırdı.
Bu o vaxtlar idi ki,artıq erməni Edik Qriqoryanın fitnəkarlığı və təçkilatçılılğı ilə Sumqayıt hadisələri baş vermişdi və hadisələr zamanı 26 erməni və 6 azərbaycanlı vəhşicəsinə qətlə yetirilmişdir.Şüurlu surətdə törədilmiş bu fitnəkarlıqdan erməni millətçiləri və onların havadarları məharətlə istifadə edərək dünyada və beynəlxalq aləmdə azərbaycanlılar haqqında mənfi fikir və təsəvvürlər yaratmağa çalışırdılar və demək olar ki,məqsədlərinə çatdılar.Məhz bundan sonra Ermənistanda və əzəli tarixi ata-baba torpaqlarında yaşayan yüz minlərlə insan öz doğma el-obasından,yurd-yuvasından qovuldu.
Mirfazili ən çox düşündürən və narahat edən SSRİ rəhbərlərinin hadisələrə qarşı loyal münasibəti və biganəliyi idi.Onların bu münasibəti açıq-aşkar erməni millətçilərinin və separatçılarının tərəfində olduğunu göstərirdi.Məhz bunun nəticəsi olaraq 1988-ci ildə Ermənistanda yaşayan yarım milyondan çox azərbaycanlı zor gücünə,insanlığa yaraşmayan vəhşiliklə çıxarıldı.
Hadisələrin gedişini diqqətlə izləyən Mirfazil öz-özlüyündə qəti qənaətə gəlmişdi.Bu,Sovet rəhbərlərinin loyallığı və biganəliyi deyil,birbaşa ermənilərin mövqelərini müdafiə edən siyasətin açıq-aydın təzahürü idi.Ermənistanda azərbaycanlılara qarşı aparılan deportasiya siyasətindən və onun nəticələrindən ruhlanan ermənilər tərəfindən Dağlıq Qarabağda və Xankəndində yaşayan azərbaycanlıların da hamısı qovulub çıxarıldı.Vilayətdəki bütün idarə,müəssisə və təşkilatlar Azərbaycanın tabeliyindən çıxarılıb Ermənistana verildi.
Belə bir vaxtda,yəni 1988-ci ilin ortalarında Kamran Bağırov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsindən çıxarılaraq, onun yerinə rusiyapərəst Əbdülrəhman Vəzirov gətirildi.Bu təyinatdan sonra ölkədə siyasi-ictimai vəziyyət daha da pisləşdi.Belə ki,Ə.Vəzirov problemləri həll etmək əvəzinə Moskvanın təlimatına uyğun olaraq,beynəlmiləlçilik siyasəti apararaq,diqqəti əsas məsələlərdən yayındırırdı.Bu isə Xalq hərəkatınınn daha da genişlənməsinə və daha yüksək vüsət almasına səbəb oldu.
Demək olar ki,artıq bütün Azərbaycan ayağa qalxmışdı.İndi yalnız Bakıda deyil rayonlarda da möhtəşəm mitinqlər keçirilirdi.Mirfazil gündüz işləyir,işdən sonra Memarlıq və İnşaat Universitetinin axşam şöbəsində oxuyurdu. Lakin buna baxmayaraq gecələr dərsdən çıxandan sonra Azadlıq meydanına gəlir,azadlıq və müstəqillik uğrunda mübarizə aparan insanlara qoşulurdu.Bu,o vaxtlar idi ki,artıq Azərbaycan Demokratik Cümhuriyyətinin rəmzi olan üç rəngli milli bayrağımız meydanda dalğalanırdı.1988-ci il noyabrın 17-də Sovet İmperiyasının tüğyan etdiyi bir dövrdə Azadlıq meydanına bir milyondan çox insan toplaşdı və elə həmin gündən dekabrın 6-na qədər gecələr meydanda gecələyirdilər.Dekabrın 4-dən 5-nə keçən gecə meydan Rus qoşunları tərəfindən vəhşicəsinə dağıdıldı. Azadlıq meydanı rus qoşunlarının nəzarətinə keçdi.Həmin gecə rus qoşunlarının komandanı meydanı dağıdacaqları haqqında tez-tez elan verirdilər.Bu baxımdan meydanda çox az adam qalmışdı.Mirfazil Həmid meydanda çadırların ruslar tərəfindən necə dağıdıldığı və orda qalan insanların qəddarlıqla dubinkalarla necə döyüldüyünün şahidi olurdu.Həmin gecə həbs edilməklə,ona 20 sutka inzibati cəza verilibdir.
