14-07-2025, 15:39
Gündəm/Təhsil

Bu universitetə dövlət sifarişi ilə yerlər açılacaq

Bu universitetə dövlət sifarişi ilə yerlər açılacaq

Bu il dövlət sifarişli yerlərin sayı 2 faiz artıb.


"Kanal14.az" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı keçirilən tədbirdə deyib.


O bildirib ki, ali təhsil müəssisələrinə qəbul olunanların 46,69 faizi dövlət sifarişi ilə təhsil ala biləcək:


“Onların 53,31 faizi isə ödənişli əsaslarla təhsil alma şansı əldə edəcəklər”.


DİM sədri əlavə edib ki, bu il ilk dəfə ADA Universitetinə dövlət sifarişi əsasında yerlərin açılması nəzərdə tutulur:


“Abutiriyent 4 jurnalında plan yerləri barədə məlumatlar dərc ediləcək”.


Oxşar xəbərlər