Lakin bu cür cəza tədbirləri və işgəncələr öz şəxsi maraqları üçün deyil, xalqının, millətinin azadlıq və xoşbəxtliyi uğrunda mübarizə aparan, bu yolda heç bir çətinlikdən, heç bir maneələrdən, hətta ölümündən belə qorxmayan, çəkinməyən mübariz insanların polad iradəsini və əzmini qıra bilməzdi: Əksinə, onlar daha da bərkə-boşa düşür,mətnləşir,imperiyaya qarşı nifrət hissləri kükrəyib daşır,azadlıq və milli müstəqillik uğrunda daha fədakarlıqla mübarizə aparırdılar. Yüksək arzu və amallar uğrunda,milli maraqlar uğrunda mübarizə aparan,yüksək mənəvi dəyərlər sahibi olan insanlar ölümün gözünə dik baxmaqdan nəinki qorxmur, hətta onu ayaqlayıb keçirlər.Mirfazil Həmid məhz bu cür əqidəyə malik, olduqca cəsarətli, qorxmaz, fədakar, tutduğu haqq yolundan dönməyən, sona qədər, son nəfəsinə qədər mübarizə aparan bir kişi idi. Onu öz yolundan döndərmək, sındırmaq, əymək, hansısa istiqamətə yönəltmək mümkün deyildi. İyirmi günlük cəza müddəti sona çatanda təcridxana rəisi onu yanına çağırıb söhbət aparmaq istədi.
-Hə, necədir, ağlın başına gəldi? -Dedi: -Hələ bu harasıdır, necə deyərlər kinonun jurnalıdır. Get ağlını yığ başına, çalış bir də buralara gəlmə.Əgər gəlməli olsan və sağ qalsan,çox güman ki,araba ilə gedəcəksən.-Sonra o ciddi görkəm alıb əlindəki qələmi stolun üstünə çırpdı: -Ə, bu rus olmasa yaşaya bilməzsən? Niyə başa düşmürsünüz bunu?!.. Nə “azadlıq, azadlıq, müstəqillik!” deyə qışqırırsınız?!..
Mirfazil ucadan güldü.Elə güldü ki,yanındakı uşaqlar da ürəkdən güldülər. Rəis təəccüb və heyrətlə ona baxdı.Mirfazil bir az da yaxına gəlib hündürdən dedi:
-Biz artıq heç nə istəmirik,cənab rəis! Öz haqqımızı istəyirik.Niyə başa düşmək istəmirsiniz?..
Polkovnik əsəbi halda yerindən qalxdı.Yumruğunu elə zərblə stola vurdu ki,üstündə nə vardısa hamısı yerə töküldü.Hündürdən qışqıra-qışqıra dedi:
-Nə haqqı istəyirsiniz ə?.. Hansı haqqı istəyirsiniz? Sizin nə haqqınız var ki?..
-Biz öz azadlığımızı,müstəqilliyimizi istəyirik,cənab polkovnik!.. 1918-ci ildə qurulmuş və 1920-ci ildə Sovet imperiyasının 11-ci qırmızı ordusu tərəfindən devrilmiş Azərbaycan Xalq Cümhuriyyətinin yenidən bərpasını istəyirik.
Bu yerdə təcridxana rəisi əlini-əlinə vurub hündürdən güldü.Müavin də, təcridxana işçiləri də ona baxıb ucadan güldülər.Sonra o,əli ilə müavinini bir az da yaxına çağırıb xüsusi bir tərzdə:
-Bu nə deyir ə?..O qədər vurmusunuz ki,ağlı başından çıxıb.Cümhuriyyət nədi, 11-ci qırmızı ordu nədi? Sovet İttifaqının qabağında kim at oynada bilər?
Təcridxana rəisinin müavini bir az ona tərəf əyilib dedi:
-Məhəmməd Əmin Rəsulzadənin qurduğu Cümhuriyyəti deyir,rəis.
-Məmməd Əmin kimdi ə?-Deyə o, bərk əsəbiləşdi.-Yəni o belə qudurub ki, Cümhuriyyət qurur? Bu dəqiqə özün get onu tut gətir,20 sutka sal içəri.Yox,yox, 30 sutka!Cümhuriyyət qurana bax!..
Rəis müavini o tərəf,bu tərəfə baxıb bir az da rəisə tərəf əyilib astadan qulağına nəsə dedi.O,gərginlik içərisində qulaq asır,əsəbi halda tez-tez Mirfazilə baxır,sonra da ətrafa göz gəzdirirdi.Birdən o,dəli kimi yerindən sıçradı.
-Heç bir qüvvə Sovet İttifaqını yıxa bilməz,-dedi.-Heç bir qüvvə!..-Sonra gəlib düz Mirfazilin qarşısında dayandı,ucadan güldü:
-Sən yıxassan Sovet hökumətini?..
-Mən niyə yıxıram?-Deyə Mirfazil hündürdən cavab verdi.Mənim yıxmağıma ehtiyac yoxdur. Özü öz içərisindən dağılacaq!..-Sonra o,bir qədər sərt şəkildə əlavə etdi.-Yəni siz doğrudan ölkədə nə baş verdiyinin,hansı proseslər getdiyinin fərqində deyilsiniz?Yəni ruslara olan sevginiz bu qədər aşıb-daşır ki,bir milyondan çox insanın Azadlıq meydanına çıxıb “Azadlıq!” “Müstəqillik!” deyən haqq səsini eşitmirsiniz?!..Onda bəs siz kimsiniz? Yoxsa bir tikə çörək xatirinə bütün milli-insani dəyərlərin üstündən xətt çəkib yalnız özünüzü düşünürsünüz?!.. Bəs küçələrə çıxıb etiraz səsini ucaldan, azadlıq istəyən, haqq-ədalət istəyən bu qədər insanların ailəsi,uşağı yoxdurmu?..
-Siz nə ixtiyarla mənimlə belə danışırsınız?-Deyə təcridxana rəisi səsinin tonunu qaldırıb ucadan qışqırdı.-Axı siz kimsiniz?..
Mirfazil Həmidin də səbri tükənmişdi.Özündən asılı olmayaraq,hündürdən dedi:
-Mən xalqını,millətini,torpağını,vətənini,sevən,onun azadlığı,müstəqilliyi uğrunda mübarizə aparan bir vətəndaşam.Bu məqsədlə küçələrə çıxan milyonlarla insanlardan biriyəm.Bəs siz kimsiniz?Milli dövləti devirib qondarma respublika yaradan imperiyaya qulluq edənin biri!Başqa heç kim!..Öz xalqının,millətinin xoşbəxtliyi uğrunda Rus imperiyasına qarşı mübarizə aparan namuslu,qeyrətli insanları incitməkdən,işgəncə verməkdən zövq alan və həmin imperiyaya qulluq edən milli dönüklərdən biri!..Sizin də vaxtınıza az qalıb.
Təcridxana rəisi bir müddət sakitcə dayandı.O tərəf,bu tərəfə baxdı. Müavinindən başqa kabinetində bir neçə dustaq vardı.Onlar Mirfazilin sözündən məmnunluqla gülümsünür, gah Mirfazilə, gah da rəisə baxırdılar. Təcridxana müdiri birdən-birə bomba kimi partladı.
-Siz nə cəsarətlə mənimlə belə danışırsınız?Bu ixtiyarı sənə kim verib?.. Axı,siz kimsiniz?..-Şəhadət barmağını müavininin üstünə tuşlayıb dedi.-Tez bunu tutun salın içəri.Dərhal,bu dəqiqə!.. 20 sutka verin!..
Mirfazil Həmid acı-acı gülüb dedi.
-Mən burdayam, cənab rəis.Heç yerə getmirəm.Amma məni siz tuta bilməzsiniz. Bunun üçün məhkəmənin qərarı omalıdır.Mən 20 sutka cəzamı çəkib qurtarmışam!..İndi burdan bir baş Azadlıq meydanına gedəcəyəm.Əgər tutmaq istəyirsinizsə gəlin ora!..Onda görəcəksiniz ki,orda yüz minlərlə insan mənim kimi azadlıq,müstəqillik tələb edir.Onda görəcəksiniz ki,bu insanlar bir tikə çörək üçün deyil, xalqının, vətəninin taleyi üçün meydanlara çıxıblar.Əgər istəsəniz onları da tutarsınız.Çünki onlar da tutmaq istədiyiniz Məhəmməd Əmin Rəsulzadənin qurduğu milli müstəqil dövləti qurmaq,bərpa etmək istəyirlər.Nə vaxt istəsəniz gəlin,biz gecə-gündüz meydanda oluruq.Orda sizə dəstək verəcək rusbaşlar da çoxdur.Amma bir həqiqəti heç vaxt unutmayın ki,böyük Məhəmməd Əmin Rəsulzadənin dediyi kimi “Bir kərə yüksələn bayraq,bir daha enməz!”Bunu siz də unutmayın,Azərbaycanın çörəyini yeyib ona xor baxanlar da...Ona qənim kəsilib xəyanət edənlər də...
Cəzaçəkmə müəssisəsinin rəisi əsəbi halda ayağa qalxıb nəsə demək istəyirdi ki, növbətçi hövlənak, həyəcanlı halda otağa daxil olub qorxa-qorxa:
-Yoldaş rəis,-dedi.-Bir dəstə mitinq iştirakçısı Azadlıq meydanından gəlib qışqırır,hərəkat yoldaşlarını tələb edirlər.Deyirlər bu gün səhər onlar buraxılmalı idi.Amma yoxdular,hardadılar?..
Növbətçi elə sözünü deyib qurtarmışdı ki, açıq pəncərədən mitinq iştirakçılarının coşğun səsi aydın eşidilirdi:
-Mir-fa-zil!.. Mir-fa-zil!..
-A-zad-lıq!.. A-zad-lıq!..
Onların sərt,amiranə səsi rəisin qulaqlarında əks-səda verib,onu daha da əsəbiləşdirir,haldan-hala salır,özündən çıxarırdı.Var gücü ilə yumruğunu stola vurub dedi:
-Kəsin onların səsini!..Bağlayın o pəncərələri!..
Rəis müavini xəfifcə gülümsündü:
-Rəis,-dedi.-Onlar bir nəfər,iki nəfər deyil...Heç Moskva onların səsini kəsə bilmir.Bunların sroku qurtarıb,buraxın getsin.-Sonra ona tərəf əyilib astadan dedi. -Heç nədən başımız ağrıyacaq!..
Pəncərələrin,qapının bağlı olmasına baxmayaraq “Mir-fa-zil!..”, “A-zad-lıq!..” səsləri sanki təcridxana divarlarından keçib içəri daxil olurdu.Bu mübariz, coşqulu səslər rəisin qulaqlarında cingildəyir,onu yerindən oynadır,müavinin isə dodaqlarında xoş təbəssümə çevrilirdi...

1989-cu il iyunun əvvəli idi. Sanki göydən od yağırdı. Buna baxmayaraq Azadlıq meydanı insanlarla dolu idi. Qadınlar, kişilər, yaşlılar, cavanlar, uşaqlar, bir sözlə yerimək, gəlmək imkanı olan hər kəs burada idi və havanın isti olmasına baxmayaraq hamısı bir ağızdan “Rədd olsun imperiya! Yaşasın müstəqil Azərbaycan!” deyə qışqırırdılar.Elə bu vaxt tələbə yoldaşımız Vəlixan Mehdiyev Mirfazilin qolundan tutub dedi:
-Bir ora bax,Xəlil Rza Ulutürkdür.Yanındakı da aktyor Mikayıl Mirzədir, deyəsən tribunaya gedirlər.
-Hə,Xəlil Rza mənim ən çox sevdiyim şairdir-deyə Mirfazil dilləndi.-Sözün həqiqi mənasında böyük vətənpərvər,alovlu publisist,gözəl insandır.
Elə bu vaxt onların yanından gəlib keçəndə Mirfazil salam verdi.O,dönüb baxdı.Adamlar çox olduğundan tanıya bilmədi.Bir-iki addım yaxına gəlib diqqətlə baxdı.Gülümsünüb əl uzatdı:
-Salam,salam,-dedi:-Sonra nəyisə xatırlayırmış kimi sən deyəsən Məhəmməd Əmin Rəsulzadəni dustaqxana rəisinə tutduran adamsan, Mirfazil Həmid. Yanılmıram ki?..
-Xeyir,-deyə Mirfazil əl verdi.
Xəlil Rza və Mikayıl Mirzə ucadan güldülər.Xəli Rza Mirfazili qucaqladı, bir-iki dəfə qaldırıb yerə qoydu,əli ilə kürəyinə vurdu.
-Kişi adamsan,vallah,-dedi.-Gör onu nə günə salmısan ki,başını tamam itirib.
Mirfazil də sözündən qalmadı:
-Vallah, heç bilmədim,onun başı vardı,yoxsa yox...
-Xəlil Rza əlini əlinə vurub ucadan güldü,Mikayıl Mirzə maraqla soruşdu:
-O nə məsələdi elə?
-Uzun söhbətdi, bəy,-deyə Xəlil Rza onun qoluna girdi.-Sonra deyərəm,bizi gözləyirlər.Onu da deyim ki,bu Mirfazil bəy də böyük adamdır ha...
-Tanıyıram, şair,yaxşı tanıyıram,onu hərəkatın ilk günlərindən tanıyıram. Bütöv adamdır.
Onlar görüşüb getdilər.Getdilər deyəndə tribunaya çıxdılar.Əbülfəz Əliyevin (Əbülfəz Elçibəy) mikrafonla gur səsi ətrafa yayılır,insanları müstəqilliyə,azadlıq uğrunda mübarizəyə səsləyirdi.Bu səsdə dərin bir yanğı vardı... Bu səsdə vətəninə,xalqına,torpağına sonsuz bir sevgi vardı...Bu ecazkar səsə qulaq asdıqca insan daxilən coşur,qürurlanır,qəlbi şiddətlə döyünür,mübarizə əzmi daha da artırdı...Mirfazil iş yoldaşları, tələbə və hərəkat dostları ilə maraqla qulaq asır, qulaq asdıqca Rus imperiyasına qarşı kini-küdurəti coşub daşır,dərin nifrətə çevrilir,milli-vətənpərvərlik hissləri daha da coşurdu,içlərində daxili bir fırtınaya çevrilirdi. Birdən Əliağa Quliyev (sinifkom) nəyisə xatırlayıb həyacanlı halda Mirfazilin qolundan tutub dedi:
-Vay,tamam unutmuşuq...Bu gün bizim imtahanımızdır.
-Nə imtahan?-Deyə Mirfazil etinasız halda cavab verdi.-İndi imtahan vaxtıdır?..Qulaq as,gör nə deyirlər?...
-Əliağa daha da qızışdı:
-Bu adi imtahan deyil,bəy dövlət imtahanıdır.
-Nə olsun,qulaq as!..
-Necə yəni nə olsun?-Deyə Əliağa bir az da hündürdən qışqırdı.-Bu imtahanı vermək üçün düz altı ildir oxuyuruq.İndi deyirsən nə olsun.-Sonra o, yanındakı tələbə dostlarına acıqlandı.-Siz niyə dinmirsiniz?..Səsiniz batıb?..
-Cəmil bəy sakit tərzdə dedi:
-Sən bizim əvəzimizdən deyirsən da...Daha hamımız qışqırmayacağıq ki?.. Onun özü hər şeyi bilir.
-Mirfazil çox sərt və acıqlı bir halda:
-A kişi,sən nə cür adamsan?-Dedi və sonra əli ilə insan coşğusu aşıb-daşan,kükrəyən meydanı göstərdi.-Biz millətimiz,dövlətimiz,xalqımızla birlikdə Azadlıq meydanında imtahan veririk.Bilmək lazımdır ki,bizim millət və müstəqil bir dövlət olmağımızın yolu burda iştirak etdiyimiz mitinqlərdən keçir.70 ildən sonra Sovet imperiyasının yalançı kommunizm şüarlarından əl çəkib,indi-indi öz milli şüarlarımızla xalqımızı, millətimizi birləşdirməyə başlamışıq.Bu yol xalqımızın, millətimizin azadlıq, müstəqillik yoludur.Müstəqil dövlətçiliyimizin yoludur!..Bax,həqiqi dövlət imtahanını biz burda veririk!
Mirfazil bu sözləri deyib bir qrupda və patokda olan tələbə dostlarının üzünə baxdı.Onlar on səkkiz nəfər idi. (Əliağa Quliyev,Vəlixan Mehdiyev, Yusif, Azər, Həmzə, Şofiq, Cəmil, Həsən, Taleh, Xanbala, Qaçay, Fuad, Rauf, Ahudar, İlham, Mirzakir, Adgözəl, Knyaz və s.) Bir anlıq hamısı susdu.
Həmin gün Mirfazilin iş yoldaşları vətənpərvər hərəkatçılar, Maarif Məmmədov və Hüseyn Nəsibov da burda idi. Sonra iş yoldaşı Maarif Məmmədov bir az irəli çıxıb Mirfazilin bərabərində dayandı, uşaqları göstərib dedi:
-Bəy,bizim hamımız bu gün, bu ağır vaxtda dövlətimizin, millətimizin yanındayıq və ona görə də burdayıq. Mitinqlər bundan sonra da davam edəcək. Amma bu gün,elə indi dövlət imtahanına getmək,vacibdir.
Əliağa Guliyev dedi:
-Bəli,onsuz da gecikirik,saat 15-də imtahan başlayacaq.Bir az tez getsək,bəlkə də çatarıq.-Sonra o,əlavə etdi.-Getmək lazımdır,bəy!..
-Bəli,bəli!..-Uşaqlar bir ağızdan dilləndi.
Mirfazil bir qədər fikirləşib dedi:
-Siz düz deyirsiniz, dostlar.Görünür bizim taleyimizə iki yerdə imtahan vermək yazılıb.Həm burda-Azadlıq meydanında, həm də orda- Universitetdə!.. Getdik!..
Azadlıq meydanına gedən maşın yolları bağlı olduğundan onlar Sahil metrosuna qədər getdilər.Çətinliklə də olsa kiçik bir avtobus tutub,özlərini Universitetə çatdırdılar.Yay tətili olduğundan hər tərəfdə sakitlik idi.Yalnız sessiya imtahanına gələn uşaqlar tək-tük dəhlizdə gəzinir,bəziləri isə iki bir,üç bir sual-cavab edirdilər.
-Onlar bir saata yaxın dövlət imtahanına gecikmişdilər.Şofiq Mirzəyev narazı halda deyindi.
Gərək vaxtında gələydik,özümüzə problem yaratdıq.
-Heç nə olmaz,-deyə Mirfazil qapıya yaxınlaşdı.-Özüm hər şeyi yoluna qoyacağam. Heç narahat olmayın.Burda nə var ki?..Gəzməkdən gəlmirik ki, mitinqdən gəlirik.
O,bu sözləri deyərək şəstlə qapını açıb içəri girdi.Üç nəfər müəllim “Elmi Kommunizm” fənnindən imtahan götürürdü.Amma içəridə cəmi 2-3 nəfər tələbə var idi.O biriləri imtahan verib getmişdilər.Qocaman professor Şaiq Abdullayev Mirfazili tək görüb soruşdu:
-O biri uşaqlar hanı?
Mirfazil sakit bir tərzdə:
-Burdadılar professor,-dedi:-Dəhlizdə gözləyirlər.
Şaiq Abdullayev istehzalı şəkildə gülümsündü:
-Çox tez gəliblər,-sonra əlavə etdi.-Çağır hamısı gəlsin.
Uşaqlar gəlib əyləşdi.Professor onları tərs-tərs süzüb acıqlı halda:
-İmtahana nə üçün gecikmisiniz?-Deyə soruşdu.
Mirfazil bir az irəli gəlib dedi:
-Professor,bir baş mitinqdən gəlirik,yollar bağlı idi.
O biri müəllim sərt şəkildə dedi:
-İmtahanı da elə orda verəydiniz da... Daha zəhmət çəkib bura niyə gəlirdiniz?
Mirfazil diqqətlə onun gözlərinin içinə baxıb eyni tərzdə cavab verdi.
- Biz orda bir xalq,bir millət,bir dövlət olaraq imtahan veririk.Tək mən yox!..Sovet imperiyasının caynağından qurtarmaq, müstəqil dövlət qurmaq üçün, milli dövlətçiliyimizin bərpası üçün imtahan veririk.Ola bilər ki, bu sizin xoşunuza gəlməsin.


Oxşar xəbərlər